1. Təlim psixologiyası, pedaqoji psixologiyanın əsas sahələrindən biri kimi.
2. Təlimin mahiyyəti və qanunauyğunluqları.
3. Təlim fəaliyyətinin strukturu.
4. Təlim və psixi inkişaf.
5 . Təlim motivləri və şagirdlərin tələbat sahəsinin formalaşması.
6. İnkişafedici və tərbiyəedici təlim.
7. Tərbiyə psixologiyası haqqında ümumi anlayış.
8. Məktəb yaşı dövründə şəxsiyyətin formalaşmasının psixoloji şərtləri.
1-ci sual. Təlim psixologiyası pedaqoji psixologiyanın ən mühüm sahələrindən birini təşkil edir. Hazırki dövrdə məktəbin qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində təlim psixologiyası sahəsində aparılan axtarışların nəticələri həlledici rol oynayır. Böyüməkdə olan nəslə elmlərin əsaslan haqqında dərin və möhkəm biliklər vermək, onlarda həmin biliklərdən istifadə edə bilmək, onları təcrübəyə tətbiq etmək bacarığının yaradılması müasir dövrün ən ciddi tələbləri kimi qarşıda durur. Başqa sözlə, təlim problemi bəşəriyyətin daima diqqət mərkəzində olan bir problemdir. Bu problem hazırda da öz əhəmiyyətini itirməmiş, əksinə özünün yeni cəhətləri ilə daha qabanq şəkildə diqqəti cəlb edən bir problemə çevrilmişdir. Həmin problemin günün tələbləri səviyyəsində həlli pedaqoji psixologiyanın qarşısında duran əsas vəzifələrdən hesab olunur.
Təlim problemi pedaqoji psixologiyanın qarşısında həm nəzəri, həm də tətbiqi problem kimi durur. Təlimin nəzəri problemi kimi həlli birinci növbədə onun nəzəri əsaslarını, qanunauyğunluqlarını psixoloji aspektdə açmağı tələb edir. Bir nəzəri problem kimi təlim fəaliyyətinin psixoloji strukturunun açılması, onun motivləri, məqsədləri və vəzifələrinin dəqiqləşdirilməsi, təlim fəaliyyətinin müasir tələblərdən doğan konsepsiyalarının aşkara çıxarılması pedaqoji psixologiyanın həll etməli olduğu əsas problemlərdən hesab olunur.
Bu məsələlərin həlli üzərində çalışan psixoloqlar təlim nəzəriyyəsini bir sıra istiqamətlərdə inkişaf etdirmişlər.
Bunları ümumiləşdirdikdə pedaqoji psixologiyada aşağıdakı təlim nəzəriyyələri diqqəti cəlb edir. 1) izahlı illüstrativ (ənənəvi) təlim; 2) proqramlaşdınlmış təlim; 3) fikri işlərin və anlayışların mərhələlər üzrə təşəkkülü nəzəriyyəsi; 4) problemli təlim; 5) təlim nəzəri təfəkkürün inkişafı kimi; 6) tərbiyəedici təlim.
Təlim problemi yalnız nəzəri problem olaraq qala bilməz. Həmin problemin aşkara çıxarılmış qanunauyğunluqlarını təcrübəyə, məktəb həyatına tətbiq olunmazsa və həmin sahədə öz səmərəsini göstərməzsə onun əhəmiyyətindən də danışmağa dəyməz.
2-ci sual. Təlimin mahiyyəti və qanunauyğunluqları.
