Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arran Qısa tarixi

İranın işğalından sonra, ərəblər Qafqaz Albaniyasına doğru hərəkət edirlər və VIII əsrdə Albaniya (Arran daxil omaqla) ərəblərin nəzarəti altına keçir. Ərəblərin gəlişinə qədər isə Albaniya müxtəlif dövrlərdə Sasanilər hakimiyyətinə tabe olmuş Mehranilər sülaləsi tərəfindən idarə olunurdu.

Azərbaycana İslamın gəlişindən sonra Arran müxtəlif dövrlərdə Rəvvadilər, Sacilər, Səlarilər, Şəddadilər, Şirvanşahlar sülalələri tərəfindən idarə olunur. Arran ölkəsinin orta əsrlərin ilkin dövrlərində ən mühüm şəhəri Bərdə olmuşdur. Bərdə X əsrdə özünün ən gözəl çağlarını yaşayır. Bu dövrdə şəhər sikkə pul kəsmə mərkəzi kimi vacib bir əhəmiyyət daşıyırdı.

Lakin rusların və digər şimal tayfalarının şəhərə aramsız və dağıdıcı basqınları şəhərin süqutu ilə nəticələnir.

Müəllifi naməlum olan Əcaib əd-dünya əsərində Arran haqqında yazılır:

"Arran bol nemətli xoşbəxt yerdir: o, şahların qış iqamətgahı idi. Dünyanın əhali yaşayan heç bir yerində Arrandakı qədər imarət yoxdur: heç bir yerdə oradakı qədər türk yoxdur: "deyirlər ki, orda yüz min türk süvarisi var".
XI əsrdən e`tibaren Arran Şərqin iqtisadi-strateji əhəmiyyətli şəhəri qüdrətini itirməyə başlayır və nəticədə Arran adı tarixi mənbələrdə daha nadir hallarda işlənilməyə başlanır. XIII əsrə qədər Arran Səlcuqilər İmperiyasının, Azərbaycan-Eldənizlər dövlətinin, daha sonra isə Hülaki imperiyasının nəzarətinə keçir. Bir qədər sonra ərazi Çobanilər, Cəlarilər, Teymurilərin tabeliyində olur və daha sonra isə Azərbaycan Səfəvilər dövlətinin nəzarətinə keçir.


Tarix: 10.01.2015 / 12:51 Müəllif: Feriska Baxılıb: 75 Bölmə: Ümumi
loading...