Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Paraqvay müharibəsi

Paraqvay müharibəsi 13 dekabr 1864-1 mart 1870 ci ilə qədər davam etmişdir.Uruqvay və Argentina müharibəni Üçlük birlikləri müharibəsi (isp. Guerra la Triple).Braziliya müharibəni(port. Guerra do Paraguai).Paraqvay isə müharibəni Böyük müharibə (isp. Guerra Grande) adlandırırlar.Müharibə 1864-ci ilin 13 dekabrda Braziliya ilə Paraqvay arasında başlasada sonradan 1865 Uruqvay və Argentina da müharibəyə qoşulur.Paraqvay ərazisinin yarıdan çoxunu itirir və vətəndaşları olan kişi əhalisinin 90% itirir .1871-ci il siyahıya almasına görə 221mində cəmi 28 min kişi həddi qulluğa catır.Bu müharibədə Paraqvayın bütün infrastrukturu dağılır və o Latın Amerikasının ən geri qalmış ölkəsinə cevrilir.
Münaqişənin tarixi
Portuqalların bu ərazilərdə görünməsi ilə ispanlarla sərhəd toqquşmalarına səbəb olur.Sərhədin müəyyənləşməsi üçün bir çox anlaşmalar (Utrext sülh anlaşması,Madrid anlaşması,San İldefonso anlaşması) imzalansada sərhədlərin tam dəqiqləşdirilməsi mümkün olmamışdı.Bu anlaşmalara hər iki tərəf öz istədiyi kimi yanaşırdı.Braziliya sərhədin İqurey çayından keçməsini desədə İspaniya bu fikiri qəbul etmirdi.İspanlar bu çayı Karapa adlandırırdılar.Bu mübahisələrə baxmayaraq həmin ərazilər Paraqvayın ərazisinə daxil idi.Nə qədər ki,Braziliya ilə Paraqvay arasında isti münasibətlər var idi münaqişə sanki yada düşmürdü amma iki ölkə arasında ara dəydikdən sonra sərhəd problemi aktivləşir.1860-cı illərdə Braziliya mövcud vəziyyəti pozaraq İqurey çayı sahillərində Doradus qalasını tikir.
Müharibədən öncə Paraqvay
Paraqvay Cənubi Amerika regionunda fərqli olaraq (Xose Qasperi Radriqes Fransi və Karlos Antonio Lopes dövründə) iqtisadi cəhətdən qapalı siyasət yeridirdi.Hakimiyyət əsasən qapalı iqtisadiyyat kursunu götürmüşdü.Lopesin hakimiyyəti dövründə (oğlu Fransisko Solano Lopes) ağır mərkəzləşdirmə siyasəti yeritdiyindən,vətəndaş cəmiyyətinin inkişafına imkan yox idi.Bununla belə 1844-ci ildə ölkədə quldarlıq və işgəncə vermə üsülları rəsmi olaraq ləğv edilir.Torpaqların böyük hissəsi (98%) dövlətin əlində cəmləşmişdi.Ölkədə fəaliyyət göstərən müəsisələrin böyük əksəriyyətidə dövlətin əlində idi.Estancias de la Patria adlı 64 dövlət tərəfindən idarə olunan mülmiyyət formaları meydana gəlir.Ölkəyə 200-dək mütəxəsis olan xariçi vətəndaş işləyirdi.Antonio Lopes xariçilərə hecdə isti münasibət bəsləməsədə ölkənin modernləşdirilməsini həyata keçirmək üçün Avropadan mütəxəsislər cəlb etməli olur.Ölkəyə gələn mütəxəsislər Teleqraf və Dəmiryolu çəkilişlərində işləyirdilər.Bu sahələrin inkişafı öz növbəsində ölkədə Tikinti,Toxuculuq,Kağız və Cap sənayesi,Gəmiqayırma və Barıt hazırlama sənayesinin inşafına təkan vermişdi.Dövlət ixracata tam nəzarət edirdi.Ölkə əsasən qiymətli ağac növlərinin ixracatı ilə məşqul idi.Qonşu dövlətlərdən fərqli olaraq Paraqvay heç vaxt daxili istiqrazları almırdı.Bu siyasət Fransisko Solano Lopesin hakimiyyəti dövründə də davam etmişdir.Hökumət ordunun modernləşdirilməsinə başlayır.1850-ci ildə İbukuc da hərbi emalatxana istifadəyə verilir.Burada tüfəng və,Mortir səhra topları istehsal edilirdi.Habelə bütün kalibirli güllələr də buraxılırdı.Yuxarı Asunsonda hərbi gəmiləri hazırlayan tərsanə möcud idi.