Təlim insanın əsas fəaliyyətlərindən biridir. Məktəb yaşı dövründə isə həmin fəaliyyət məktəblilərin aparıcı fəaliyyətinə çevrilir. Onun köməyi ilə şagirdlər müəyyən məlumatlan, hərəkətləri və davranış formalarını mənimsəyirlər. Bu iş kor-koranə deyil, şüurlu, planlı şəkildə həyata keçirilir. Məhz buna görə də təlim prosesində aşağıdakı məqsədlərə nail olma baş verir.
a) Hər hansı bir fəaliyyət növünün müvəffəqiyyətlə təşkil edilməsi üçün lazım olan gerçəkliyin zəruri xassələri haqqında məlumatın mənimsənilməsi; b) qarşıda duran məsələnin həllində lazım olan yolları və əməliyyatları düzgün seçmək və onlara nəzarət etmək üçün qeyd olunan məlumatlardan istifadə qaydalarını, ikinci halda vərdişlərin, üçüncü halda isə bacarıqların yaranması baş verir.
Təlim şagirdlərin biliklər sistemini mənimsəmələrinə və həmin bilikləri təcrübəyə tətbiq etmək üçün olan vərdiş və bacarıqlara yiyələnmələrinə yönəlmiş məqsədyönlü idrak fəaliyyətidir.
Təlim məqsədə yönəlmiş prosesdir. Burada insanın öyrənilməsi baş verir. Lakin hər cür öyrənməni təlim adlandırmaq düzgün deyil.
3-cü sual. Təlim fəaliyyətinin strukturu
İnsan təlimin köməyi ilə bəşəriyyətin təcrübəsinə yiyələnir. Bu təcrübəni öyrənmədən onun həyatda baş çıxarması mümkün deyildir. Həmin təcrübənin öyrənilməsinin, mənimsənilməsinin başlıca yolu isə təlimdir. Ona görə də, öyrənmənin strukturunu bilmədən bu strukturu nəzərə almadan təlim fəaliyyətini təşkil etmək də çətinləşərdi. Öyrənmənin, təlimin psixoloji strukturuna aşağıdakı komponentləri daxil etmək mümkündür. İdrak tələbatlan, təlim motivləri, təlim məqsədləri, tədris işləri.
Tədris işləri də müxtəlif olur. Buraya təhrikedici (icraedici), proqram-məqsədli, fəal əməliyyatlı, nəzarət-tənzimedici (qiymətləndirici, yoxlayıcı) işləri aid etmək olar.
Ümumiyyətlə, psixoloji tədris əsasında əldə edilmiş faktlar belə bir cəhəti əsaslandırmağa imkan verir ki, idrak tələbatlarının ödənilməsi insanın normal şəkildə inkişafı üçün zəruri şərtdir.
Öyrənmənin strukturunda təlim məqsədləri və vəzifələrinin də özünəməxsus yeri və rolu vardır. Məhz bu cəhət öyrənmənin təlim xarakteri daşımasına imkan verir. Başqa sözlə, öyrənmə planlı, müəyyən məqsəd və vəzifələri yerinə yetirəcək şəkil aldıqda təlimə çevrilir.
Nəhayət, qeyd etdiyimiz kimi, öyrənmənin məqsəd və vəzifələrini həyata keçirməyə imkan verən tədris işləri də onun strukturunda əsas yerlərdən birini tutur. Bu cür işlərə ilk növbədə icraedici (təhrikedici) işlər daxildir. Öyrənən adam həmin tədris işlərindən istifadə etmədən müvafiq bilik, bacarıq və vərdişlərə yiyələnə bilməz. Bu cür işlər insanı fəaliyyətə yönəldən işlərdir. Ona görə də burada öyrənmənin motivləri də təsirini göstərir.
Təlimin strukturuna daxil olan nəzarət-tənzimedici tədris işlərinin də rolu böyükdür. Bu işlər əsasən qiymətləndirici, yoxlayıcı və təsdiqedici xarakter daşıyır. Bunların köməyi ilə şagirdlərin təlim fəaliyyətini idarə etmək mümkün olur.
Belə ki, L.S.Viqotski və onun əməkdaşları təlimlə əlaqədar baş verən əqli inkişafın iki səviyyəsini və zonasını müəyyən etmişlər. Bir səviyyəni inkişafın fəal, aktual zonası adlandınlmışlar. Bu zonaya malik olan şagird gündəlik dərsləri, verilmiş təlim tapşırıqlarını müstəqil surətdə yerinə yetirir, özü başqasının köməyi olmadan dərsdə müvafiq materiallardan istifadə edir.
