Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Naxçıvan şəhəri - Azərbaycan Atabəyləri dövləti

Naxçıvan şəhəri XII əsrin 30 – cu illərindən 70 – ci illərin ortalarına kimi Azərbaycan Atabəylər dövlətinin paytaxtı olmuşdur. “Əcaib əd–dünya” əsərində göstərilir ki, “Naxçıvan Eldənizin dövründə yüksək tərəqqiyə çatdı. Orada padşahlıq iqamətgahı yaratdılar və dövlətxana təsis etdilər.”. Atabəylərin xəzinəsi həmişə atabəyin olduğu yerdə saxlanılırdı. Əsas xəzinə isə Naxçıvan şəhəri yaxınlığındakı Əlincə qalasında mühafizə olunurdu.Şəmsəddin Eldənizin hakimiyyəti dövründən başlayaraq dövlətin bütün gəlirləri burada toplanırdı.

Dövrün mötəbər alimləri Atabəylərin Naxçıvandakı sarayında toplaşmışdılar. Bu dövrdə Naxçıvan müxtəlif məzhəblərdən olan fiqh və hədis alimləri ilə məşhur olmuşdu.

Feodal tipli şəhərə çevirilən Naxçıvan qala divarları içərisində yerləşən Şəhristandan, geniş bazar və karvansaraları olan Rabatdan ibarət idi. Yaxşı möhkəmləndirilmiş Şəhristan hissəsində gözəl memarlıq xüsusiyyətlərinə malik çoxlu binalar inşa edilmişdi. Sənətkarlıq və ticarətlə məşğul olan əhalinin əksəriyyəti isə Rabatda yaşayırdı. XII əsrdə Naxçıvanda 150 – 200 min əhali var idi.


Tarix: 12.02.2015 / 14:16 Müəllif: Feriska Baxılıb: 31 Bölmə: Ümumi
loading...