Napoleon müharibələri — adı altında noyabr 1799 (1798)-cu ildən başlayaraq iyun 1815-ci ilə qədər I Napoleonun birinci konsulluq və imperatorluğu dövründə Fransanın digər Avropa ölkə və imperiyalarına qarşı apardığı müharibələr nəzərdə tutulur. Geniş mənada bura Napoleonun İtalya kompaniyası (1796—1797) və onun Misir ekspedisiyası (1798—1799), Fransız inqilabı müharibəsi daxildirlər. 18 brümer çevrilişi (9 noyabr 1799 cu il) Fransada hakimiyyəti hədsiz ehtiras və qabiliyyətə malik bir sərkərdəyə Napoleona tapşırmış olur. Bu vaxt məhz Avropada qatma-qarışıqlıq, hərcmərclik höküm sürürdü. Avropanı bürüyən inqilab dalğası yeni qayda qanun tələb edirdi ki, mövcud hakimiyyətlər buna qabil deyildirlər. Bu özünü həm idarəetmədə, həm maliyədə və həm də ordu idarəçiliyində özünü göstərməkdə idi. Məhz bu şəraiti düzgün qiymətləndirə bilən Napoleon getdikcə Avropanın hakiminə çevrilməyə başlayırdı. Hələ brümer çevrilişindən əvvəl İtaliya ordusunun ali komandanı olan zaman Avropa sərhədlərini çızmağa başlamışdır. Misir ekspedisiyası zamanı isə şərq planlarını cızırdı. Birinci konsul olduqda arzu edirdi ki Rusiya imperiyası ilə birlikdə ingilisləri Hindistandan sıxışdırıb çıxartsın.
Misir ekspedisiyası
Böyük Britaniyanın Misiri tutmaq planına qarşı Fransa hökuməti Misirə 19 may 1798-ci ildə Hərbi və nəqliyyat gəmilərindən ibarət ekspedisiya göndərir. Ekspedisiyada 38000 əsgərlə yanaşı ölkənin tarixini, mədəniyyətini tarixi abidələrini tədqiq etmək və orada yeni siyasi və iqtisadi strukturlar yaratmaq məqsədilə çoxlu alimlər, mühəndislər, rəssamlar da iştirak edirdilər. Hərbi ekispedisiya 1 iyun 1798-ci ildə Misirə yetişir və Məmluk ordusunu Misir ehramları yaxınlığında məğlubiyyətə uğradıraq 23 iyulda Qahirəyə daxil olur. Bu zaman Napoleona onun gəmilərinin Britan donaması tərəfindən Əbukirdə batırıldığı xəbəri verilir. Belə ki, 1798-ci ildə Əbukir dəniz döyüşündə, vitse-admiral Horatsio Nelsonnun komandanlığı altında Britaniya donanması fransız donanmasını darmadağın etmişdi. Fransa ilə əlaqə kəsilmiş olur. Buna baxmayaraq ekspertləri ilə birlikdə müxtəlif reformalara başlayır və beləliklə Misirin tədqiqatına başlanılır, bununla da d’Égypte institunun əsasını qoymuş olur. Ekspedisiya zamanı 1799-cu ildə indiki Rəşid (Rozzet) şəhəri yaxınlığında tapılmış Rozzet daşı vasitəsilə bir çox Misir heroqliflərini oxumaq mümkün olmuşdur.
Fələstinə qədər irəliləyərək Qəzzanı tutaraq Akkon qalasında istehkamlanır. Lakin tauna düçar olan fransız qoşunu sayca azalaraq Misiri tərk etmək məcburiyyətində qalır. Əbukir bu zaman Mustafa Paşanın komandanlığı altında olan 18000 əsgərlə müdafiə mövqayində idi. Napoleon 5000 piyada və 1000 süvari ilə ölümcül savaşa girir və 25 iyul 1799-cu ildə Əbukir döyüşündə Osmanlı qoşunlarını məğlub edir. 2 avqustda Əbukir təzədən fransızların əlinə keçir. Bununla da Napoleon bir il öncə fransız donamasının biabırçı məğlubiyyətinin əvəzini çıxmış olur. 30 sentyabrda Korsikaya, 9 oktyabrda isə Müqəddəs Rafael tərəfdən Fransa sahilinə yetişmiş olur. Parisdə ekspedisiyanın uğursuzluğuna baxmayaraq onu qəhrəman kimi qarşılayırlar.
Fransa donanmasının izində
Əsas məqalə: Əbukir dəniz döyüşü (1798)
Britaniya hökumətinin fransızların Tulon, Marsel və Genuyadakı bu hazırlıq işlərindən xəbəri var idi. Nə məqsəd daşıması naməlum olduğundan fransızların qəflətən Siciliyaya, Neapol krallığına və Portuqaliyaya və hətta İrlandiyaya hücum edə biləcəklərini istisna etmirdilər. Bu məqsədlə admiral Nelsona ciddi tapşırıq verilmişdi ki, Tulon, Marsel və Genuyadakı hazırlıqların hansı məqsəd güddüyünü öyrənsin. Nəhayət Britaniya hökuməti fransızların Misir ekspedisiyası haqqında Nelsondan məlumat alır. 4 iyulda admiral Nelsonun donanması Antaliya sahilinə çataraq, Kretanın cənub ucuna istiqamət alır. 20 iyulda yenidən Siciliyaya çatmış olur. Sirakuzadan Nelson öz arvadına, Uilyam Hamiltona və admiral lord Stenli Vinsentə üç məktub yola salır. Hər üç məktubda fransız donanmasının axtarışından təngə gəlməsindən danışılır. O həyat yoldaşına yazırdı ki, indiyə kimi mən fransız donanmasını tapmağa müvəffəq olmamışam, amma heç kəs də məni lazımi səy göstərməməkdə qınaya bilməz. 1 avqustda təzədən İsgəndəriyyəyə dönən Nelson fransız donanmasını aşkar edir.
