Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Obsessiv - kompulssiv davranış pozğunluğu.

Bir çox adamın həddindən artıq təmizlik, vasvasılıq, nizamlılıq, əşya və ya pul yığma, simmetriyaya əhəmiyyət vermə, qapını nəzarət etmə kimi müxtəlif takıntıları, lazımsız bildiyi halda etmək məcburiyyətində qaldığı davranış və düşüncələri ola bilər. Əksəriyyət zaman bunlar əhəmiyyətli bir zaman itkisinə və ya ciddi bir çətinliyə səbəb olmazlar. Ancaq bəzi şəxslər həddindən artıq və lazımsız olduğunu bildikləri halda bu davranış və düşüncələrini təkrar-təkrar etməyə davam edərlər. Bu vəziyyət əhəmiyyətli dərəcədə zaman itkisinə gətirib çıxarar, diqqət cəlb edən bir çətinlik verər və adamı məcbur etməyə, həyatla, özü ilə və ətrafı ilə əlaqəsini pozmağa başlayarsa, üzərində dayanmaq və bunun ruhi bir problem ola biləcəyini düşünmək lazımdır.
Obsessivlər, qeyri-iradi gələn, adamı narahat edən və ya çətinlik verən, şüurlu bir cəhd ilə qovula bilməyən təkrarlayıcı düşüncələrdir. Komplussivlər isə çox zaman obsessiv düşüncələri qovan və ya bu düşüncələrin verdiyi çətinliyi azaltmaq üçün edilən və istəmədən təkrarlanılan hərəkətlərdir.
Evinin qapısını bağlayıb bağlamadığından əmin ola bilməyən (obsessiv) bir adamın, təkrar-təkrar qapıya nəzarət etməsi (kompulssiv), pul ya da hər hansı bir əşyaya toxunduğunda əlinin çirkləndiyini obsessiv şəkildə düşünən bir adamın əl yuma ehtirası (komplussiv) kimi davranışlar ən sıx rast gəlinən nümunələrdəndir .
Obsessiv və Komplussivlərin Xüsusiyyətləri:
Obsessivlər (takıntılar) — qayğı və çətinliyə gətirib çıxaran, şəxs tərəfindən inadçı və məcburedici düşüncə, fikir, impuls və xəyallardır. (Məsələn, insanların əllərinin çirkli və mikroblarla bulaşıq olduğunu düşünən şəxs birlikdə yaşadığı insanlar üçün də eyni şeyi düşünməkdədir) Şəxs bu düşüncələrin öz iradəsi altında olmadığını bilir. (Adam bu insanların təmiz olduqlarını bilsə belə lazımsız bildiyi bu düşüncə davamlı başını qurdalamağa davam edər) Şəxslər bu düşüncə və impulsları basdırmağa və ya yox saymağa çalışarlar və ya bunları bir başqa düşüncə və ya hərəkətlə (yəni komplussivlərlə) aradan qaldırmağa çalışırlar. (Adam bu takıntısını zehnindən uzaqlaşdırmağa çalışar və ya tez-tez əllərini yuyar)
Komplussivlər (məcbur edilmələr) — Təkrarlayıcı davranış və ya zehni hərəkətlərdir. (qucaqlaşmaqla əllərinin çirkləndiyini düşünən bir adam davamlı əllərini yuyar) Məqsədləri hər hansı bir zövq və ya xoşbəxtlik təmin etmək deyil, obsessivlərə yoldaşlıq edən çətinliyi azaltmaq ya da qorxulu bir vəziyyətə və ya hadisəyə maneə törətməkdir. (əllərini bu dərəcə sıx yumaq şəxsin xoşuna gəlməz, məqsədi əlinin çirkləndiyinə dair olan narahatlığını azaltmaqdır) Komplussivlərin məqsəd qoyduqları şeylə aralarında məntiqi əlaqələri yoxdur.