Əqli inkişafın ikinci səviyyəsində isə uşaq bir növ yaşlıların, müəllimin köməyi ilə daha yüksək nailiyyət əldə edə bilər. Viqotski yazır: bu onun yaxın inkişafını göstərir.
İctimai borcu dərk etmək, rəğbətləndirmə və mükafat almağa cəhd göstərmək, başqalarının diqqətini cəlb etmək, başqasını yamsılamaq arzusu, özünütərbiyəyə cəhd və s.
Onuncu sinif şagirdlərinin təlim motivlərini öyrənən psixoloqlar (Y.V.Sorov və b.) həmin motivlərin aşağıdakı ardıcıllığını qeyd etmişlər. Elmin məzmunu, müasir həyatda elmin əhəmiyyəti, şəxsi maraqla bağlılıq müəllimin şəxsiyyəti və gözəl tədrisi biliyini artırmaq.
Q.İ.Suxinanın tədqiqatlarında aşkara çıxarılmış təlim motivlərindən aşağıdakıları qeyd etmək olar: Təhsilin həyatda praktik əhəmiyyəti, perspektiv (ali məktəbə hazırlıq, gələcək peşə ilə bağlılıq) idraki motivlər, vətəndaşlıq motivləri, həmyaşıdları ilə ünsiyyət motivləri, özünütərbiyə motivləri.
Motivlərin təhlili zamanı yaş fərqləri aydın şəkildə diqqəti cəlb edir. Tədqiqatlar göstərir ki, I-III sinif şagirdləri üçün idrak tələbatları ilə bağlı olan motivlər üstünlük təşkil edir. Yeniyetməlik dövründə təlim fəaliyyətinin vətəndaşlıq motivləri sırasında birinci yeri kollektivə münasibətlə bağlı olan motivlər tutur (öz sinfinin şərəfini qorumaq və s.). Böyük məktəb yaşlı şagirdlərdə isə həmin motivlər özünün gələcəyi haqqında təsəvvürlərlə bağlıdır.
Psixoloji tədqiqatlar zamanı aşkara çıxarılmışdır ki, xüsusilə yeniyetməlik və böyük məktəb yaşlı şagirdlərdə vasitəli motivlər vasitəsiz motivlərə nisbətən üstünlük təşkil edir. Ona görə də müəllim həmin faktı öz fəaliyyətində nəzərə almaya bilməz.
Vasitəsiz təlim motivləri özünün emosional və sosial əhəmiyyəti ilə yanaşı, böyük didaktik qiymətə malikdir. Bu cür motivlər insanda idrak obyektlərinə qarşı fəallıq doğurur, onu daha işgüzar və yaradıcı edir.
Təlim motivlərinin formalaşması kiçik məktəb yaşı dövründə özünəməxsus xüsusiyyətlərə malik olur. Adətən bu dövrdə yaranan təlim motivlərinin xarakteri sonrakı dövrlərdə həmin motivlərin inkişafına öz təsirini göstərir.
Kiçik məktəb yaşı dövründə təlim şagirdlər üçün əsas fəaliyyətə çevrildiyinə və sonrakı yaş dövrlərindən özünün spesifik xüsusiyyətlərinə görə fərqləndiyi üçün bu dövrdə təlim fəaliyyətinin motivləri, motivləşmə sahəsində özünəməxsus xüsusiyyətlərə malik olur. Şübhəsiz, hər şeydən əvvəl, kiçik məktəblilərin təlim fəaliyyətinin motivləşməsi uşağın mövcud olduğu bütün şəraitdən asılı olacaqdır.
Uşağın məktəbə, məktəb təliminə hazırlığı təlimin məzmunu, tədris metodları, müəllim və şagirdin münasibət stili, valideynlərin bir sıra digər amilləri birinci sinif şagirdlərinin təlim fəaliyyətinin motivləşməsinə əsaslı təsir göstərir.
