Lomonosov şəhərində Rusiya dəniz sualtı silahı sahəsində "Gidropribor" və "Morteplotexnik" kimi aparıcı müəssisələr yerləşir.
Şəhərdə "Qütb Dəniz Geoloji Ekspedisiyası"-nın Federal Dövlət Elmi-Tədqiqat və İstehsalat Müəssisəsi yerləşir. Onun fəaliyyət sahəsinə Arktikanın kompleks geoloji və geofiziki araşdırması, okeanların və Antarktidanın daxili sularında müxtəlif metodlardan istifadə edərək ekoloji monitorinqin keçirilməsi daxildir.
Lomonosov şəhərində 6 orta məktəb və gimnaziya, 13 uşaq bağçası və körpələr evi, Hərbi Dəniz Qüvvələrinin kolleci (mütəxəssislər hazırlayır), Şimal-Qərb Dövlət Texniki Universitetinin filialı, İqor Stravinski adına uşaq incəsənət məktəbi və Arxangel Mixail kilsə-məktəbləri var.
Tarix: 16.02.2015 / 18:42 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Ölkələrinə görə tarix