Avropa və Amerika dövlətləri ilə diplomatik əlaqələr qurulsada bu əlaqələr heçdə birmənalı olmur.ABŞla münaqişə həddinə gəlinmiş,Argentinada 1845-1846 cı illərdə baş verən vətəndaş müharibəsinədə müdaxilə olunmuşdur.Səbəb isə Argentina prezidenti Rosas Paraqvayı müstəqil ölkə kimi tanımaması idi.İqtisadiyyatın davamlı inkişafı beynəlxaq bazara çıxışın olmasını tələb edirdi.Paraqvay materik daxili ölkə olması onun inşafına öz mənfi təsirini göstərirdi.Dənizə Parana və Paraqvay çayları ilə axın istiqamətində cıxa bilərdi. Lopes Atlantik okeanına cıxmaq və onun sahilində liman inşa etmək istəyirdi ancaq bu yalnız Braziliyanın torpaqlarının işğalı ilə mümkün ola bilərdi.Bunun reallaşması üçün hərb sənayesi inkişaf etdirilirdi.Orduya cağırişlar artırılır və əsgərlər yaşı təlim keçilirdi.Xariçi ölkələrdə müttəfiqlər axtarılırdı.Bu məqsədlə Uruqvayın Uruqvay Milli Partiyası ilə əlaqə yaradılırdı buna qarşılıq Uruqvay Kolorado Partiyası Argentina və Braziliya ilə müttəfiqlik danışıqları aparırdılar.
Region dövlətləri
Braziliya və Argentina müstəqil olduqdan sonra La Plata hövzəsini ələ keçirmək uğrunda mübarizə başlayır.Bu bölgə dövlətlərinin xariçi və daxili siyasətlərinə öztəsirini göstərirdi.Bu addımlar 1825-1828 illərdə bölgədə Argentina və Braziliya müharibəsinə səbəb olur.Argentinanın məqsədi La Plata vitse krallığını (Uruqvay və Paraqvay) ələ keçirmək istəyirdi.19-cu əsrin birinci yarısından buna doğru irrələyirdi ancaq qarşısında Braziliya kimi nəhəng dururdu.Regionda balansı qorumağa calışan Braziliya hətta Uruqvayın və Paraqvayın istiqlaliyyətinin əsas qarantı oln ölkə idi.Paraqvay hədda dəfələrlə Argentinanın daxili işlərinə qarışırdı.Ona qarşı vuruşan Korrietes və Entre- Rios bölgələrini dəstəkləyirdi.
