Rusların Azərbaycana və Xəzər hövzəsi ölkələrinə sonuncu böyük hucumu 1174-cü ildə şirvanşax I Axsitan İbn Mənüçöhrün dövründə baş vermişdi. Bu hucumda ruslarla birlikdə alanlar və qıpçaqlar da iştirak etmişdir. Ruslar 73 gəmi ilə Ruinas adasına yaxınlaşdılar, və lövbər salaraq Kür çayı ilə Lənbərana doğru qalxdılar. Eyni zamanda qıpçaqlar və alanlar Dərbəndi tutaraq, cənuba hərəkət etdilər və Şabran istehkamını tutdular. Ruslarla həlledici döyüş Bakı yaxınlığında dənizdə baş verdi. Bundan sonra ruslar Şirvandan qovuldular, onları donanması isə məhv edildi. Qıpçaqlarla alanlar da məğlub edildi.
Rusların Xəzər vasitəsiylə Bakıya və Dərbəndə yürüş xətti
Çox guman ki, rusların Azərbaycandan qovulması işində Abşeron istehkamlarının böyük rolu olmuşdur. Aydın havada bürc və qüllələrdən açıq dənizdə olan gəmiləri uzaq məsafədən müşahidə etmək mümkün idi. Qüllədən görünən gəmilər haqqında dərhal şahın qərargahına xəbər verilirdi və düşmən, əsas üstünlüyü olan gözlənilməzlik amilindən məhrum olurdu. Bütün Abşeron yarımadası boyu yerləşən qalalar uzunmüddətli yaşayış üçün nəzərdə tutulmamışdı. Qərbi Avropanın qəsrlərindən fərqli olaraq Abşeron qalalarının yardımçı və xidmətçi tikilələri olan daxili, geniş həyəti yox idi. Belə tikililər qalaların xaricində yerləşirdi. Qalalar feodalın və onun vassallarının müvəqqəti sığınacağına və passiv müdafiyə işinə xidmət edirdi. Abşeronun bütün qalaları vahid müdafiyə sisteminə daxil idi. XVII-XVIII-ci əsrlərdə qalalar işarə funksiyasını yerinə yetirməyə başladı. Düşmən yaxınlaşanda qalalarda neft yandırılırdı və beləliklə əhali xəbərdar edilirdi. Qızıl Orda xanlarının yürüşləri və kazaklarının Xəzər sahillərinə basqınları zamanı da Abşeron qalaları müdafiyə və xəbərdarlıq funksiyasını yerinə yetirmişdir.
Tarix: 10.01.2015 / 12:40 Müəllif: Feriska Baxılıb: 64 Bölmə: Ümumi