4-cü sual. Təlim və psixi inkişaf.
Təlim və psixi inkişafın qarşılıqlı əlaqəsi daima diqqəti cəlb edən məsələlərdən biri olmuşdur.
Vaxtilə alman psixoloqu V.Ştern belə bir müddəanı əsas tuturdu ki, təlim inkişafın arxasında gedir və ona uyğunlaşır. Bu fikrin əksinə olaraq görkəmli rus psixoloqu İ.S.Vıqotski təlim və tərbiyənin uşağın psixi inkişafında həlledici rolunu göstərmişdir. Onun fikrincə, təlim inkişafdan irəli gedir və onu öz arxasınca aparır.
Məşhur isveç psixoloqu J.Piaje də bu mərhələdə V.Şternə uyğun mövqe tutmuşdur. O belə hesab edir ki, uşağın psixi inkişafı özünün daxili qanunlarına malikdir və bir sıra özünəməxsus mərhələdən keçir. Onun fikrincə təlim inkişafa heç bir əsasla təsir göstərə bilməz. Ona görə də təlim inkişafa uyğunlaşmalı və onun tənzim edilməsi üçün məhz inkişafın səviyyəsi əsas götürülməlidir. Bununla da J.Piaje təlimin inkişaf etdirici təsirini kölgədə buraxır.
5-ci sual. Məktəb təcrübəsində, təlim fəaliyyətini həyata keçirərkən çox vaxt belə bir sual diqqəti cəlb edir: şagirdi yaxşı oxumağa və ümumiyyətlə, oxumağa yönəldən, təhrik edən nədir?
Şagirdlərdən birinin yüksək səy göstərməsi, o birisində isə təlim fəaliyyətinə qarşı bu cür səyin olmaması nə ilə əlaqədardır, başqa sözlə, şagirdlərin təlim fəaliyyəti neçə motivləşir, onlar hansı motivlərin təhriki altında hərəkət edirlər. Şübhəsiz, bu suallara düzgün cavab tapılması müəllimin həmin sahədə şagirdlərlə iş aparmasını, təlim fəaliyyətini idarə etməsini asanlaşdıra bilər.
Birinci növbədə ümumiyyətlə motivin və motivləşmənin nədən ibarət olduğunu nəzərdən keçirək. Motiv insanı hər hansı bir məqsədəyönəlmiş işə, fəaliyyətə təhrik edən səbəbdir.
İnsan beynində əks olunaraq onu fəaliyyətə təhrik edən və həmin fəaliyyəti müvafiq tələbatların ödənilməsinə yönəldən şeyləri A.N.Leontyev həmin fəaliyyətin motivi adlandırmışdır.
İnsan fəaliyyətinin motivləri özünün çoxcəhətliliyi ilə xarakterizə olunur. Onlar hər şeydən əvvəl bir-birlərindən tələbatların növlərinə görə fərqlənirlər. Ona görə də tələbatlarda olduğu kimi motivlər təbii və ali (maddi və mənəvi) ola bilir.
Təhrik (motivlər) qiymətləndirmə əsasında yaranır. Bununla belə qiymətləndirmə komponenti heç də həmişə birbaşa təhrikediciyə keçmir. O ya neytral qalır, ya da fərdin təhrikini gücləndirir.
Motivləşməyə gəldikdə bu elə motivlər birliyidir ki, şəxsiyyətin yönəlişliyini müəyyən etməklə onun fəaliyyətinin səmərəliliyini də şərtləndirir. Motivləşmə təhriklə fəaliyyətin məqsədi arasındakı əlaqə və münasibətlərin açılmasında ifadə olunur.
Psixoloqlar insan fəaliyyətinin motivləşməsi sahəsini öyrənərək və təhlil edərək motivlərin təsnifini vermişlər.
Özünün xarakterinə və fəaliyyət prosesində oynadığı rola görə motivlərin aşağıdakı növlərini qeyd etmək olar:
1. Situativ və geniş motivlər; 2. fəaliyyətin nəticəsinə yönələn və onun özünə doğru yönələn motivlər; 3. eqoistik və ictimai əhəmiyyətli motivlər.
