Sigismund Şlomo Freyd 6 May 1856 – 23 Sentyabr 1939-cu il tarixləri arasında yaşamış psixoanaliz elminin banisi avstriyalı nevroloqistdir.
Freyd ən çox özünün təhtəlşüur fikir və psixoloji repressiya mexanizmi nəzəriyyələri ilə, həmçinin fikrin tədqiqi üçün psixoanalizin klinik metodunun, pasient və psixoanalist arasındakı dialoqa əsaslanaraq psixopatologiyanın müalicəsinin yaradıcısı kimi tanınır.
Sonralar tez-tez psixoanaliz adlandırılan psixologiyadakı psixodinamik yanaşma Freyd tərəfindən işlənmişdir. «Psixodinamik» terminin özü şəxsiyyətin ayrı-ayrı aspektləri: instinkt, təfəkkür və şüur arasında arasıkəsilməyən mübarizəni nəzərdə tutur.
Ziqmund Freydə görə insanlarda şüurlu təhtəlşüurun 5 qaydası var:
1. Biz nə üçün hər ay yeni birinə vurulmuruq? Çünki bu zaman hər dəfə ayrılarkən qəlbimizin bir hissəsini itirmiş olardıq.
2. Biz bir-birimizi təsadüfən seçmirik. Bizim qarşımıza yalnız əvvllər şüuraltımızda mövcud olan insanlar çıxır.
3. Biz ən çox sevərkən tamamilə köməksiz olur, sevgi obyektini və ya onun sevgisini itirərkən isə ümidsizcəsinə bədbəxt oluruq.
4. Sevildiyinə şübhə etməyən insanlar cəsur və özünəinamlı olurlar.
5. Hər bir kəsin heç kəsə etiraf etmədiyi və özünün də xəbərsiz olduğu arzuları olur
Tarix: 27.11.2014 / 12:44 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Ümumi Psixologiya