Aşşurbanapalın Ahşerinin bütün nəslinin "qılıncdan keçirilməsi" barədəki məlumatının əksinə olaraq Ahşeri öz oğlu Ualli ilə əvəz olunmuşdu. Ahşerinin əleyhdarları Aşşurlarla ittifaq tərəfdarları idilər və üsyan da onun köməkliyi olmadan hazırlana bilməzdi. Ahşerinin hətta öz paytaxtı İzirtunu tərk etdikdən sonra da, bir kitabəyə görə İştatti, digərinə görə isə Atran qalasında möhkəmlənərək aşşurlara kəskin müqavimət göstərirdisə Ahşerini öldürən qiyamçılar aşşurlara daha çox kömək göstərmiş oldular. Ahşernnin oğlu Ualli Aşşurun qələbəsini etiraf etdi, aşşurluların iddia etdikləri bütün xəracları ödədilər və əlavə olaraq daha 30 at verdilər. O, oğlu Erisinini və qızını hökmdara girov göndərdi. Buna cavab olaraq Aşşurbanapal Mannaya özünün sülh elçisini göndərir.
Aşşurbanipalın "B silindri"ndəki kitabəsində Uallinin hakimiyyətə gəlməsi haqqında deyilir:
"[Aşşur və] İştar mənim hökmdarlığıma hörmət etməyən Ahşerini onun qullarının əlinə verdilər. Onun [ölkə adamları] ona garşı qiyam qaldırdılar və onun meyitini küçəyə atdılar. Sonra onun oğlu Ualli onun taxtına əyləşdi."
Tarix: 27.01.2015 / 17:56 Müəllif: Feriska Baxılıb: 75 Bölmə: Ümumi