Braziliya Paraqvaya hərbi-texniki yardım göstərirdi.Parana çayı hövzəsini gücləndirmərə təhrik edirdi.Braziliyanın Matu Qrasu ilə bir başa əlaqəsi yaratmaq üçün Paraqvayın çaylğarından istifadə etmək niyyəti hecdə isti qarşılanmırdı.Digər bir Paraqvay üçün xoşa gəlinmiyən vəziyyət isə Braziliyanın demək olar ki Uruqvayı iqtisadi cəhətdə əlində saxlaması idi.Müharibənin başlamasına əsas səbəbi Lopesin siyasətində görülür beləki onun hakimiyyəti dövründə Uruqvayın ,Argentinanın və Braziliyanın daxili işlərinə qarışması idi.Digər bir variant isə Böyük Britaniyanın regiondakı maraqlarından yaranmışdı.ABŞ Vətəndaş müharibəsi nəticəsində Britaniya ehtiyacı olan panbığı məz bölgə hesabına ödəmək istəyirdi. Braziliya 1864-cü ildə Uruqvaya diplomatin nümayyəndə göndəri(Joze Antoniy Saraib).Nümayədənin məqsədi Braziliyayadəymiş zərərin Uruqvay tərəfində ödənilməsini təmin etmək idi .Beləki Uruqvay müharibəsində braziliyalı fermerlərə dəymiş zərəri Uruqvay ödəməli,idi.Uruqvay Prezidenti Atanasıo Aqirre bu idianı rədd edir.İdano Lopes danışıqlarda özünü vasitəçi rolunu təklif edir.Braziliya bunu qəbul etmir.Paraqvay Uruqvayın işğalı bölgədə balansı pozacağını bildirir.Bundan sonra Paraqvay Braziliya ilə bütün siyasi əlaqələri kəsir.12 oktyabrda Braziliya ordusunu Uruqvaya yeridir.Bu zaman Venansio Plores və kolorado partiyası,Argentina, Braziliyalılarla birləşir və Aqirre isə hakimiyyətdən uzaqlaşdırılır.
Müharibə
Braziliya hücüm edərkən Blanko partiyası(Milli partiya) Paraqvayı köməyə cağırsa da Lopes gecikmişdi.Bunun nəticəsində paraqvaylilara məxsus <> gəmisi Braziliya <>(gəmidə qızıl,silah-sursat və Matu Qros əyalətinin qubernatoru Federik Karneyr Kanpusda vardı) gəmisini ələ keçirir.13 dekabr 1864-cü ildə Paraqvay Braziliyaya müharibə elan edir.Paraqvay Blankoya köməyə getmək üçün Argentina Prezidenti Bartolome Mitreyə müraciyyət edirərək 25,000 əsgəri Venseslao Rablesin başçılığı ilə Uruqvaya getməsinə icazə verməsini istəyir. Bartolome Mitre Braziliya və Uruqvayla razılaşmada olduğundan buna razı olmur.1865 18 mart Paraqvay ona müharibə elan edir.Paraqvayın 38.000 yaxşı təlim görmüş əsgəri və əlavə 60.000 qüvvəsi vardı.Donanmada 23 böyük olmayan paraxod və kiçik Takuari kanonerləri vardı ki ,bunların heyyət üzüvlərinin böyük əksəriyyəti mülkülərdən ibarət idi.Avropadan güllə keçirməz gəmilər sifariş verilir amma müharibə başladıqdan sonra bu gəmiləri Braziliya alır və donanmasına qatır.Artileriya cəhəddən 400 topu vardı.Müttəfiqlərdən Argentinanın daimi 8500 əsgəri və eskadriliyasında 4 paraxod vardı.Uruqvayın donanaması olmasa da 2000 quru qoşunu ilə təmsil olunur.Braziliya 16000 quru qoşunu və güclü donanması vardı(42 hərbi paraxod 239 silah və 4000 dənizçi).Ordu baxımında nisbətən çox olan Braziliya ordusu müharibə hazır deyildi.Ordu yaxşı təhciz olunmamışdı .Braziliya qüvvələri əsasən könülülərdən təşkil edilmişdi .Könülülərin böyük əksəriyti qullar və fermerlərdi.1 may 1865 Buenos Ayresdə üç ölkə arasında Üçlər birliyi hərbi ittifaqını yaradırlar.