Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arran adının mənşəyi haqqında

Bəzi rəvayət və qədim tarixi mənbələr (Musa Kalankatlı) Arran sözünün Qafqaz Albaniyasının banisin adından götürüldüyü qeyd edilir. Bəzi rəvayətlərə görə bu şəxs Nuh peyğəmbərin oğlu Yafət olmuşdur.

Arrandan keçən Araz çayı hələ qədim zamanlardan antik dövr coğrafiyaçılarına bəlli olmuş və qədim yunan coğrafiyaçıları Araz çayını Arakses kimi xatırlamışlar. Bundan əlavə bəzi tətqiqatçıların fikrincə Arran Zərdüştlük dinin ilkin təşəkkül tapdığı yerdir və bir qayda olaraq Avestada (Bundahiş 29:12) xatırlanan "İlk Torpaq" (Airyana Vaego) adlı yerin mümkün məkanı kimi məhz Arran göstərilir.

İngilis tarixçi və şərqşünası Cliford Bosvörz Arran əhalisini yunanların alban, gürcülərin isə Rani adlandırmasını, sonralar isə ərəblər tərəfindən əl-Rən və ya ər-Rən kimi işlədilməsini qeyd edirdi.


Tarix: 10.01.2015 / 12:49 Müəllif: Feriska Baxılıb: 22 Bölmə: Ümumi
loading...