Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alto Senepa müharibəsi

Alto-Senepa (1995 26yanvar-28fevral) Ekvador və Peru arasında mübahisəli torpaqlara sahib olma üçün başlanan müharibə.İki ölkə arasında 1941-ci ildə sərhəd anlaşması imzalanır.1960-cı ildə Ekvador bu anlaşmanı tanımadığını bildirdi.1981-ci ildə Pakuişa müharibəsi Perunun qalibiyyətilə başa catsada.Konflikt həll olunmamış qalır.1995-ci ildə cözülməmiş ərazi problemi növbəti hərbi toqquşmaya səbəb olur.Sonuca əsasən hər iki tərəf özünü qalib elan elan etdi.Qərb yarımkürrəsinin ən uzun sürən konflikti 1998-ci ildə Argentina,Braziliya,Çili və ABŞın təziqi ilə tamamən həll edilir.
Müharibəyə aparan yol
Hərbi əməliyyatlar əsasən Senepa çayı hövzəsində baş verir.Bu 78km uzanan sərhəd ərazisi 1948-ci ildən dondurulmuş vəziyyətdə həll edilməmiş olaraq qalır.Bu ərazini hər iki tərəf öz ərazisi olduğunu deyir.1991-ci ildə ilk toquşmalar Pacakutek postu üzündən baş verir.Əslində bu post 60km şimalda mübahisəli ərazidə Kordilyer-del-Kondorda idi.Sərhəddə atışma sısləri gəlirdi.Əsasən Pio anlaşması gününün il dönümü daha şiddətli idi.1994-cü ilin sonlarına yaxın vəziyyət daha da agırlaşdı.Peru tərəfin verdiyi məlumata görə perulu patrullar Ekvador patrulu tərəfindən tutulur.Bu hadisə noyabrda Sur Bazası yaxınlığda baş vermişdi.Hər iki tərəfin məsul zabitləri (Peru tərəf 20 dekabr) (Ekvador tərəf 12dekabr) Sur bazasında görüşür .Peru tərəfi Ekvadoru günahlandırır .Ekvador tərəfi əsirləri buraxmamaqda qərarlı idi.Dekabrda hər iki tərəf əraziyə əlavə qüvvə yerləşdirdi.Patrul qüvvələri gücləndirildi.Ekvador əraziyə specnaz və BM1,Hava Hücümundan Müdafiə Qüvvələrini yaxın ərazıdə yerləşdirir.Hərbi Hava Qüvvələrini isə əraziyə yaxın bir yerə gətirir.Perunu bu baxımından vəziyyəti hecdə yaxşı deyildi cünki bölgəyə demək olar ki yol yoxdur.O səbəbdən hərbi texnika ancaq hava nəqliyyatı vastəsi ilə gətirilirdi.Artıq üc həftədən sonra 1995-ci ildə hər iki tərəfdən 5000 əsgər yerləşdirmişdi.8-9 yanvar Sur bazası yaxınlığında 4 Peru əsgəri əsir götürülür ,amma bir müddət sonra azad buraxılır.11yanvar Peru Ekvadorun <> düşərgəsini atəşə tutur.Artıq Peru bəlgəyə kifayyət qədər qüvvəsi olduğundan özünü daha da əmin hiss edərək Ekvador əsgərlərini bölgədən cıxarmağı düşünürdü.21yanvar Peru avisiası İlk kəşfiyyat ucuşlarına başladı.22yanvar Ekvadorun nəzarətində olan ərazilərə yaxın Perunun 20 əsgəri Helikopter meydancası tikir.Ekvador ordu komandanı nə Prezidentə nə də BMTTŞ-ına xəbər etmədən Peru düşərgələrinə specnaz cıxarmağı əmr edir.Bu addım Peru tərəfindən müharibəyə başlamaq kimi qiymətləndirildi.23yanvar Ekvador komandanı qarşı tərəfi onların nəzarətində olan ərazilərdə Peru tərəfindən ucan istənilən texnikanı vüracağını dedi.24 yanvar Ekvador Hərbi Hava Qüvvələri hazır vəziyyətə qətirilir.26 yanvar üc gündən sonra Ekvador specnazı sıx meşəni kecərək Norte bazasında yerləşən Helikopter meydancasını tutur.Bu da müharibənin başlamasına səbəb olur.

Müharibənin başlaması
27 yanvar Ekvador və Peru bölgəyə əlavə qüvvələr gətirərək əsgər sayısını 140-min nəfərə catdırır.27 yanvarda Sakit okeanından münaqişə bölgəsinə qədər uzanır.28yanvar 07:45 də Peru ordusu Ekvador mövqelərinə yerüstü hücuma kecir.11:05 döyüşdə helikopterlərdən istifadə edilir.12:05 münaqişə bölgəsində Peru bonbardımançıları görünür ancaq Ekvador qırıcılarının ucuşu onlardan istifadə etməyə imkan vermir.29-yanvarda Ekvador mövqelərinə genişmiqyaslı hücumlar təşkil edilir.31 yanvarda Beynəlxaq təşkilatların atəşkəs təklifi hər iki tərəfdən rədd edilir.1fevral Peru tərəfi bonbardımançılardan istifadə edir.Bununlada münaqişə müddətində ilk itgilər verilir.17 fevrala qədər hər iki tərəf aktiv olaraq Hərbi Hava Qüvvələrindən istifadə edir.Argentina,ABŞ,Çili və Braziliya prezidentləri tərəflərə Pio anlaşmasına əsasən sülhməramlı göndərəcəyini bildirdi.İlk sülhməramlı qüvvələr Ekvador düşərgəsinə yerləşməyə başlıyır.22fevral Müharibə tarixinə <> kimi düşür.14 Ekvador əsgəri ölür.28 fevralda Ekvador və Peru Montevideoda deklarasiyada imzaladı və müharibə bununlada dayanır.Xırda toqquşmalar hələ bir necə ay davam edir.1995 may sülhməramlılar bölgədə yerləşdirilir.Hər iki tərəf öz qoşunlarını bölgədən(5may-4avqust) geri cəkir.1998-ci ildə növbəti müharibə qığılcımları yaranır.Ekvadorda başlanan iqtisadi böhran Prezidenti "Kəmər sıxma" paketini işə salmağa vadar edir.Bu hadisə əhalinin kəskin etirazına səbəb olur

Sonuc
1998-ci ilin 26 oktyabrda Ekvador prezidenti Xamil Mayad,Peru prezidenti Alberto Fuximori Prezident Aktı imzalayırlar.Bununlada razılaşmaya əsasən Perunun bu ərazi mübahisəsində qalibiyyəti rəsmən təstiqlənir.Qarşılıq olaraq Peru Ekvadora Tivinca bazasından istifadə hüququ verir .1km² ərazi Ekvadorun ərazisinə qatılmamaq şərti ilə istifadəsinə verilir. 1999-cu ilin 13 may tarixində son sərhəd anlaşması imzalanması ilə bu kanfliktə birdəfəlik son qoyulur.


Tarix: 17.02.2015 / 17:51 Müəllif: Feriska Baxılıb: 338 Bölmə: Ölkələrinə görə tarix
loading...