6-cı tank qvardiya ordusu — SSRİ Ali Baş Komandanlığının 20 yanvar 1944-cü il № 302001 sərəncamına əsasən, 5-ci qvardiya tank və 5-ci mexanikləşdirilmiş korpus əsasında 25 yanvar 1944-cü ildə 1-ci Ukrayna cəbhəsinin tərkibində yaradılmış ordu.
Döyüşlərdə iştirakı
Korsun-Şevçenkov (24 yanvar-17 fevral 1944) hücum əməliyyatında iştirak etmişdir. 22 fevralda 2-ci Ukrayna cəbhəsinin tərkibinə verilmişdir və onun tərkibində mart-aprel aylarında Umman-Botoşan (5 mart-17 aprel) əməliyyatında iştirak etmişdir. Yassı-Kişinyov strateji əməliyyatda (20-29 avqust 1944) 6-ci tank ordusunun fəallığı əməliyyatda böyük rol oynadı. Əməliyyat günü 6-cı tank ordusunun hissə və birləşmələri irəli atılması uğurla Buxarest istiqamətində hücum yaratdılar. Bu hücumun nəticəsində Vasluy, Bırlad, Fokşanı, Rımnikul-Serat, Buzeu və Ploeşti şəhərlərini ələ keçirtdilər. 31 avqusda 5-ci mexanikləşdirilmiş korpus 18-ci tank korpusu və 53-cü ordunun digər birləşmələri ilə birlikdə Rumıniyanın paytaxdı Buxarest şəhərinə daxil oldular.
Sentyabrın əvvəlində 1944-cü ildə 6-cı tank ordusu qərbə yönəlib Alp dağlarını dəf edib, Kluj şəhərinə istiqamətdə hücumu inkişaf etdirdilər.
12 sentyabr 1944-cü ildə Vətən uğrunda döyüşlərdə şəxsi heyətinin görsətdiyi cəsarət və qəhrəmanlıqlarına görə 6-cı tank ordusu 6-cı tank qvardiya ordusuna çevrilmişdir.
Ordunun tərkibi
Ordunun idarəetməsi
5-ci qvardiya tank korpusu
5-ci mexanikləşdirilmiş korpus
387-ci aviasiya polku
76-cı rabitə polku
49-cu qvardiya tank polku
364-cü özüyeriyən-artilleriya polku
57-ci minyamet polku
bir qvardiya minyamet polku
ayrı mühəndis batalyonu
nəqliyyat vasitəsinin iki batalyon
arxa cəbhə
Tarix: 16.02.2015 / 14:56 Müəllif: Feriska Baxılıb: 84 Bölmə: Ölkələrinə görə tarix