Təzahür xüsusiyyətlərinə motivləri görə psixoloji ədəbiyyatda geniş istifadə olunan iki qrupa ayırmaq mümkündür: 1. geniş sosial motivlər; 2. idrak motivləri.
Bununla yanaşı olaraq motivlərin xarici və daxili tipləri də qeyd olunur.
Təlim fəaliyyətində müsbət və mənfi motivləşməyə də rast gəlmək mümkündür.
Məktəb təcrübəsi, şagirdlərin təlim fəaliyyətinin tədqiqi göstərir ki, ayn-ayn yaş dövrlərində və ayn-ayn şagirdlər üçün bütün motivlər eyni dərəcədə təsir gücünə malik olmur. Adətən ayrı-ayrı yaş dövrləri və ayrı-ayrı şagirdlər üçün bu motivlərdən biri - əsas, aparıcı, başqaları isə ikinci dərəcəli, köməkçi olur, bu sahədə müstəqil rol oynamır.
Psixoloji tədqiqatlar (L.İ.Bojoviç) göstərmişdir ki, bir halda sinifdə əlaçı olmaq, əlaçı şagirdlərin yerini tutmaq, başqa bir halda gələcəkdə təhsilini davam etdirmək, ali təhsil almaq arzusu, digər bir halda isə biliyin özünə qarşı maraq bu cür aparıcı, əsas motiv kimi təzahür edə bilər.
Ayrı-ayrı yaş dövrlərində təlim motivlərinin sisteminin müəyyənləşdirilməsi.
Psixoloji tədqiqatlar ayn-ayn yaş dövrlərində təlim motivlərinin sistemini müəyyənləşdirməyə imkan vermişdir.
Məsələn, tədqiqat zamanı yeniyetməlik dövründə vacib təlim motivləri kimi aşağıdakılar qeyd olunmuşdur:
Yalnız mütəşəkkil, məqsədəuyğun və planlı öyrənmə prosesini təlim adlandırmaq olar. Təlimin müvəffəqiyyəti psixoloji cəhətdən bir-biri ilə bağlı olan üç amildən asılıdır: nəyi öyrədirlər; kim və necə öyrədir, kimi öyrədirlər. Birincisi, təlimin xarakteri, bu sahədə müvəffəqiyyətin əldə edilməsi mənimsənməli olan materialların, məzmunu və sistemindən asılıdır.
Məzmun düzgün seçilmədikdə, sistemsiz və pərakəndə olduqda, öyrənilməsi nəzərdə tutulan məfhumlar lazımi səviyyədə olmadıqda mənimsəmənin səmərəli gedəcəyinə ümid bəsləmək olmaz.
Adətən təlimin məzmunu düzgün seçilmədikdə, şagirdlərə dolaşıq, çətin, ikinci dərəcəli, o qədər də yenilik xarakteri daşımayan materiallar təqdim olunduqda onlarda asanlıqla həmin materiallara qarşı psixoloji doyumluluq yaranır, təlim prosesindəki fəallıqları aradan qalxır.
İkincisi, təlimin xarakteri, bu sahədə müvəffəqiyyət əldə edilməsi öyrədən adamın - müəllimin şəxsi keyfiyyətlərindən, pedaqoji və metodiki ustalığından, hər bir halda tətbiq etdiyi konkret tədris metodundan, şagirdlərin psixologiyasını dərindən bilməsindən və s. asılıdır.
Üçüncüsü, təlim prosesi öyrədilənin - şagirdin xüsusiyyətlərindən, onun fərdi psixi inkişaf xüsusiyyətlərindən (əqli, emosional, iradi), onda təlimə qarşı münasibətin yaranmasından, onun meyli və maraqlarından, tələbat və öyrənməyə qabillik imkanlarından da çox asılıdır.
