Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lomonosov (şəhər) - Sovet dövrü

1918-ci ildə Oranienbaum şəhərində Sovet hakimiyyəti quruldu. Bolşeviklərin nümayəndələri qiyamın qarşısını almaq üçün "istismar dəstələrindən" olan bir sıra şəxsləri girov götürərək, bütün hakimiyyəti öz əlinə almışdılar. 1919-cu ildə şəhərdə Qırmızı Ordunun qərargahı yerləşirdi. Bu qərargahda "Krasnaya Qorka" və "Seraya Loşad" fortlarında baş vermiş anti-bolşevik üsyanlarını yatırmaq üçün hərbi əməliyyatların koordinasiyası keçirilirdi. Oranienbaumdan 20 km məsafədə cəbhə xətti keçirdi: Yudeniçin Bəyaz Ordusu Petroqrada yürüş edir. 1920-1921-ci ildə baş vermiş Kronştadt üsyanı zamanı, Tuxaçevski və Trotski Oranienbaumdakı Menşikov Sarayından qiyamın yatırılması üçün əsqərlərə təlim keçirdilər. Üsyançılar ilə döyüşlərdə həlak olmuş Baltik dənizçiləri şəhərin Stansiya Meydanında yerləşən kütləvi məzarlıqda dəfn edilmişdilər.

İnqilabdan sonra, sarayları və parklar muzey çevrilmişdir. 13 avqust 1918-ci ildə Sovnarkom Oranienbaumun park və saraylarını dövlət əmlakı olduğunu elan etdi.

Böyük Vətən müharibəsi zamanı 1941-ci ilin payızında, 5000-dən çox şəhər sakini iki dəfə mühasirəyə alınmış Oranienbaumda aclıqdan öldü. Lakin Peterhofla müqayisədə, Oranienbaumun mədəni xəzinələri, memarlıq abidələri çox az zədələnmişdir. Müharibə zamanı Oranienbaum limanını əfsanəvi kreyser "Avrora" mühafizə edirdi. 1944-cü ilin yanvar ayından, məhz bu nöqtədən sovet qoşunları qarşı hücuma keçdi. Oranienbaum platzdarmının müdafiəsi 29 ay davam etdi, bu torpaqlarda, müdafiəçilər çoxlu şücaət göstərdilər. Sovet İttifaqının Qəhrəmanları arasında Afanasyev, A. Vasilyev, Tixonov və G. Kostılyov kimi məşhur Oranienbaum sakinlərinin adlarını qeyd etmək olar. Oranienbaumun mübarizəsi zamanı yerli sakin - pilot Kostılyov öz qəhrəmanlığı ilə xüsusilə seçilmişdir - onun adı hal-hazırda şəhərin küçələrindən birində, xatirə lövhəsində ölümsüzləşmişdir.

1948-ci ildə başlanılan kosmopolitizmə qarşı kampaniya zamanı (bu dövrdə xarici dildə olan şəhər adları RSFSR xəritəsindən yox edilmişdir), böyük rus alimi Mixail Vasilyeviç Lomonosovun şərəfinə şəhərin adı dəyişdirilmişdir. 1955-ci ildə şəhərin mərkəzində Lomonosovun abidəsi quraşdırılmışdır (heykəltəraş G. D. Qlikman).

1960-1980-ci illərdə Lomonosovda aktiv tikinti işləri aparılırdı. Yeni mikrorayon (Cənub rayon) salınmış, taxta binaların çoxu isə sökülmüşdü. Həmçinin çoxmərtəbəli binaların tikintisinə başlanmışdır. 1960-cı ildən, onların əksəriyyəti standart layihələr üzərində inşa edilməyə başlamışdı.

18 aprel 1978-ci ildə Lomonosov şəhəri Leninqrad vilayətinin inzibati tabeçiliyindən, yeni yaradılmış Petrodvorets rayonuna köçürülmüşdü.

Böyük Vətən müharibəsi zamanı göstərdiyi cəsarət və qəhrəmanlığa görə, 1981-ci ildə Lomonosov şəhəri I dərəcəli orden ilə təltif olunmuşdu.

Müasir dövr
Yaradılmış proqram üzrə hərbçilərin mənzil probleminin həlli, eləcə də ixrac-idxal yüklərin emal prosesi zamanı büdcədənkənar maliyyənin əldə edilməsi məqsədilə, 1993-cü ilin iyul ayından Lomonosov şəhərinin hərbi-dəniz bazasının istismarı, həmçinin limanın yenidən qurulması işləri başladılmışdı. Limana daha böyük həcmli gəmilərin daxil olmasını saxlamaq məqsədilə, 1996-cı ildə Lomonosovda dibdərinləşdirmə işləri həyata keçirilmişdi.

1994-cü ildən Lomonosovda İqor Stravinski adına beynəlxalq festival və gənc pianoçuların müsabiqəsi keçirilir.

2004-cü ildə "Oranienbaum" muzeyinin tərkibində olan üç tikilinin: Böyük saray, Peterştadt və Şəxsi mülk ansamblının bərpa işlərinin yeni mərhələsinə start verilmişdi.

3 noyabr 2011-ci ildə Lomonosov "Hərbi Şöhrətli Şəhər" fəxri adına layiq görülmüşdü.

9 sentyabr 2012-ci ildə ictimaiyyətin birbaşa təşəbbüsü ilə, Oranienbaumda anadan olmuş İ.F. Stravinskinin şərəfinə «Stravinski-Fest» adlı 1-ci Beynəlxalq Musiqi Festivalı təşkil olunmuşdu.


Tarix: 16.02.2015 / 18:38 Müəllif: Feriska Baxılıb: 184 Bölmə: Ölkələrinə görə tarix
loading...