1 avqust 1798-ci ildə admiral Bryui d'Aqalye təsəvvür edə bilmirdi ki, günün ikinci yarısı Britaniya donanması hücuma başlayacaq. Lövbər salmış fransız gəmilərinin qısa vaxt ərzində döyüş hazırlığı vəziyyəti ala bilməyəcəyi təqdirdə Britaniya donanmasına saat 15:00 da hazırlıq siqnalı verilir. 17:30 da Britaniya gəmiləri şimal-qərb tərəfdən Əbukir adasına yaxınlaşaraq, 18:00 da ala toranlıqda hücuma başlayırlar. HMS Goliathın kapitanı Tomas Foley 1764 cü ilə məxsus buxtanın fransız atlasına malik idi və ada ilə əsas sahil arasındakı ərazidə manevr etmək üçün körfəzin lazımi dərinliyə malik olduğunu bilərək fransız xətt gəmilərinin arxasına daxil olaraq hücuma keçir. Onu arxasınca müşayət edən HMS Zealous, HMS Audacios, HMS Orion, HMS Theseus gəmiləri hücum zərbəsinin şiddətini artırmış olur. Belə olan halda xəttin başında durmuş Guerrier HMS Goliathç HMS Audacious, HMS Orion və HMS Theseus gəmilərinin aramsız zərbələrinə məruz qalaraq döyüş qabiliyyətini itirmiş olur. Tomas Foley sahil və xətt gəmiləri arasında qətiyyətli manevr etməsi fransız gəmilərini iki tərəfli top atəşlərinə məruz qoymuşdur və artıq Guerrier, Aquilon, Peuple Souverain, Spartiate gəmiləri ağır zədə almışdırlar. Güvvətli silah arsenalına malik fransızların cinah gəmisi L'Orient xəttin mərkəzində qərar tutmuşdur. Onun qarşısında mövqe tutmuş HMS Bellerophon ağır zədə alaraq döyüşü tərk etməyə məcbur olur. Təxminən 22:00 da Britaniya gəmiləri HMS Swiftsure və HMS Alexander L’Orienti aramsız atəşə tutması nəticəsində onun göyərtəsi alışmış olur. HMS Swiftsure gəmisinin kapitanı məqsədyönlü atəşi davam etdirərək fransız ekipajının yanğını söndürə bilməsinə mane olmağa çalışırdı. Bu an gəmidə olan ağır yaralanmış admiral Bryui d'Aqalye növbəti zərbədən ölür.
1799 cu ildə hakimiyyətə gələrkən Fransa tam təcrid olunmuşdur. Antifransa mövqeyi tutanlar bir o qədər də möhkəm ittifaqa malik deyildirlər. Bu zaman Fransa Reyndən geri çəkilmiş, İtaliyada isə vəziyyət ümidverici deyildir. Tsizalpin respublikası süqut etmiş, Partenopey respublikasında monarxiya bərpa olunmuş, Roma respublikası da süquta uğramışdır. Yalnız İsveçrədə vəziyyət bir qədər yaxşı idi beləki birləşmiş Avstriya-Russiya ordusu Fransanı oradan çıxartmağa nail ola bilməmişdir.
Yeni konstitusiyaya əsasən Napoleon Bonapart 25 dekabr 1799-cu ildə on il müddətinə mütləq hakimiyyətə malik ilk konsul seçilir. Konsul qanunvericiliklə yanaşı nazir və digər yüksək dövlət vəzifələrinə təyinatları etmək hüququna malik olur. Beləliklə Bonapart konstitusiya ilə diktaturanı qanuniləşdirir. Hökumət proqramına Bonapart belə bir şüar verir: "Vətəndaşlar! İnqilab nədən başlanmışdısa elə orada qayıdır.O, artıq bitmişdir." Diktatora çevrilən Napoleon dövlət idarəçiliyini kökündən dəyişdirir. İnqilabın töhfələrinin: vətəndaş hüququ, kəndlinin şəxsi torpaq hüququ, emiqrantların və kilsənin müsadirə olunmuş mülklərini satın alanların hüququnun təminatçısı kimi çıxış edərək 1804-cü ildə Napoleon məcəlləsinin təsis etməklə hakimiyyətini daha da möhkəmləndirir. İnzibati idarəçilikdə reform keçirərək şəhər və kəndlərə merlər təyin edir.
Tarix: 16.02.2015 / 18:47 Müəllif: Feriska Baxılıb: 345 Bölmə: Ölkələrinə görə tarix