1992-ci il Azərbaycan Respublikası prezidenti seçkiləri – Azərbaycanda keçirilən ilk demokratik seçkilər. Seçkilərin nəticəsində Azərbaycan Xalq Cəbhəsinin və "Azadlıq Hərakatı"nın lideri Əbülfəz Elçibəy Azərbaycanın 2-ci prezidenti seçilmişdir.
Seçki öncəsi siyasi vəziyyət
Prezident seçkilərindən qabaq siyasi vəziyyət son dərəcə gərgin idi. Qarabağ cəbhəsinda ermənilərlə müharibə gedirdi. Fevral ayında Xocalı faciəsi baş vermişdi. Belə çətin durumda Azərbaycanda ilk dəfə demokratik seçkilər keçirildi. Azərbaycanın və Elçibəyin qarşısında duran əsas məqsəd erməni quldurlarını Azərbaycan torpaqlarından uzaqlaşdırmaq idi. Azərbaycan ordusu buna nail oldu və iyun ayında Ağdərə uğrunda döyüşlərdə ermənilərə qalib gəldi və işğal altında olan ərazilərin bir hissəsini (Şuşaya qədər Xocavənd istisna olmaqla) işğaldan azad etdi. Ancaq Surət Hüseynov və yandaşlarının xəyanəti nəticəsində Azərbaycan ordusu geri çəkilməli oldu.
Tarix: 12.02.2015 / 15:07 Müəllif: Feriska Baxılıb: 48 Bölmə: Ümumi