Fransa donamasının komandanı Pyer-Şarl de Vilnyov Kadisdə qərar tutaraq oktyabrın axırlarına kimi Napoleonun təkidlərinə baxmayaraq gözləyir. Lakin Napoleonun ciddi hədələrindən sonra 19 oktyabrda dənizə çıxmaq qərarını verir. Qravina buna qarşı çıxıraq, aşağıdakıları səbəb kimi göstərir:
Ekipajın Andaluziyada baş vermiş epidemiya səbəbindən tam olmaması; canlı qüvvənin yığılıb, təlim olunmasına bir müddət vaxta ehtoiyacın olması;
Kadisdə qalmaqla Britaniya gəmilərinə qarşı sahil batareyanın verə biləcəyi dəstək onlara daha əlverişli mövqe tutmaq imkanı yaradırdı;
19 oktyabrda barometrlərin düşməsi güclü tufandan xəbər verirdi.
Lakin Pyer-Şarl de Vilnyov buna əhəmiyyət vermir, "tufan müttəfiq borcunun yerinə yetirilməsinə əngəl olmamalıdır" kimi populist şüarlarla Aralıq dənizi eskadriliyası ilə birləşmək üçün yola çıxmaq qərarına gəlir. Eskadriliya Qravinanın komandanı olduğu bayraqdar gəmi ilə 20 oktyabrda yola çıxır. Lakin Britaniya gəmilərinin peyda olmasından sonra dərhal qərarını dəyişərək geri dönmələrini əmr edir. Bu manevr nəticəsində müttəfiqlərin cərgəsi pozulmuş olur, bayraqdar arerqard mövqeyinə düşür. Pyer-Şarl de Vilnyovun bu səhv taktikasını gözləyirmişlər kimi britaniyalılar gəmilərin cərgəsini yarırlar.
Başlanması
11:00-da Trafalqar döyüşünün ilk top atəşləri eşidilir. Santa Ana hamıdan irəli keçən Royal Sovereing gəmisini atəşə tutur. Bunun dalınca digər müttəfiq gəmilər də top atəşinə başlayırlar. İti bucaq altında yaxınlaşan Nelson bir müddət cavab atəşi açmaq imkanından məhrum olaraq Vilnyovun uzaq məsafə toplarının nişangahına düşür.
12:30-da müttəfiqlər sürətli Royal Sovereing xətt gəmisinin qarşısını kəsərək ona həmlə edirlər. Diviziondan ayrı düşdüyünə görə Royal Sovereing 20 dəqiqə ərzində təkbaşına döyüşməli olur. Küləksizlik Britaniya gəmilərinin döyüşə ləng qatılmasına səbəb olur.
Gedişi
Müttəfiqlərin admiral Pyer Dümanuarın komandanlığında olan bayraqdar gəmisi Formidable Vilnyovun işarəsinə məhəl qoymadan Kadisə tərəf üz tutur və özü ilə 9 gəmini (Neptuno, Scipion, Intrepide, Raio, Formidable, Montblane, San Francisco de Asis, Duguay Trown) aparmış olur. Britaniyalıların təcrübəliliyi özünü göstərməkdə idi. Tezliklə onlar Vilnyovun cərgəsini yararaq top göyərtələrinin hər iki tərəflərdən atəş açmaq imkanı qazanırlar. İlk növbədə sərrast top atəşləri ilə müttəfiqlərin ağır toplar olan batareya göyərtəsini darmadağın edirlər.
Bayraqdar HMS Victory sonuncu Nr.16 ing. "Engage the enemy more closely" ("Düşmənə daha yaxın" = təkbətək gəmi abordaj döyüşü) işarəsini verir. Britaniyalıların bayraqdarı HMS Victory onu izləyən Temeraire gəmisindən yayınmaq üçün Bucentaure gəmisini qabaqlayaraq sola dönür. Bu zaman Temeraire gəmisi müttəfiqlərin bayraqdar gəmisi ilə, HMS Victory isə Redoutable gəmisi ilə abordaj döyüşünə girir. Belə vəziyyətlərdə adətən gəmilər bir-birlərinə qarmaqlarla elə dolaşırlar ki, onları ayırmaq çox çətin olur. Toplar susur - əlbəyaxa döyüş başlanır. Redoutable gəmisinin atıcısı HMS Victory gəmisinin göyərtəsində durmuş Nelsonu muşketdən atəş açaraq yaralayır. Güllə epoleti keçib kürəyindən dəyərək onurğa sütunu VI-VII fəqərələr arasında ilişib qalır. Lazaretə aparılan Nelson hələ sağ idi, döyüş haqqında ona hesabat verilməsini tələb edirdi. 14 saatdan sonra Bucentaure gəmisi bayrağını salmış olur. Bu müddət ərzində müttəfiqlərin 12-dən artıq gəmisi artıq batırılmışdır. HMS Victory gəmisinin kapitanı Tomas Hardi ölən Nelsonun sonuncu sualına döyüşün hələ bitməmisinə baxmayaraq cavab verir: "Milord, bu gün sizindir". Nelson ona: ing. "Kiss me, Hardy" - "Məni öp, Hardi" (digər bir yozumda: ing. "God bless you, Hardy" - "Allah sizdən razı olsun, Hardi", ing. "Kismet, Hardy" - "Qismət, Hardi"). Hardi onun xahişini yerinə yetirir. Nelsonun son sözü: ing. "Thank God I have performed my duty" - "Tanrıya şükürlər olsun, mən öz borcumu yerinə yetirə bildim" olur.
