Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lomonosov (şəhər) - İnfrastruktur

Nəqliyyat
Lomonosovda 4 sosial şəhərlərarası avtobus marşrutları fəaliyyət göstərir. İctimai avtobus marşrutları Lomonosov şəhərini Sankt-Peterburqun Krasnosel rayonu, Peterhof, Kirov, Kronştadt şəhərləri, həmçinin "Kirov Zavodu" metro stansiyaları ilə, ticarət marşrutları isə "Avtovo" metro stansiyası ilə birləşdirir. Bundan başqa, şəhərin mərkəzində Sankt-Peterburq-Sosnovıy Bor kommersiya marşrutu keçir. Bir neçə şəhərətrafı marşrutlar Lomonosovu Leninqrad rayonunun yaşayış məntəqələri ilə birləşdirir.

Lomonosovun Saray prospekti boyunca Sankt-Peterburq — Sosonovı Bor — Ruçyi istiqamətində avtomobil yolu keçir. Dairəvi yol Lomonosovdan bir neçə kilometr cənubdan, "İliki" qəbiristanlığının arxasından keçir və şəhərin yol şəbəkəsi ilə bağlanır (Oranienbaum prospektinin körpülü qovşağı ilə cənubda, "Bronk" qatar stansiyası və Krasnoflotskoye şossesinin yaxınlığında yerləşən səddlə şimalda). Şəhərin ərazisində Oktyabr Dəmiryolunun Oranienbaum I, Oranienbaum II, Martışkino və Kronştadtskaya Koloniya adlı platmorlmalar yerləşir; sərnişin trafiki Sankt-Peterburqun Baltik stansiyası ilə həyata keçirilir. Baltik Vağzalı Oranienbaum I sahəsində dəmir yolu iki tərəflidir - hərəkət intensivliyi orta hesabla eyni istiqamətə elektrik qatarları iki-üç saat qət edir. Oranienbaum I - Kalişşe (Sosnovı Bor) sahəsi bir tərəflidir - qatarlar bu istiqamətdə hər yarım saatdan bir işləyir.

Lomonosovun şimalında Dəniz vağzalı yerləşir. Əvvəllər vağzaldakı bərə vasitəsilə sərnişinlərin Kronştadt şəhərinə getmək imkanı vardı. Limanın əhəmiyyətli dərəcədə genişləndirilməsi üçün müxtəlif planlar tərtib olunub.

Səhiyyə və idman
Hal-hazırda Lomonosovda aşağıdakı tibb müəssisələri fəaliyyət göstərir: Mərkəzi Rayon Xəstəxanası, 72,2 saylı Uşaq poliklinikası, Psixo-Nevroloji internat, eləcə də müxtəlif sahələrdə özəl tibb müəssisələri.

Şəhərdə "Manej" adlı Uşaq və Gənclərdən ibarət İdman Məktəbi və Yüngül Atletika məktəbi intensiv şəkildə fəaliyyət göstərir.


Tarix: 16.02.2015 / 18:42 Müəllif: Feriska Baxılıb: 100 Bölmə: Ölkələrinə görə tarix
loading...