Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın gülüşü

Kaliforniyalı psixoloqlar, qadınların kişilərə qarşı niyyət və düşüncələrini gülümsəmələrindən anlamanın mümkün olacağını ifadə etdi.Mütəxəssislər qadınların tanımadığı bir kişi ilə qarşılaşdığında fərqli gülümsəmə şəkillərinə sahib olduğunu dilə gətirdi.Adamın gülümsəmə tərzi isə sadə bir salamlama şəklindən ibarət deyil. Altında daha fərqli mənalar yatır. Duchenne gülüşü
19-cu əsrdə yeni bir əzələ hərəkətini təyin etməyi bacaran psixoloq Duchenne de Boulogne'nin adının verildiyi gülüşdür. Həm dişlərin həm də diş ətlərinin göstəriləcəyi şəkildə sərgilənən bu gülümsəmənin mənası: «Yaxınlaşmasan yaxşı edərsən» olaraq şərh olunur.

Cilvəli gülümsəmə
Qısa və dodaqların tək bir tərəfi sərgilənən gülümsəmədir. Ümumiyyətlə qadının başını digər tərəfə çevirərkən göz ucuyla kişiyə baxaraq etdiyi bu gülümsəmə azadlıqdır və «tanış ola bilərik» mənalarını bünyəsində saxlayar.

İctimai gülümsəmələr
Bu tərz gülümsəmələr ümumiyyətlə qaşların qaldırılması və gözlərin günahsız bir şəkildə çevrilməsi ilə sərgilənir. Qadınlar gülümsədiktən sonra, gözlərini yerə salar və başını da aşağı doğru çevirər. Ümumiyyətlə istiqanlılıq və səmimi olmaq istəyinin nümayəndəsi olan bu gülümsəməyi gördüyünüzdə tanış olmaq üçün dəvətnamə almısınız deməkdir.


Tarix: 27.11.2014 / 12:23 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Ümumi Psixologiya
loading...