Bəzi Obsessiv — Komplussiv Növləri

Təmizlik obsessivlərı:
Təmizlik obsessivli olan şəxslər ümumiyyətlə, mikrobların, çirkin, onlara bulaşmasından qorxarlar. Saatlarla özlərini və ya bədənlərinin bir qisimini yuyaraq, özlərini ''bulaşmaqdan'' qorumağa çalışarlar. Onlara bir şey bulaşdıracağını düşündükləri şeylərdən qaçarlar. Ətraflarındakı hər şeyin keçici və ya çirkli olduğunu düşünürlər. Təmizlənmədiyini düşünərək saatlarla və təkrar-təkrar ev təmizliyi edərlər.
Şübhə obsessivləri:
Şübhə obsessivi olan şəxslər bir şeyi edib etmədiklərindən əmin ola bilməzlər və bu səbəblə etdikləri şeyləri təkrar-təkrar kontrol edərlər. Belə bir adam sobanı söndürmüş də olsa söndürdüyündən əmin olmaz və dəfələrlə sobanı kontrol etmək məcburiyyətində qalar. Qapını açıq unutduğuna dair şübhəsi olan bir adam tez-tez qapını kontrol edər.
Nizam obsessivləri:
Bu cür obsessivi olan şəxslər hər şeyi tamamilə doğru bir şəkildə tənzimləməyə çalışarlar. Bəzilərinin əşyalarına toxunmasına və ya qarışdırmasına müqavimət göstərərlər. Nizam uğruna saatlarını xərcləyə bilərlər.
Təcavüzkarlıq və ya zərər vermə obsessivləri:
Uşağına zərər vermə və ya cinsi xəyallar bu cür obsessivlərdəndir. Bu şəxslər etməyəcəklərini bilsələr belə uşaqlarına zərər verməkdən qorxarlar və bu qorxularına maneə törədə bilməzlər. Bu qorxunu yüngülləşdirə bilmək üçün bəzi şeyləri «doğru sayda» etmək məcburiyyətində hiss edərlər (məsələn mətbəx lampasını 3 dəfə açıb bağlamaq kimi) Beləcə, özlərini və ailə üzvlərini xəyali bir təhlükə və ya zərərdən qoruduqlarına inanarlar.
Dini obsessivləri:
Ağılına, istəmədiyi halda, tanrıya küfr düşüncələri gələn adam ədədləri on-on geriyə doğru sayaraq çətinliyini yüngülləşdirməyə çalışarlar. Əksərən, bu cür obsessivlər ibadət edərkən başlayar. Kimiləri buna görə tez-tez duaları təkrarlayar, tövbə və ibadət edərlər.
Sayma obsessivləri:
Bu şəxslər düşündükləri ya da gördükləri ədədləri saymaqdan özlərini ala bilməzlər. Avtomobil nömrələrini, evlərin nömrələrini, mənzillərin neçə qat olduğunu sayarlar. Müəyyən ədədlər uğurlu, müəyyən ədədlər uğursuzdur. Uğursuz ədəd ağla gəlincə dərhal uğurlusu ilə uzaqlaşdırılmağa çalışılar.
Digər Xüsusiyyətlər:
Bir çox adam obsessiv və komplussivlərini ortaya çıxaran vəziyyət və ya obyektlərdən uzaq dayanmağa çalışar (məsələn, insanlarla qucaqlaşmaqdan qaçar) Adamda davamlı tərəddüd və qərarsızlıq diqqəti çəkər. Bir şeyi qaydasına görə etdimmi-etmədimmi, etsəmmi-etməsəmmi qərarsızlıqları ilə çox dərəcədə böhrana düşər və şübhələrini yaxınlarından təkrar-təkrar soruşaraq onları qorxudarlar.

Statistikaya görə təxminən 50 adamdan birində obsessiv — komplussiv davranış pozğunluğu var. Ancaq bir çox adam; xəstəliklərini gizləmələri, kimsəyə bildirmək istəməmələri və ya illərcə sürən xəstəliklərini artıq mənimsəmələri səbəbiylə həkimə müraciət etməkdən qaçırlar .
Səbəbi:
Bu davranış poğunluğunun səbəbi kimi bəzi bioloji və psixososial faktorlar götürülsə də tam olaraq səbəbi hələ aydın olmamışdır.
Müalicəsi:
Obsessiv — komplussiv davranış pozğunluğu uzun, davamlı və zamanla yaxşılaşma göstərə bilən bir xəstəlikdir. Dərmanla və psixoterapiya ilə müalicəsi mümkündür. Dərman müalicəsi və psixoterapiya ilə birlikdə istifadə edildiyi vəziyyətlərdə çox yaxşı nəticələr alınır.


Tarix: 27.11.2014 / 12:39 Müəllif: Aziza Baxılıb: 69 Bölmə: Ümumi Psixologiya
loading...