Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mingünlük müharibə

Mingünlük müharibə (isp. Guerra de Los Mil Días) Kolmbiyada baş vermiş 1899-1902 ci illəri əhatə edən vətəndaş müharibəsi.Konflikt Konservantlar və Liberallar partiyaları arasında baş verib.Bunun nəticəsində Panama müstəqil respublika elan edilir.
Siyasi vəziyyət
XIX əsrdə Kolumbiyada vəziyyət elədə stabil deyildi.1860-1862 illərdə ölkədə vətəndaş müharibəsi baş verir.1863-cü ildə konsitutsiyayın yaranması ilə ölkənin adı Birləşmiş Kolumbiya Ştatları adlandırılır.Bununlada ölkə federallaşır.1886-cı ildə yeni konsitutsiyanın qəbulu ilə mərkəzləşmə qüclənir və ştatlar adı departamet adı ilə əvəzlənir.

Ölkə Kolumbiya Respublikası adlandırılır.Mərkəzləşdirmə ştatlarda narazılıqlar yaradır.İqtisadiyyatın cökməsi,dövriyəyə çoxlu sayda kağız pulların buraxılması nəticəsində infiliyasiyanın güclənməsi vıziyyəti dahada ağırlaşdırırdı.Prezident Manuel Antonio çox qoca və xəstə olması səbəbindən ölkəni idarə edə bilmirdi.

Müharibənin gedişi

Konservantlar
Müharibəyə səbəb Konservantların seçgilərin nəticələrini dəyişdirməkdə itiham olunması ilə başlayır.20 oktyabr 1899-cu ildə Santander dekartamentində Liberallar üsyan qaldıraraq mərkəzi hökumətə qarşı cıxırlar.Üsyançılar Venesueladan əlavə qüvvələrinin gəlməsini gözləyirdilər.Kasapellada 24 oktyabrda Liberallara ağır zərbə vurula bilərdi ammma konservantların Maqdalena çayı hövzəsində vəziyyəti cətin olaraq qalırdı .Belə ki Konservantlar iki fraksiyaya bölünmüşdü Tarixilər və Millilər.Rafael Uribe konservant Peralonsa üzərində qalib gəlir.Ancaq Paloneqroda 11-26 may 1900 ildəki vuruşmada Liberallar ağır itgi verirlər.Bundan sonra Liberallar partizan müharibəsinə başlayırlar.31 iyulda 1900-ci ildə Saklenatonun yerinə general Xose Manuel Marrokin gəlir.1901-ci ildə Liberallar Aquaduledə ( Panama) baş vermiş döyüşdə qalıb gəlir.

29 iyul 1901-ci ildə Konservantlar Venesueladan gələn köməyi dayandırmağa müvvəfəq olurlar.Bundan sonra Liberallar müharibənin davam etdirilməsinin mənasızlığını anlayırlar.Uribe sülh danışıqlarına getməyə məcbur olur.24 oktyabrda 1902-ci ildə müharibə rəsmən bitsə də Panamada müharibə noyabr ayında da davam edirdi.ABŞ qoşunları Panama kanalındakı yatırımları qorumaq üçün əraziyə donanma yeridir.Üsyançı Liberallar başda Erreri olmaqla silahı yerə qoymağa məcbur olurlar.

Nəticə
21 noyabr 1902-ci ildə Amerikanın "Viskonsin" hərbi gəmisində sülh sazişi imzalanır.Panama müstəqil dövlətə cevrilir.Bu müharibə Cənubi Amerika tarixində ən qanlı müharibələr siyahısına daxildir.Müharibədə 100.000-130.000 arası itgi olması faktı var.Üstəlik Kolumbiya iqtisadiyyatını tamami ilə dağıdır.Bu iki partiya arasında münaqişələr hələ uzun müddət bitmir və 1948-1958 illərdə növbəti La Violensiya müharibəsinə səbəb olur


Tarix: 17.02.2015 / 18:28 Müəllif: Feriska Baxılıb: 168 Bölmə: Ölkələrinə görə tarix
loading...