İlk əvvəl böyük üstünlük Paraqvayın əlində idi.Onlar Matu Qrasunun şimalına 1864 dekabrda Riu Qrandi du Sul cənubuna və 1865-ci ildə Korrentenə hücum təşkil edir.Paraqvay ordusu say baxımından çox olması onun irrələməsini asanlaşdırır.5000 ordu Visente Barriosanın başçılığı ilə Paraqvay çayının simalına doğru istiqamətlənir.Nova Koimbra Limanına edilən hücum 155 nəfərlik qüvvə müdafiəni yalnız üç gün tab gətirə bilir.Silahın bitməsi ilə limanı tərk etməli olurlar. 1865-cı ildə ordu Albukerke və Korumba şəhərlərini tutmağa müvəffəq olur.Burada paraqvaylılar bir necə gəmi ələ keçirirlər .İkinçi kolonna Fransisko İsidoro Reskin Matu Qrasu bölgəsinin cənubuna irrəliləyir.Bu birləşmənin bir bölüyü mayor Martin Urbet 29 dekabrda Braziliyanın elədə böyük olmayan 16 nəfərdən ibarət bölüyünü tam məhv etdikdən sonra Nioakve və Miranda rayonlarına istiqamətlənir.1865-ci ilin aprelində Kosin rayonuna hücum təşkil edirlər.Paraqvaylıların böyük uğurlarına baxmayaraq Kuyabuya hücumu dayandırırlar məqsəd La Plata hövzəsini işğal etmək və braziliya ordusunu cənubdan yayındırmaq idi.İkinçi etapda Korrientes və Braziliyanın Riu Qrandi du Sul ərazisinə hücüm etmək idi.Argentina razisinə hücum Korrentes və Entre Rios bölgələri Mitre Bortolomeni dəstəkləmirdi.Antonio de la Krus 10.000 qüvvə ilə 1865 may ayında Riu Qrandi vasitəsilə Uruqvaya irrələyir.12 iyun Son Borja şəhərini tutaraq Uruqvayın içərilərinə doğu istiqamətlənir.Argentinada vəziyyət tam fərqli idi .Belə ki Paraqvaya qarşı müharibə qardaşa qarşı müharibə hesab edirdilər. Buna görədə bütün günahı Mitredə görülürdü.
13 iyulda Entre Riosda 8000 hərbiçi mərkəzi hökümətə qarşı cıxır və paraqvalılara qarşı vuruşmayacağını bildirirlər.Növbə ehtirazlar Toledoda ,1866-cı ildə noyabrda Mendosa San-Luis,San-Xuan və La Rioxfa qalxmalar baş qaldırır.1867 Santa Fe ,1868 Korrentes qalxır.Bu qalxmalar Argentinanı çox zəyiflətmişdi.
1865-ci ilin aprelində polkovnik Manuel Pedru Draqu Matu-Qasu bölgəsinə yönəlirdi(2780 əsgər).Ordu Koşin və Miranda bölgələrini paraqvayların geri çəkilməsi nəticəsində asanlıqla ələ keçirir.Qüvvə 1680 nəfərlə hücümu davam etdirərək Paraqvay ərazisinə soxulur amma paraqvaylıların Kavalerləri onları geri atır.
Mühüm döyüşlər
1865-ci ilin 11 iyunda müttəfiqlər və Paraqvay arasında Riacuelo dəniz döyüşü olur.Bu döyüş müharbənin taleyini həllediçi olur.Lopes bu döyüşdə qəfil hücüma bel bağlasada texniki cəhətdən bunu etmək mümkün olmadı.Paraqvay bundan sonra aktiv olaraq donanmanı istifadə edə bilmirdi.17 avqustda 3200 qüvvə Uruqvayda Perro Duartenin komandanlığı tərəfindən darmadağın edilir.18 sentyabrda Baron Portu Aleqrinin əlavə qüvvələri bölgəyə(Uruqvaya) gəlincə Paraqvay ordusu təslim olmağa məcbur olur.Növbəti aylarda isə Argentina torpaqları paraqvaylılardan təmizlənir.1865-ci ilin sonlarında "Üçlər birliyi" tərəfindən artıq 50,000 əsgərə sahib idilər.Müharibə 1866-1868 illərdə müharibə əsasən Paraqvay və Parana çayı hövzəsində gedirdi.Əsas istehkamlar məsh burada idi.İlk tutulan istehkam İtaniru (1866 25 aprel) olur.Ən güclü istehkam Umayte idi.Mitre və Portu Aleqri 20.000 ordu və sudan Admiral Tamandaruba başçılığı ilə keçir .Müttəfiqlər 5000 itgi verir və döyüşü dayandırmaq məcburiyyətində qalırlar.
