Psixasteniya – (psychasthenia yunan sözü olub, mənası psyche – ruh və asthenia-zəiflik mənasını verir.) sinir sisteminin patoloji pozulmasından əmələ gələn nevroza deyilir. Bu, birinci siqnal sisteminin zəifliyi və ikinci siqnal sisteminin həddən artıq üstünlüyü ilə xarakterizə olunur.
İ.P.Pavlov ali sinir fəaliyyətində siqnal sisteminin üstünlüyü ilə xarakterizə olunan xüsusi tipinin psixasteniya üçün spesifik olmasını göstərir.
Psixasteniya zamanı xəstənin bilavasitə real həyatla yaşaması və özünün haqda çox fikirləşməsi əsas yer tutur. Xəstə danışarkən, cavabını qabaqcadan hazırlamadığı sual verə bilərlər deyə, çox zaman həyəcan keçirir. Danışığı qurtardıqdan sonra, onu zehnində davam etdirir və bu yaxud başqa suala necə cavab verməli olduğunu təsəvvürünə gətirir.
Psixasteniyalı xəstələr həmişə özlərinə fəaliyyət planı tərtib edirlər, bunu yerinə yetirmək isə onlar üçün çətin olur. Mümkün olan qərarların birini seçmək xəstələr üçün xüsusilə çətinlik törədir. Onlar yaranmış vəziyyəti ciddi düşünür, bütün dəlilləri “lehinə” və “əleyhinə” deyə müqayisə edir və heç bir tərzlə müəyyən qərara gələ bilmirlər.
Xəstələr sadə həyati hissləri – məhəbbət, qısqanclıq və s. o qədər dərin duymadıqlarını qeyd edirlər. Onlar incəsənəti başa düşmür, cəmiyyəti sevmir və idmanla maraqlanmırlar. Psixasteniklər məktəbdə çox vaxt yaxşı qiymətlər alırlar. Kitab onlar üçün həmişə insanlardan maraqlı olur.
Müalicə, izahedici psixoterapiyadan və geridə qalan funksiyaların məşq etdirilməsindən ibarətdir. Psixasteniyanın müalicəsində əməklə müalicə yaxşı nəticə verir.
Tarix: 27.11.2014 / 12:53 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Ümumi Psixologiya