Gənclər çox vaxt doğru insanla birlikdə olub-olmadığını bilmirlər. Buna görə də duyğuların bir daha nəzərdən keçirilməsi və yaxşı götür-qoy etmək lazımdır. Necə deyerlər: -yüz ölç, bir biç.
Test etməklə seçdiyiniz insanla münasibıtiniz nə qədər ciddi olduğunu qisməndə olsa aydınlaşdıra bilərsiniz.
Aranızda mübahisə olan zaman nə edir?
a) Bir-birinizin fikirlərinə hörmət edir və hər şeyi yoluna qoyursunuz
b) Aramızda heç bir problem yoxdur
c) Saatlarla danışsaq da, heç nəyi həll edə bilmirik
d) Sakit danışa bilmirik
Sevgilinizi gün ərzində görməmisinizsə?
a) Sevgilim üçün çox darıxıram
b) Rahat ola bilmirəm çünki qəmgin oluram
c) Normal qarşılayaram
d) Olduqca rahat olaram
Sevgilinizlə ictimai yerlərdə söhbət edərkən?
a) Məni həmişə dinləyir
b) Çox fikir vermir
c) Dediklərimi təkrar yenə soruşur
d) Mənimlə maraqlanmır və ətrafa baxır
Sevgilinizə niyə vurulduğunuz soruşanda nə cavab verirsiniz?
a) Ortaq maraqlarmızın çox olduğunu deyirəm
b) Ailə münasibətlərimiz çox yaxşıdır
c) Çox düşünür və cavab verə bilmirəm
d) Bilmirəm
Hər həftə sonu birlikdə nə edirsiniz?
a) Bilrikdə gözəl vaxt keçirərik
b) Filmə və ya partiyə gedərik
c) Dostlarımızla yaxşı əylənərik
d) Heç bir şey edə bilməz və sıxılarıq
Nəticələr:
A və B variantı çoxluq təşkil edirsə:
Siz davamlı olaraq onu fikirləşirsiniz. Lakin sıxılmayın o da sizi fikirləşir. Xırda və əhəmiyyətsiz problemləri həll edə bilirsiniz. İkinizin də dinləmə qabiliyyəti çox yüksəkdir. Sevincinizi və kədərinizi bir-birinizlə paylaşmağı bacarırsınız. Onu dəli kimi sevirsiniz çünki ortaq xüsusiyətləriniz çoxdur. Bu sizi daha da bağlayır və sevginizi möhkəmləndirir. Çalışın bu münasibətləri qoruyub saxlayın.
C və D variantı çoxluq təşkil edirsə:
Sizin sevgi münasibətləriniz yaxşı deyil. Xırda problemləri belə həll edə bilmirsiniz. Bu xüsusiyyətləriniz sizin münasibətləri daha da kəskinləşdirir. Ciddi münasibətlərə ümid etmək məsləhət görülmür. Onun sizə olan simpatıyası ötəri bir hissidir.
Tarix: 27.11.2014 / 12:47 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Ümumi Psixologiya