beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kompyuterdən və işıqdan düzgün istifadə etməmək sağlamlığa ziyandır

Gün ərzində fasiləsiz olaraq kompyuter qarşısında əyləşdikdə gözdə ağrı, qaşınma, qızartı, sulanma və s. kimi problemlər meydana çıxır. Bəzən isə işığa qarşı həssaslıq, halsızlıq, yorğunluq, başağrısı və s. kimi problemlər də əmələ gəlir.

Mütəxəssislər havada rütubətin azalmasının, həmçinin havada mikrobların artmasının da (burada əsasən qapalı mühitlərdən söhbət gedir) sağlamlıq üçün təhlükəli olduğunu bildirirlər. Digər tərəfdən, monitorun tam qarşıda olması və gözlərin monitorla uzun müddət təmasda olması da gözlərdə quruluğa səbəb olur. Kompyuterdən istifadə edərkən gözləri tez-tez qırpmaq və monitoru üstdən baxmaq şərtilə yerləşdirmək məsləhətdir. Kompyuter qarşısında əyləşərkən gözlərinizin dincəlməsi üçün tez-tez fasilə verin, daha doğrusu, kompyuterdən uzaqlaşın (təbii ki, bu arada otağı havalandırmağı da unutmayın).

Kompyuterdən istifadə edərkən oturuş qaydaları da çox vacibdir. Digər tərəfdən, ekranın üst tərəfi göz səviyyəsində olmalı, ekranla göz arasındakı ən uzaq məsafə ekrandakıları rahat görə biləcəyiniz ən uzaq məsafə olmalıdır. Pəncərələrlə ekran bucağı uyğun olmalı, pəncərə və digər mənbələrdən gələn əkslər ekrana düşməməlidir. İri şriftlərlə yazmaq, tünd rənglərdən yox, açıq rənglərdən istifadə etmək, 45-50 dəqiqədən bir 5-10 dəqiqə fasilə vermək lazımdır.

Qış aylarında günəş şüası azaldığı üçün əlavə işıqlandırmaya daha çox ehtiyac var. Ona görə də evdə, yaxud ofisdə olarkən gözlərimizin sağlamlığı üçün işıqlandırmaya diqqət yetirmək lazımdır. Çünki səhv işıqlandırılan mühit gözdə quruluğa, başda ağrıya və gözdə yorğunluğa səbəb olur. Az işıqda və ya hallogen olmayan işıqlandırma altında uzun müddət işləyən uşağın gözləri tez yorulur. Bu vəziyyətdə onlar oxuduqlarını yaxşı görmür və yaxşı qavramırlar. Buna görə də otaq və ya ofis normal işıqlandırılmalı və işığın birbaşa gözlərə əks olunmamasına diqqət yetirilməlidir.


Tarix: 08.01.2015 / 13:51 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Saglamliq