Çoxumuz sakitləşmək və yaxud əksinə, gümrahlıq əldə etmək üçün, hətta depressiyadan azad olmaq məqsədilə də musiqiyə qulaq asırıq.
Musiqinin neyrokimyəvi üstünlükləri ondadır ki, o immun sisteminin gücünü artırır, həyəcanı azaldır və əhval-ruhiyyəyə təsir göstərir. Bu qənaətə MakGill universitetdəki kanadalı psixoloqlar gəlib. Onlar əmindir ki, musiqiyə daha diqqətli olmaq və onu müalicə məqsədləri ilə istifadə etmək lazımdır.
Təhlil müəllifləri Mona Liza Çanda və Daniel Levitin qeyd edir ki, musiqi bəzi xəstəxanalarda səhhətin gücləndirilməsi, xəstələrin halının yaxşılaşdırılması, həmçinin ağrı hissinin azaldılması üçün istifadə olunur.
Bunu həkimlər intuitiv anlayır, lakin, bu günə qədər həmin bu elmi təsdiqini tapmamışdır. Buna görə də Çanda və Levitin 400-dən çox musiqi və neyrokimyəvi proseslərin bağlılığını öyrənən tədqiqatların meta-təhlilini aparıblar. Bu meta-təhlilin nəticəsində musiqinin köməyi dəyə biləcək dörd istiqamət tapılıb:
- Mükafat, motivasiya və həzz — məsələn, qida qəbulunda yaşanan problemlərlə mübarizə kimi;
— Stress və coşma — həyacanı azaltmaq üçün;
— İmmunitet — musiqi vasitəsilə immun sistemi gücləndirmək, qocalma prosseslərini yavaşlatmaq olar;
— Sosial adaptasiya — musiqi güvənliyi və sosial bağların gücünü artıra bilər.
musiqinin gucu
İş ondadır ki, musiqi ilkin dörd neyrokimyəvi sistemə təsir göstərir və dofaminin, apioidlərin, kortizolun, serotoninin və oksitosinin qana işləməsində kömək edir. Alimlər ümid edir ki, klinikalarda həyata keçirilən əvvəlcədən düşünülmüş musiqi terapiyası bu istiqamətdə növbəti addım olacaq.
Tarix: 27.11.2014 / 12:44 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Ümumi Psixologiya