6-cı sual. İnkişafetdirici və tərbiyəedici təlim.
Biz təlim və inkişaf probleminə toxunarkən onun pedaqoji psixologiyasmm və yaş psixologiyasmm ən aktual problemlərdən biri olduğunu, bu sahədə müxtəlif baxışların mövcudluğunu qeyd etdik. Vıqotskiyə görə təlim inkişafın başlıca şərtidir. Təlim inkişafetdirici və tərbiyəedici funksiyaları yerinə yetirir. Ona görə də təlimin məzmunu, forma və üsulları elə seçilməlidir ki, bu funksiyaları həyata keçirməyə imkan versin. İnkişaf anlayışı çoxcəhətli anlayışdır. Şagirdlərin inkişafından söhbət gedərkən birinci növbədə onların psixi inkişafı diqqəti cəlb edir. Təlim prosesində şagirdlərin psixi inkişafının əsas istiqamətlərini təhlil edərkən psixoloqlar, ilk növbədə biliklərin onların tətbiqi mexanizminin və şəxsiyyətin ümumi xassələrinin inkişafı şəraitini qeyd edirlər. Sözün geniş mənasında inkişafetdirici təlim şəxsiyyətin formalaşmasına yönəlmiş təlimdir. Bu mənada təlim eyni zamanda tərbiyəedici funksiyanı həyata keçirir.
7-ci sual. Hər bir cəmiyyətdə tərbiyə həmin cəmiyyətin başlıca vəzifələrindən birini təşkil edir. İnsan amilinin əsas yer tutduğu hazırki dövrdə gənc nəslin elmi dünyagörüşünə, yüksək əxlaqi keyfiyyətlərə malik olan, ahəngdar inkişaf etmiş, ictimai cəhətdən fəal olan, mənəvi zənginliyi, əxlaqi saflığı və fiziki kamilliyi özündə birləşdirən şəxsiyyət kimi tərbiyə olunması, formalaşdınlması ən vacib, təxirəsalınmaz bir vəzifə kimi qarşıda durur. Bu mühüm vəzifənin həyata keçirilməsində məktəb və müəllimlərimiz həlledici mövqe tutur. Bununla əlaqədar olaraq məktəb yüksək əxlaq prinsipləri ilə yaşamağa və işləməyə, birgəyaşayış qaydalarına, qanunlarına sözsüz əməl etməyə daxili tələbat oyatmalıdır.
Şəxsiyyətin əxlaqi-iradi sahəsinin, əxlaqi şüurunun, əxlaqi təsəvvür, anlayış prinsip və inamının, əxlaqi hisslərinin, adətlərinin başqa adamlara, cəmiyyətə, əməyə münasibətdə ifadə olunan davranış tərzlərinin formalaşmasının psixoloji mexanizmlərini açmaqla, tərbiyə psixologiyası gənc nəslin şəxsiyyətinin fəal şəkildə istiqamətləndirilməsi üçün imkan verir.
Şagirdlərin tərbiyəvi təsir şəraitində psixi fəaliyyətlərinin qanunauyğunluqlarını, məktəblilərin özünütərbiyəsinin psixoloji əsaslarını aşkara çıxarmaqla tərbiyə psixologiyası şəxsiyyətin keyfiyyətlərinin formalaşmasına imkan yaradan həmin təsirlərin mexanizmlərini də öyrənir.