12 sentyabrda 1866-cı ildə Solano Lopes Argentina przidenti Mitre ilə görüşür amma danışıqlar baş tutmur Braziliya buna imkan vermir.10 oktyabr 1866 Kaşias orduya komandan təyin edilir.Bir çox qabaqlayıcı tədbirlər görür beləki təhcizat artılır,xəstəliklərin qarşısı alınınır.Lopes isə bu müddətdən istifadə edərək müdafiəni gücləndirir.Argentina ordusuna 1867 Mitre qayıdır .O döyüşləri davam etdirməyi tələb edir amma döyüşlərdə böyük itgilər verdiyindən 1868-də Argentinaya qayıtmalı olur.25 iyulda Umayta qalası fəth edilir.24 avqusda Lopesə təsli olmaq təklifi verilir.O bu təklifi rədd edərək dağlıq ərazisi olan Serro Leana qacır.1 yanvar 1869 da Asunson tutulur.

Son döyüşlər
Müharibənin sonuna yaxın ərəfədə Braziliya ordusuna imperator IIPedrunun kürəkəni Luis Filip Qaston di Orleans təyin edilir.Onun məqsədi təkcə Paraqvayı tam məhv etmək deyildi həmdə Braziliyanın bölgədə gücləndirmək idi.
1869-cu ilin avqustunda Üçlər birliyi Asunsonda müvvəqəti hökümət təşkil edirlər.Sirilo Antonio Rivarol müvvəqəti hökumətə başçı təyin edilir.Fransisko Solano Lopes muharibəni davam etdirərək Asunsonun şimal-şərqinə dağlara çəkilirMüharibənin son bir ilində Qraf Luis Filip 21,000-lik qoşunla paraqvayın partizan dəstələrinə qarşı,vuruşur.Piribebui və Akosta-Nya döyüşlərində paraqvay tərəfindən 5000 nəfər itgk verirlər.Onların böyük əksəriyyəti uşaqlardan yığılmış əsgərlər təşkil edirdilər.Solano lopes 200 nəfərlik dəstə ilə şimal meşəliklərində gizlənirdi.Müttəqilər onu təqib edirdilər.1 mart 1870-cı ildə general Joze Antoniu Korreya do Komaro paraqvaylıların son istinadgahı olan Serro-Koraya gəlirlər.Fransisko Solano Lopes təqib edilir və çayı keçmək istərkən öldürülür.Onun son sözləri <> (isp. ¡Murro por la Patria).Bunulada Paravay müharibəsinə son qoyulur.

Müharibənin ümumi xüsusiyyətləri
Müharibə hər iki tərəfdən qanlı xarakter daşıyırdı Hec kəsə rəhm edilmirdi.Lopes hətta öz qardaşı Paraqvay yepikopuna belə rəhm etməmişdir.Müharibə çoxlu sayda kişi əhalisinin itgisi nəticəsində orduya hətta qadınlar və uşaqlarda çağrılırdı.16 avqust 1869-cu ildə Akosta-Nyo döyüşündə 3500 nəfər uşaq iştirak etmişdir.Onlar əsasən 9-15 yaşlı uşaqlar təşkil edirdilər.Ümumilikdə ddöyüşlərdə 6000 nəfər üşaq iştirak etmişdir.Bu qəhrəmanlığa görə günümüzdə Paraqvayda 16 avqust Uşaq günü kimi qeyd edilir. Hər iki tərəf əsirlərə qarşı çox qəddar davranırdılar.Müttəfiqlərə əsir düşən paraqvaylıların çoxu qul kimi satılırdı.Üstəlik əsir düşən paraqvaylılar yenidən təşkil edilən Paraqvay legionuna təhkim edilərək ,öz ölkələrinə qarşı,vuruşmağa vadar edilirdilər.Öz ölkələrinə qarşı vuruşmağa məcbur edilən 800 nəfər paraqvalı bu aqibəti yaşamışdır.

