Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

2011 Azərbaycan etirazları

2011 Azərbaycan etirazları - Azərbaycanda 2011-ci ilin mart ayının 11-dən başlamış aksiya və mitinqlar. Aksiyaçılar İlham Əliyevın istefasını və siyasi məhbusların azadlıqını tələb edirlər. Keçirilmiş aksiyalar polis qüvvələri tərəfindən daqıdılır 469-dan çox aksiyaçı həbs olunub.

Avropa Şurası, ABŞ Dövlət Departamenti, Amnesty International və digər qurumlar Azərbaycan Hakimiyyətini siyasi məhbusları azad etmək və azad toplaşmaq hüququnu təmin etməyi tələb edib

Siyasi məhbuslar
potensial siyasi məhbusların siyahısı:

Gənc fəallar:

Cabbar Savalan (AXCP gənclər təşkilatının fəalı) AR CM-in 234.1-ci (qanunsuz narkotik saxlamaq) maddəsi ilə ittiham olunur;
Bəxtiyar Hacıyev (keçmiş deputatlığa namizəd) CM-in 321.1-ci (hərbi xidmətdən yayınma) maddəsi ilə ittiham olunur.
Azərbaycan islam partiyasının liderləri və üzvləri:

Mövsüm Səmədov (AİP lideri);
Vaqif Abdullayev (AİP sədr müavini);
Dəyanət Səmədov;
Firdovsi Məmmədrzayev;
Ruhulla Axundzadə (AİP Astara təşkilatının sədri);
Yusif Fəxrəddin oğlu Ələkbərov (AİP Gəncə təşkilatının sədri, barəsində axtarış elan olunub);
Fəramiz Abbasov - Masallı rayonunun Hil kəndinin axundu;
Zülfüqar Mikayılzadə.
2 aprel mitinqının iştirakçıları:

Arif Hacılı (Müsavat Partiyasının sədr müavini);
Fuad Qəhrəmanlı (AXCP sədr müavini, azadlıqda olsa da, hələ polisin nəzarəti altındadır);
Tural Abbaslı (Müsavat Partiyası gənclər təşkilatının rəhbəri);
Məhəmməd Məcidli (AXCP sədr müavini);
Sahib Kərimov (AXCP);
Babək Həsənov (AXCP);
Elşən Həsənov (Müsavat);
Ülvi Quliyev (bitərəf);
Zülfüqar Eyvazov (AXCP);
Arif Alışlı (AXCP);
Rüfət Hacıbəyli (Müsavat).


Tarix: 12.02.2015 / 16:29 Müəllif: Feriska Baxılıb: 107 Bölmə: Ümumi
loading...