Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

5-ci tank ordusu (SSRİ)

5-ci tank ordusu — SSRI SQ tərkibində hərbi əməliyyat birliyi.
1-ci formalaşması tarixi
5-ci tank ordusunun 1-ci formalaşması Ali Baş Komandanlığının 25 may 1942-ci direktivinə əsasən, 5 iyun 1942-ci ildə formalaşmışdır. Onun tərkibinə 2-ci və 11-ci tank korpusları, 340-cı atıcı diviziya, 19-cu ayrı tank briqadası, 66-cı qvardiya minamyot polku, AEH-nin 661-ci yüngül artilleriya polku, ayrı rabitə batalyonu, ayrı zenit diviziyası, ordu qərərgahının mühafizə bölüyü daxil idi. İyulun əvvəlində onu 7-ci tank korpusu ilə gücləndirdilər.

Döyüşlərdə iştirakı
16 iyun 1942-ci ildə ordu Bryansk cəbhəsinin tərkibinə qatıldı.5 iyulda o Voronej-Voroshilovgrad strateji müdafiə əməliyyatında (28 iyun-24 iyul) iştirak etdi və əməliyyatın gedişatında düşmənin şimal birləşməsinə güclü zərbə endirdi. 15 iyul 1942-ci il Ali Baş Komandanlığının № 170511 Direktivinə əsasən 17 iyul 1942-ci ildə dağıdılmış ordunu Ali Baş Komandanlığın ehtiyyatına göndərildi.

2-ci formalaşması tarixi
5-ci tank ordusunun 2-ci formalaşması Ali Baş Komandanlığının 30 avqust 1942-ci Direktivinə əsasən, 3 sentyabr 1942-ci ildə formalaşmışdır AEH-nən yaradıldı. Onun tərkibinə 1-ci, 2-ci, 26-cı tank korpusları, 119-cu atıcı diviziya və bir neçə ayrı birləşmələr daxil idi.

Döyüşlərdə iştirakı
22 sentyabr 1942-ci ildə ordu Bryansk cəbhəsinin tərkibinə qatılmışdır,26 dekarbda 2-ci dəfə formalaşmış Cənub-Qərb cəbhəsinin tabeçiliyinə verilib və onun tərkibində Stalinqrad döyüşündə (17 iyul 1942 - 2 fevral 1943) iştirak edib.

1943-cü ilin yanvar-fevral aylarında Donbass istiqaməti tərəfinə irəliləyərək, ordunun hissələri Morozovsk (5 yanvar), Taçinski (15 yanvar), Kamensk-Şaaxtinski (13 fevral), Krasnı Sulin (14 fevral) şəhərlərin azad edilməsində iştirak etmişlər. Fevral ayının sonunda Krasnı Luça rayonunda yerləşən Mius çayına yaxınlaşıb, orada müdafiəyə keçdilər.


Tarix: 16.02.2015 / 14:56 Müəllif: Feriska Baxılıb: 81 Bölmə: Ölkələrinə görə tarix
loading...