Müharibənin ümumi nəticələri
İtgilər
Paraqvay müharibənin gedişində ağır insan itgiləri verir.Onun miqyası mübahisə predmeti olaraq qalır ,ancaq böyük sayda əhali itgisi fakdır.1871-ci ildəki siyahıya alınmada ölkədə 221,000 insanın yaşaması müəyyən edilir.Bu müharibədə öncə isə ölkədə 525,000 nəfər insan yaşamışdır.Deməli müharibə 300,000 insanın həyatına son qoyduğunu göstərir.Ən ağır zərbə əsasən ölkənin kişi əhalisinə vurulmuşdur.1871-ci il siyahıya alıma ölkədə cəmi 28,000 kişinin yaşadığnı müəyyən edir.Bu da onu deməyə imkan verir ki müharibə Paraqvayın kişi əhalisinin 90% həyatına son qoymuşdur.Bu cur böyük itgilərin səbəbi ölkə əhalisini Lopesə fanatik sədaqəti ilə bağlanılır.Ölkənin paytaxtı tutulduqdan sonra müharibə partizan müharibəsi xarakteri daşıyır.Bu da itkilərin miqdarını dahada artırır.Bu müharibədə ikinci ən ağır itki verən ölkə Braziliyadır.Braziliyadan 123,000 əsgər bu müharibədə iştirak etmişdir.Bundan 50,000 ölmüşdür.Bu insanların çoxu isə əhalidən toplanan (Matu Qrosu vilayyətindən) ,könüllü əsgərlər və qullar idilər.Argentina müharibəyə 30,000 əsgər göndərmiş,onda isə 18,000 döyüşlərdə ölmüşdür.Bunun da böyük hissəsi Korrentes vilayyətindən yiğılan mülki əhali təşkil edirdi.Uruqvay müharibəyə 5,600 əsgər göndərmişdir ki ,bununda 3,100 nəfəri Avropadan gələn müzdlu əsgərlər idilər.Hərbi itgilərə nisbətdə mülkü itgilər daha çoxluq təşkil etmişdir.İtkilərin böyük əksəriyyəti xəstəliklər ,aclıq və tibbi yardımın zəif olmasıdan irəli gəlirdi.Buna misal kimi Braziliya donanmasında 170 nəfər döyüşlərdə ölmüşdüsə də 107 nəfər adi vəziyyətdə ,1470 nəfər isə xəstəlikdə ölmüşdür.Braziliya ordusunun əsasını ölkənin şimal,şimal-şərq bölgələrindən orduya çağrılan kəndlilər təşkil edirdilər.Onlar cənuba gəldikləri zaman iqlim fəyişiklikləri ,bölgə qidaları və yeməkləridə fərqliliklər agır nəticələrə gətirib cıxarırdı.Müharibədə ən çox can alan isə virus xəstəlikləri idi.