Tərbiyə şəxsiyyətin formalaşdırılmasına yönəldilmiş xüsusi fəaliyyət sahəsidir. Görkəmli pedaqoq A.S.Makarenkonun dediyi kimi tərbiyənin mahiyyəti ondan ibarətdir ki, daha yaşlı nəsil bu prosesdə özünün təcrübəsini, özünün etirazlarını, özünün inamını kiçik nəslə verir. Tərbiyə şəxsiyyətin daxili və xarici amillərin təsiri altında baş verən inkişafının idarə olunmasıdır. Ona görə də şəxsiyyətin necə formalaşması, bu prosesə təsir edən amillər diqqəti birinci növbədə cəlb edən cəhətlərdəndir. Bu baxımdan, birinci növbədə nəyi tərbiyə etmək məsələsi, başqa sözlə, şəxsiyyətin strukturu, əlamət və keyfiyyətləri, xassələrini dəqiqləşdirmək lazım gəlir. Məlum olduğu kimi, şəxsiyyətin hər bir keyfiyyəti bir-biri ilə ayrılmaz şəkildə bağlı olan bir vahiddir. Ona görə də şəxsiyyətin hər bir əlaməti başqa əlamətləri ilə əlaqəsindən asılı olaraq çox vaxt tamamilə fərqli xarakter daşıyır, özünəməxsus əhəmiyyət kəsb edir. Ona görə də tərbiyə prosesində şəxsiyyətin formalaşmasının bu cür cəhətlərinin nəzərə alınması zəruridir. Başqa sözlə, insanı hissə-hissə deyil, bir şəxsiyyət kimi tam halında tərbiyə etmək lazımdır.
8-ci sual. Məktəb yaşı dövründə şəxsiyyətin formalaşmasının psixoloji şərtləri.
Tərbiyədən söhbət açarkən biz birinci növbədə məktəbli şəxsiyyətinin formalaşması haqqında düşünürük. Başqa sözlə, məktəbin və müəllimin imkanları dairəsində, şəxsiyyətin formalaşması pedaqoji psixologiyada ən zəruri məsələ kimi qarşıda durur. Hələ məktəb yaşının ilk günlərindən tərbiyə işinin düzgün qurulmaması, pedaqoji baxımsızlığın hökm sürməsi şagird şəxsiyyətində arzu olunmayan keyfiyyətlərin formalaşmasına gətirib çıxarır. Bu cür mənfi keyfiyyətləri aradan qaldırmaq isə yenidəntərbiyə işi tələb edir ki, bu da əvvəlcədən yeni keyfiyyətləri formalaşdırmaqdan qat-qat çətindir.
Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, tərbiyə böyükməkdə olan nəslin şəxsiyyətinin formalaşması prosesinin idarə olunmasından ibarətdir.
Ona görə də bu proses özünün psixoloji mexanizminə malikdir. Bu mexanizmi nəzərə almadan tərbiyə işində müvəffəqiyyət qazanılacağı barədə düşünmək olmaz. Burada birinci növbədə tərbiyə prosesinin maliyyətini təşkil edən və psixoloji nöqteyi-nəzərdən bir-birilə bağlı olan aşağıdakı cəhətlərə diqqət yetirmək lazım gəlir: tərbiyə olunan və tərbiyə edənin xüsusiyyətləri, onların qarşılıqlı münasibətləri, tərbiyənin məqsədi, tərbiyə prosesində istifadə olunan yollar. Məhz buna görə də tərbiyə prosesini düzgün idarə edə bilmək üçün həmin cəhətlərin hər birinin xüsusiyyəti nəzərə alınmalıdır. Yalnız bu zaman tərbiyə prosesində şəxsiyyətin tələbatları, maraq və meylləri, dünyagörüşü, əqidə və idealları, qabiliyyət və xarakteri lazımi şəkildə formalaşdırıla bilər.
Tərbiyə prosesində biz daima inkişaf edən, keyfiyyətcə dəyişən uşaqlarla işləməli oluruq. Tərbiyə olunan həmin uşaqlar özlərinin şəxsiyyətlərinin psixoloji xüsusiyyətlərinə, tələbat və motivlərinə görə bir-birlərindən fərqlənirlər. Ayrı-ayrı yaş dövrlərində bu fərqlər müxtəlifləşir və özünəməxsus tərbiyəvi iş tələb edir. Ona görə də tərbiyə prosesində müvəffəqiyyət qazanmaq üçün birinci növbədə tərbiyə olunanların yaş və fərdi xüsusiyyətlərini öyrənmək və nəzərə almaq lazımdır. Məhz buna görə də hələ vaxtilə pedaqoji psixologiyanın banisi K.D.Uşinski insanı hərtərəfli tərbiyə etmək üçün onu hərtərəfli öyrənməyi tövsiyyə edirdi.
