Ərzurum müqaviləsi — Osmanlı dövləti ilə İranda Qacar sülaləsi arasında imzalanan və 1821-1823-cü il Osmanlı-İran müharibəsini sona çatdıran sülh sazişidir. 1813-cü ildə Gülüstan müqaviləsi ilə Şimali Azərbaycan və Qafqazlarda Ruslara böyük ölçüdə torpaq verən İrandakı Qacar xanədanı, bu torpaq itkilərini Osmanlılardan torpaq alaraq kompensasiya etmək istədiyi üçün, Avropalıların da qızışdırması ilə Bağdad və Şehrizor bölgələrinə hücumlar təşkil etdi. Sərhəd hadisələrinin və hücumların intensivləşməsi ilə II Mahmud Qacar İrana dövlətinə müharibə elan etdi (1820).
Qacar orduları, Osmanlı idarəçiliyindən razı olmayan, Şərqi Anadoludakı bəzi İran (Qaçar) tərəfdarı olan tayfaların da köməyilə Şərq Beyazid və Bitlisi aldılar. Ərzurum və Diyarbəkirə doğru iki qoldan irəlilədilər. Osmanlı ordusunun gücünün yox olduğu bir zamanda İran ordusunda böyük vəba epidemiyası başlayıb. İran Ordusunun ağır itkilər verməsi ilə Qacar hökmdarı Fətəli şah Qacar sülh istədi. 1 iyun 1823-cü il tarixində Ərzurum müqaviləsi imzalanaraq müharibəyə son qoyuldu. Bu sazişlə İran ələ keçirdiyi yerləri geri verərək keçmiş sərhədlərinə çəkilməyi qəbul edib. Saziş 25 iyunda sultan II Mahmud tərəfindən təsdiq olunduqdan sonra 1639-cu ildəki Qəsri Şirin və 1746-cı ildə Qardan müqaviləsi ilə müəyyən edilən sərhədlər yenidən qüvvəyə mindi.
Tarix: 29.01.2015 / 19:38 Müəllif: Feriska Baxılıb: 92 Bölmə: Ümumi