Nəticəsi
1870-ci ildə müharibə sona catdıqdan və Paraqvay darmadağın edildikdən sonra Argentina Braziliyaya gizli anlaşma təklif irəli sürür ki ,orada Qran-Cakonu Argentinaya verilməsini istəyir.Bu ərazilərdə Kebrasa adlı bir məhsul vardı ki,onuda dərilərin aşılanmasında istifadə edirdilər.Hətta Paraqvayın tam bölünməsi məsələsi aktual idi.Bununla Braziliya hökuməti Paraqvay dövlətinin yer üzündən silinməsini istəmirdi.Səbəb isə Argentina arasında bufer zonasını saxlamaq istəyirdi.Ona görədə təklif rədd edilir.Braziliya ordusu ölkəni müharibə bitdikdən sonra belə tərk etmir.1876-ci ildə ordu ölkədən cıxarılır.Faktiki Braziliyanın sayəsində Paraqvay öz istiqlaliyyətini və dövlətini qoruyub saxlıya bilir.Argentina isə Qran-Cakoya olan iddiasından əl çəkmir.Bu isə müttəfiqlər arasında müharibə həddinə gəlir.Müharibə bitdikdən sonra hansısa sülh anlaşması imzalanmasada Üçlər birliyinə daxul olan dövlətlərlə ayrı-ayrılıqda anlaşmalar imzalanmmışdır.Argentina və Paraqvay arasında sərhədlərin dəqiqləşdirilməsi üçün uzun-uzadı danışıqlardan sonra müəyyənləşir.3 fevral 1876-cı ildə iki ölkə arasında sərhəd anlaşması imzalanır.Misones bölgəsinin böyük əksəriyyət və Qran-Cakonun bir hissəsi (Pilkomayo çayı və Rio-Bermexo çayları arasındakı ərazilər) Argentinaya verilir.Bəzi ərazilər isə (Verde və Pilkomaya çayının əsas qolları arasındakı ərazilər) mübahisə predmeti olaraq qalır.Bu məsələ Beynəlxaq məhkəməyə qədər gedir çıxır.Məhkəmədə ABŞ prezidenti Raterford Heys məsələni Paraqvayın lehinə həll edir.Onun şərəfinə Ölkə departamentlərindən biri onun adı verilir.9 yanvar1872-ci ildə Braziliya ilə Paraqvay arasında separat müqavilə imzalanır.Müqavilənin şərtlərinə əsasən Paraqvay çayında gəmilərin sərbəst üzməsinə icazə verilir.İki ölkə arasında sərhədlər isə müharibədən öncə Braziliyanın iddia etdiyi ərazilərin ona verilməsi əsasında həll edilir.Braziliya ələ keçirdiyi ərazilərin sayəsində Matu-Qrasu bölgəsinin ərazisini xeyli genişləndirir.Paraqvay həmcinin Braziliyanın müharibəyə sərf etdiyi vəsaiti ona qaytaracağını üzərinə götürür.Bu ödəmə yalmız 1943-cu ildə Braziliya prezidenti Jetuliu Varqas tərəfindən borçun silinəsi haqqında jesti sayəsində dayandırılır.Argentina və Braziliya ümumi olaraq 140.000km² ərazi əldə edirlər ki, buda o vatki Paraqvay ərazisinin yarisindan bir qədər az idi. .Müharibədən sonra bölgədə vəziyyət dəyişir.Beləki artıq Paraqvar Argentinanın daxili işinə müdaxilə edə bilmir.Üstəlik Argentina maniyəsiz olaraq Qran-Cakonun istilasına başlayır.1870-1917 ci illər ərzində Cakonun istilası başa çatdırılır.Qran-Cako vilayyətinin bir hissəsi Argentinanın əlinə keçir. 1975-ci ildə Braziliya prezidenti Ernetu Bekman və Paraqvay presidenti Alfredo Sterssner arasında imzalanan 'Dostluq və əməkdaşlıq' haqqında müqavilənin şərtlərinə əsasən Braziliya müharibədə əldə etdiyi qəniməti Paraqvaya qaytarır.

Müharibənin inçəsənətə təsiri
Paraqvay müharibəsi region dövlətlərinin inçəsənət sahələrinə təsirsiz qalmır.Bu müharibənin hərbi əməliyyatlar mövzusunda çəkilmiş tablolar üstünlük təşkil edir.Bu mövzuya argentinalı Kandido Lopes və İqnasio Qarmendiya ,braziliyalı Viktor Meyreles, Pedru Ameriku,uruqvaylı Xose Manuel Blanes müraciyyət edirlər.Müharibə ədəbiyyata da öz təsirini göstərir.Bir çox əsərlər müəlliflərinə dünya şöhrəti qazandırır.Buna misal kimi italyan yazıçısı Emilio Salqarinin <> əsərini göstərmək olar.Müharibənin bəzi hadisələri Artur Konanın Şelok Homs haqqında yazdığı adlı povestində San-Pedro adlı uydurulmuş ölkənin timsalında Paraqvayı görmək olar.Salqari əgər paraqvaylılara müəyyən sevgi ilə yanaşır,onları üstün tutursada ,bu povestə Konan Doylya diktatoru San-Pedro ölkəsinin qan tökəni ,zalım birisi kimi təsvir edir.Bundan başqa bu mövzuda bir sıra novellalar yazılmışdır.