Görkəmli psixoloq S.L.Rubnşteyn göstərir ki «uşaqları tərbiyə edə-edə və öyrədə-öyrədə öyrənmək lazımdır ki, onları öyrənə-öyrənə tərbiyə edək və öyrədək. Məhz buna görə müəllim və tərbiyəçi hər hansı bir tərbiyəvi tədbiri həyata keçirməzdən əvvəl tərbiyə etdiyi şagirdin xüsusiyyətlərini aşkara çıxartmalı, tərbiyəvi tədbiri həyata keçirməzdən əvvəl tərbiyə etdiyi şagirdin xüsusiyyətlərini aşkara çıxartmalı, tərbiyəvi tədbiri ona müvafiq şəkildə tətbiq etməyə çalışmalıdır.
Tərbiyə psixologiyası sahəsində tədqiqat aparan psixoloqlar belə bir qənaətə gəlmişlər ki, şagird şəxsiyyətinin təşəkkülündə həlledici yeri təkcə onların fəaliyyətinin düzgün təşkili, şagirdlərin əxlaqi davranış təcrübələri toplamaları tutmur, eyni zamanda burada düzgün əxlaqi davranış motivlərinin tərbiyə edilməsi də mühüm rol oynayır. Bu baxımdan, şagirdlərin tələbat sahəsinin öyrənilməsi mühüm əhəmiyyətə malikdir. Çox vaxt şagirdin davranışındakı bu və ya digər cəhət onun tələbatı ilə bağlı olur. Bir motiv kimi tələbatlar şagirdin davranışını şərtləndirir. Buradan tərbiyə prosesində psixoloji cəhətdən diqqəti cəlb edən və nəzərə alınması zəruri olan bir tələb - şagirdin davranışına qiymət verərkən onun motivini müəyyənləşdirmək tələbi meydana çıxır. Psixoloqların tədqiqatları sübut etmişdir ki, motivdən asılı olaraq eyni fəaliyyət nəticəsində şagirdlərdə müxtəlif əxlaqi keyfiyyətlər formalaşa bilər. Məs: bir şagird öz yoldaşının düzgün olmayan hərəkəti haqqında sinif rəhbərinə xəbər verir. Şagirdi buna vadar edən, başqa sözlə onun bu cür hərəkətinin motivi müxtəlif ola bilər. Ola bilsin ki, şagird öz yoldaşını bu vəziyyətdən çıxarmaq, ona kömək etmək məqsədilə sinif rəhbərindən kömək gözləyir. Yaxud sinif rəhbərinin yanında özünü ucaltmaq, onun nüfuzunu qazanmaq üçün bu cür hərəkət edir, lakin ola bilsin ki, şagird öz yoldaşından qisas almaq üçün bu yolu tutur.
Tərbiyə prosesində müvəffəqiyyət qazanmaq üçün təkcə şagirdlərin yaş və fərdi xüsusiyyətlərinin öyrənilməsi və nəzərə alınması kifayət deyildir. Burada tərbiyəvi tədbirin tətbiq edildiyi konkret şəraitin nəzərə alınması da həlledici əhəmiyyətə malikdir. Adətən konkret şərait nəzərə alınmadan tətbiq olunan, şablon tərbiyəvi tədbir istənilən nəticəni vermir, bəzən hətta mənfi təsir göstərir. Tərbiyəvi tədbir o zaman daha səmərəli rol oynayır ki, burada müəllimin pedaqoji təxəyyülü iştirak etsin. Belə olduqda müəllim konkret şəraitdən asılı olaraq tətbiq etdiyi tədbirin nə kimi nəticə verəcəyini qabaqcadan görə bilir.
Tarix: 27.11.2014 / 12:04 Müəllif: Aziza Baxılıb: 240 Bölmə: Ümumi Psixologiya