Rusiya və Prussiya müharibələri
Rusiya ilə ittifaqa girərək Prussiya 26 avqust 1806-cı ildə Fransaya Reyn ərazilərindən çıxmacı ulimatumunu verməklə müharibə elan etmiş olur. Napoleon öz qoşunlarına Mayndan başlayaraq Türingeni keçməklə Berlinə qədər irəliləməyi əmrini verir. 1806-ci il oktyabr ayında Yena və Auerştedtdə prussiyalılar ağır məğlubiyyətə uğrayırlar. Nəticədə Erfurt hersoqluğu birbaşa Napoleon imperiyasına qatılır və fransızlar Berlinə daxil olurlar.
Prussiya ordusunun qalıqları rusların ordusuna qoşulurlar. Rusiya üzərinə yürüş bir sıra çətinliklərlə üz-üzə qalmış olur: həddindən pis kommunikasiyaya, yollara malik uzaq bir ərazi ordunun cəld mobilliyi və təhcizatı üçün böyük bir problem yaratmışdır. General Levin Avqust von Benniqsenin tabeçiliyində olan rus ordusunun döyüşə girmədən geri çəkilməsi, 1806-1807 ci illərin kəskin qışı və Polşa vətənpərvərlərinin müqaviməti Napoleonu Varşavada durmağı məcbur edir. Burada o grafinya Valevskaya ilə uzun müddətli məhəbbət romanı yaşayır. Nəticədə bir uşaq dünyaya gəlir.
Əvvəl 8 fevral 1807-ci ildə Prussişe Eylau döyüşü və sonra 14 iyun 1807-ci ildə Friedland döyüşünün ardınca 7 iyulda Fransa Russiya və Prussiya arasında Tilsit sülhü bağlanılır. Bu sülh Prussiya üçün bir fəlakət idi. Prussiya Elbadan qərbdəki ərazilərindən yeni yaradılmış Vütenberq krallığının xeyrinə məhrum olmuş olur. Polşa əyaləti isə Varşava Böyük hersoqluğuna çevrilir. Beləliklə Prussiya ərazisinin yarısını itirmiş olur eyni zamanda daha yüksək təzminat ödəməklə yanaşı kiçik ordu saxlamaqla kifayətlənməli olur.
Avropa qitəsi demək olar ki, tamamilə Napoleonun hakimiyyəti altına keçmiş olur ki, bu da Böyük Britaniyanın izolə olunması demək idi. Napoleon Böyük Britaniyaya qarşı Avropa qitəsi boyu ticarət baykotu – "qapalı qitə siyasəti" yürüdür.
Əsas məqalə: Qapalı qitə siyasəti
Müttəfiqlər arası çəkişmələr getdikcə kəskinləşərək, Rusiya imperiyasının koalisiyadan çıxmasına gətirib çıxarır. İmperator I Pavel Fransa ilə yaxınlaşmağı qərara alır. Rusiya Fransa ilə səfirlik mübadiləsi edir. Napoleon rus əsirlərini təmənnasız qaytarır. Bundan sonra Napoleon ingilislərə sülh təklif eir. Lakin ingilislər bunun müqabilində Burbonların bərpasını və Fransanın köhnə sərfədlərə qayıtmasını şərt qoyurlar.
Rusiya yürüşü
I Aleksandar 1810-cu ilin sonunda iqtisadi vəziyyətin pisləşməsi ilə əlaqədar Böyük Britaniyaya qarşı aparılan "qapalı qitə siyasəti"nə qarşı çıxır. İki imperiya arasında münasibətlər daha da soyuqlaşır. Nəticədə 1811 ci ildə hazırlaşaraq 1812-ci ildə Rusiyaya müharibə elan edir. Avropada misli görünməmiş 675 minlik ordu ilə Rusiya üzərinə hərəkət edir.
Əvvəlcə Peterburq və Moskva xalq müqavimət dəstələrinə rəhbərlik edən Kutuzov I Aleksandr tərəfindən ordu baş komandan təyin edilir. Fransızlara qarşı həlledici döyüşdən qaçınaraq Napoleona qarşı taktikasını belə ifadə edirdi: "Biz Napoleona qalib gəlməyəcəyik. Biz onu aldadacağıq". Ruslar ölkənin içərilərinə çəkilərək Napoleona Moskvanı od vurub yandıraraq döyüşsüz təslim edirlər. Şəhərə daxil olmuş Napoleon ordusu aclığa, soyuğa, xəstəliyə düçar olur. Rus çarı Napoleonla danışıqdan qaçır. 18 oktyabrda napoleon geri dönmək əmrini verir. Geri dönərkən kozak dəstələrinin hücumuna məruz qalmaları ordunun vəziyyətini daha da pisləşdirir. 1812-ci ilin dekabrnda 18 min Napoleon əsgəri Prussiya sərhəddinə çatmış olur. Prussiya köməkçi korpusu Napoleonun ordusundan imtina edərək ruslarla danışığa gedirlər. Napoleon kiçik bir dəstə ilə Parisə yetişmiş olur.
Tarix: 16.02.2015 / 18:47 Müəllif: Feriska Baxılıb: 258 Bölmə: Ölkələrinə görə tarix