Karlos de Oliveira Gomes, A Solidão Segundo Solano López
Joseph Eskenazi Pernidxi və Mauricio Eskenazi e Pernidxi. Homens e Mulheres na Guerra do Paraguai, 2003.
Lily Tusk The News From Paraguay, 2004.
Francisco Doratioto. Maldita guerra. Sao Paulo, 2002.
Müasir kinoya da bu müharibə təcəssüm etmişdir.Belə ki 2001-ci ildə braziliyalılar <> adlı (isp. Netto Perde sua Alma) film çəkilir.Bu filmdə Antonio fi Soza Netunun müharibədəki rolu təsvir edilir.Bundan əlavə bölgə xalqlarının kinomatoqrafları bu mövzuya müraciyyət etmişlər.

Fernando Ayala tərəfindən çəkilən Argentino hasta la muerte, Argentina (1971).
Guillermo Vera tərəfindən çəkilən Cerro Cora (film) , Paraguay (1978).
Beto Souza və Tabaxara Ruas tərəfindən çəkilən Netto perde sua alma ,Brazil (2001).
Silvio Bask tərəfindən çəkilən sənədli film Guerra do Brasil , Brazil (1987).
Xose Luis Garcya tərəfindən çəkilən sənədli film Candido Lopez - Los campos de batalla ,Argentina (2005).
Paraqvay müharibəsi Denis Wright tərəfindən çəkilən sənədli film,Brazil (2009).
Müharibəyə müasir baxış
Müharibə indiyənə qədər mübahisə predmeti olaraq qalır.Əsasən Paraqvayda bu müharibə kiçik bir xalqın öz hüquqlarını diktə etmə cədhi kimi qiymətləndirilir.Ancaq nəticədə isə bir xalqın məhvi ilə nəticələnir.Müasir dünyamızda bu müharibə heçdə bir mənalı qarşılanmır.Beləki bəziləri müasir dönəmdə o zaman ki Paraqvay dövlət rəhbərini diktator,müharibələri isə həmin totalitar rejimin əməllərinin nəticəsi kimi qiymətləndirilir.Digər tərəfdən isə bəziləri Lopesin məqsədinin ölkə iqtisadiyyatının davamlığını artırmaq,qonşu dövlətlərinin və dünyanın o zaman ki nəhəng güclərindən asıllığı aradan qaldırmaq baxımında ən cəsarətli addım kimi qiymətləndirilir.Müharibə isə kiçik xalqların soyqırımı kimi anılır.Müharibə Paraqvayın Dünyanın qeyri bərabərr nəhəng dövlətlərinə qarşi cıxmaq cədhi kimi də qiymətləndirilir.

Hal-hazırki vəziyyət
Müharibənin nətiçələri Paraqvayın inkişafına öz mənfi təsirini göstərir.Bu müharibənin nətiçəsində Paraqvay dünyanın Beynəlxalq aləmdə hər hansı bir söz sahibi olan ölkələri siyahısından birdəfəlik cıxarır.Ölkə bu xaosda cixmaq və demoqrafik balansı bərpa etmək üçün uzun zaman sərf etməli olur.Bununla belə bu müharibənin fəsadları günümüzdə belə tam aradan qaldırıla bilinməyib.Belə ki Paraqvay Latın Amerikasının ən kasıb və iqtisadi cəhətdən geri qalmış ölkəsidir.


Tarix: 16.02.2015 / 19:23 Müəllif: Feriska Baxılıb: 525 Bölmə: Ölkələrinə görə tarix
loading...