İnsan özünü mükəmməl göstərməyə çalışsa da bəzi anlar olur ki, içindəkini tam olaraq büruzə verir. Bir insanı ən yaxşı bu hallarda tanıya bilərsiniz:
İçmişəm çaxır...
Bəzi insanların sərxoşluğu çəkilməz olur. Sevdiyiniz insandırsa, hardasa dözmək olar. Bir qurtum içən kimi insanın bütün kompleksləri dağılır, o vaxt da tanımağa başlaya bilərsiniz...
Mənə bir çay gətir!
Bir insanın ofisiant, qapıçı və digər işçilərlə danışma tərzindən hər şey məlum olur. Alçaldıcı tərzdə ofisianta: “Get filan şey gətir, filan şeyi niyə belə etdin?”, — deyirsə, ən yaxşısı uzaqlaşmaqdı...
Daxilən irqçi
Dostunuz normal adamdır, bir sıra məsələlərə eyni cür yanaşdığınızı düşünürsünüz. Ancaq birdən elə bir söz deyir ki, adam donub qalır. Etnik, cinsi, dini ayrı-seçkiliyini göstərən zarafat da etdimi, o insanı tanıdınız deməkdir.
Cığallıq
Uşaq vaxtı çox qarşılaşdığımız mənzərədir. Amma bəzi insanların cığallığı böyüyəndə də keçmir. İş görəndə, harasa birlikdə gedəndə həmişə cığallıq edirlər.
Eyni evi paylaşmaq
Uşaqlıq dostunuz, tələbə yoldaşınız, sevgiliniz olsun – bir evi paylaşmaq çox çətin məsələdir. Qanınız bir olan bacı-qardaşla evdə yola getmək olmur, o ki qaldı kənar biri ilə. Otaq yoldaşınızdan bezəndə boşqabı düzgün yerləşdirməməyinə də əsəbiləşməyə başlayırsınız.
Ailəsinin yanında yoxlayın
Siz onu iş yerində, məktəbdə, əyləncə məkanlarında sevmiş ola bilərsiniz. Amma onu bir də ailəsinin, uşaqlıq dostlarının yanında görün. Bir-birilərinə müraciətləri, evində özünü aparması da insanı tanımaq üçün yaxşı üsuldur.
Onu mən yeyəcəkdim!
Süfrədə bəzən boşqabdakı son vaflini, pomidoru, çörəyi insan nəzakət xətrinə yemək istəmir. Bəziləri isə heç kimi düşünmür, nəzakətlilikdən uzaq, başqasını düşünməyən bir tipdən sizə xeyir gəlməz.
Xəbərlərə baxın
Çalışın bir dəfə də olsa, onunla gündəmin ən qaynar xəbərlərini izləyəsiniz. O insanın hadisələrə yanaşması, münasibətini yaxşıca gözdən keçirin. Somalidə acından ölənlərə “çörək yoxdu, piroq yeyin” deyirsə...
Borc-xərc işləri
Çox ehtiyacınız olub, borc almaq istəmisiniz. Pul olmasın, olsun paltar və ya hər hansı əşya. Əgər sizə göz görə-görə “uşaqsayağı” bəhanələr uydurursa, uzaq qaçın.
“Axmağın biri…”
Köhnə dostu, sevgilisi haqda seçdiyi sözlərə diqqət edin. Sizin də arxanızca deyilməsin...
Cinsi münasibət
Detallara varmağa ehtiyac yoxdur. Bir insanı tanımağın ən yaxşı yollarından biri də budur. O mərhələyə gəlincə deyilən sözlər, oyunlar, bəhanələrin doğru olub-olmadığı dərhal aydınlaşır...
Avtoş!
Dostunuz, tanışınız deyə mindiniz maşına minməz olaydınız! Özünü sizə göstərmək üçün o maşındakına “Sənə “prava” verənin...Cəld tərpən də, yatmısan?” deyə söyür, ona sataşır, buna söz atır, yüksək sürətlə “cəsarət”in göstərir… Yaxın bir yerdə saxlatdırıb düşün.
Yas mərasimləri
Yaxın bir insanınızı itirmisinizsə, gözünüz qapıda olur. Dostlarınızın yanınızda olmasını, sizə dəstək üçün gəlməsini çox istəyərsiniz. Siz gözləyirsiniz, onlardan bəziləri heç zəng də vurmur!
Bir qurtum icən kimi insanın butun kompleksləri dagılır
Sevgi üçbucağı
Hərdən iki dost eyni adama vurulur. Sevgi-məhəbbət işlərində “İstəyirsənsə, birinci sən al” kimi söhbətlər olmur. Sevgimi, dostluqmu...Bu vəziyyətdə sevilən şəxsin hər ikisindən də yaxa qurtarması yaxşı olar. Ağlı varsa əgər...
Ah vəzifə, vəzifə...
Bir insanı əlinə pul keçəndə, vəzifəyə yüksələndə daha yaxşı tanımaq olar. Hətta bəzən heç vəzifədə qalxmasını gözləmək lazım gəlmir, bir gün təriflənsə, davranışında mütləq bildirəcək.
Mübahisə edin
Gündəlik həyatda hər şey yaxşıdır. Yola gedirsiniz. Ancaq azca narazılıq, dava düşən kimi hansı sözləri, hərəkətləri edəcəyinə baxın. Sözü bitən kimi “Səni biabır edəcəm”, “Verdiyim pullar boğazından gəlsin” deyirsə, başqa dostlar tapın.
Sosial mediada izləyin
Facebookda, Twitter-də kimi izləyir, kimlərlə dostdur? Kimləri, nələri “bəyənir”? Nə tipli “status”lar, “tvit”lər paylaşır? İnsanı tanımanın yəqin ki ən müasir yolu budur!
Futbol oynayaq?
Dostunuzun ayağından topu alıb getməyinizlə, onun arxadan sizə təpik vurub yıxmağı bir olur. Diqqətlə baxın, görün topu almaq, oyunu qazanmaq üçün daha nələri edəcək.
Yola çıxın
Yola çıxmaq haqda çoxlu atalar sözləri və məsəllər var. Yola “yaxşı qızdır, şirindir” sözləri ilə çıxırıq, “qaraqabaq, “zəhər tuluğu” biri” ilə qayıdırıq. Hətta bəzən tətildə xırdaçı, səliqəsiz, pintinin biri olduğun da öyrənəndən sonra…
Xahiş edirəm…
Adi bir şeyi xahiş edin. Yoxlayın görün nə qədər məsuliyyətlidir.
Tarix: 27.11.2014 / 12:46 Müəllif: Aziza Baxılıb: 87 Bölmə: Ümumi Psixologiya