Luiziananın satın alınması (ing. Louisiana Purchase) - Missisipi çayının qərbində yerləşən ərazilərin ABŞ tərəfindən Fransadan satın alınmasına verilən ad. Luiziananın satın alınması, ABŞ tarixində ən böyük ərazi genişləndirmək planı hesab olunur. Alınan ərazilərin sahəsi 2.100.000 km² olmuşdur. Ərazi üçün Fransaya 15 milyon dollar ödənmişdir. Bununla da hər hektar əraziyə 7 sent düşürdü. Müqavilə 30 aprel 1803-cü ildə Robert Livingston, Ceyms Monro və Barb Morbois arasında Paris şəhərində imzalanmışdır.
Nəticəsi
Luiziananın satın alınması nəticəsində ABŞ əraziləri iki dəfə böyümüşdür. Bununla da Amerikada qərbə axın daha da sürətlənmiş, ölkənin genişlənməsi onun siyasi və iqtisadi gücünün dahada artmasına bir başa təsir göstərmişdir. Sonrakı illərdə satın alınan ərazi müxtəlif ştatlara bölünmüşdür. Luiziana, Missuri, Arkanzas, Ayova, Şimali Dakota, Cənubi Dakota, Nebraska və Oklahoma ştatlarının əraziləri tamamilə satın alınan torpaqlarda təşkil edilmişdir. Kanzas, Kolorado, Vayominq, Montana və Minnesota ştatlarının isə bir hissəsi 1803-cü ildə Fransadan satın alınan ərazidə yerləşir. Ümumi satın alınan ərazilər ABŞ-ın 23% təşkil edir.
Tarix: 16.02.2015 / 18:37 Müəllif: Feriska Baxılıb: 61 Bölmə: Ölkələrinə görə tarix