Hər iki tərəfdən gəmilər bərk zədəli idilər. 16 saatdan sonra dəniz səthi pərən-pərən düşmüş ingilis, fransız və ispan gəmiləri ilə örtülmüşdü. Bu an daha şiddətli döyüşlər Federiko Qravinanın komandanlıq etdiyi müttəfiqlərin aperqard - Prince des Astorias ilə ingilis Defiance və Revenge gəmiləri arasında baş verir. Federiko Qravina böyük şücayət göstərərək aldığı çoxsaylı yaralardan sonra həlak olur.
Bitməsi
21 oktyabr
Kollinqvud cərgəni yarıb Kadisə üz tutan rəqib bayraqdar gəmisini təqib edir. Bu bir taktiki səhv idi: müttəfiqlərin aperqardı artıq müqəvvaya çevrilmişdir və aktiv manevretmə qabiliyyətini itirmişdir. Fürsəti əldən verməyən "Prince des Asturias"ın admiralı Federiko Qravina "ardımca" işarəsini verir. Onun ardınca düşən həm zədəli, həm də böyük canlı qüvvə itkisinə malik gəmilər: San Justo, San Leandro, Montanes, Indomptable, Neptuno, Argonaute ingilislərə əsir düşməkdən qurtarmış olurlar. 16:30 Nelson vəfat edir. 17:30-a qədər döyüş davam edir. Gecə dənizdə tufan qopur.
22 oktyabr
22 oktyabrda bütün günü dəniz tufanlı olur, nəticədə çox sayda gəmi batır. Bunların içində ingilislərin ələ kçirdikləri Santisima Trinidad və Bagama gəmiləri də var idi. Monarca isə İspaniya sahillərindəki qayalara çırpılır.
23 oktyabr
Federiko Qravina tələsik gəmilərini təmir etdirib, təzədən dənizə çıxır. Məqsəd ingilislərin əlinə keçmiş gəmiləri və əsir ekipajları geri qayarmaq idi. O, öz bayrağını Montanes gəmisinə keçirir. Onu San Justo, San Francisco de Asis və Tronador (21 oktyabr döyüşünə qatılmamış 100 toplu gəmi), bir neçə yüngül freqat və kutter gəmiləri müşayət edirlər.
Bunu görən Santa Ana gəmisində təslim olmuş ekipaj üsyan qaldıraraq onu ələ keçirib bayrağı ispan bayrağına dəyişirlər. Üsyanı yatırmaq üçün iki ingilis gəmisi St.Anne gəmisini Federiko Qravina yetişənə qədər atəşə tuturlar. Santa Ana ağır zədəli olduğundan, ranqoutları itirdiyindən müstəqil hərəkət etmə qabiliyyətini itirir. St.Anne freqat Femida tərəfindən yedəkdə Kadis limanına gətirilir. Gecə qopan tufan nəticəsində San Francisco de Asis və Tronador gəmiləri qəzaya uğramış olurlar.
Federiko Qravinanın ölümü
Federiko Qravina 22 oktyabrda gəmiləri tufandan qorumaq, buxtada daldaladaraq tez təmir etdirmək və əsir gəmiləri azad etmək məqsədi ilə geri dönür. Lakin buna qismən nail ola bilir. Yarasının ağırlığı buna tam nail olmağa imkan vermir. O, 9 mart 1806-cı ildə 49 yaşında vəfat edir.
Nəticə və əhəmiyyəti
Müttəfiqlər 18 gəmi 15 min canlı qüvvə itirdikləri halda Britaniya donanması 2000-dək canlı qüvvə itkisi verərək heç bir gəmi itirməyərək parlaq qələbə çalmış olur. Bir çox ingilis gəmiləri, o cümlədən bayraqdar HMS Victory gəmisi ciddi zədə almış olurlar. HMS Victory İngiltərəyə qayıtmaqdan öncə Hibraltarda təmirə dayanmalı olur. HMS Victory öz göyərtəsində "qiymətli bir yüklə" - Nelsonun nəşi ilə qayıtmış olur.
Döyüşün böyük strateji əhəmiyyəti onda idi ki, Fransa və İspaniya dəniz hegemonluğunu itirmiş olurlar. Napoleon Britaniya sahillərinə çıxmaq və Neapol Krallığına müdaxilə planından birdəfəlik vaz keçmiş olur. Böyük Britaniya qəti şəkildə dəniz hegemonluğunu möhkəmlətmiş olur.
"İngiltərə hamıdan öz borcunu yerinə yetirməyi gözləyir"
Rəvayətə görə döyüş başlamazdan əvvəl vitse-admiral Horatsio Nelson öz bayraqdar gəmisi HMS Victory işarə bayraqları qaldırır: "İngiltərə hamıdan öz borcunu yerinə yetirməyi gözləyir". Döyüşdən sonra işarənin nə məna daşıdığı qeyri-müəyyən qalır. Lakin qələbə və Nelsonun ölümü bu ifadəni ingilislərin hafizəsinə yazmışdır.
Maraqlı faktlar
Döyüşdən sonra ağır zədəli HMS Victory gəmisi Hibraltarda təmirə durur. Admiral Nelsonun nəşi İngiltərəyədək bir müddət saxlanılması üçün içərisində rom olan çəlləyə yerləşdirilir. Şaiyələrə görə dənizçilər çəlləyi deşərək bütün romu içirlər. Nelsonun xatirəsi dənizçilər arasında əziz tutulduğundan bu şaiyənin düzgün olma ehtimalı çox şübhəlidir. Lakin o, vaxtdan etibarən dənizçilər romu "admiral qanı", ya "Nelson qanı" adlandırırlar.
Tarix: 16.02.2015 / 18:50 Müəllif: Feriska Baxılıb: 201 Bölmə: Ölkələrinə görə tarix