Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

40 dan sonra

Klimaks — klimakteri (qocalığın yaxınlaşması ilə əlaqədar olaraq qadın cinsiyyət vəzilərinin fəaliyyətdən düşməsi dövrü) yaşı qadınlarda istər sosial, istərsə də tibbi aspektdə mürəkkəb dövrdür. Bu gün geniş yayılan fikirlərə görə, klimaks zamanı üzləşdiyimiz şikayətlər qaçılmaz və müvəqqətidir. Müasir təbabətin uğurları belə fikirlərin səhv olduğunu aydın göstərir.

Sonuncu menstruasiyadan bir neçə il öncə (menopauza) qadında hamilə qalma qabiliyyəti əvvəlcə zəifləyir, sonra tamamilə itir. Bu, yumurtalıqların tədricən gücdən düşməsi nəticəsində baş verir. Yumurtalıqlar getdikcə daha az qadın hormonları estrogenlər hasil edir, halbuki estrogenlər təkcə cinsi sistemin fəaliyyəti yox, həm də bütün orqanizmin fəaliyyəti üçün çox vacibdir. Menstruasiyamn ləngiməsi artır, nəhayət, tamamilə kəsilir. Yumurtalıqların estrogen hasil etməsi dayamr.

Qadında tərləmə, istilik, başağrıları, yuxusuzluq, ürək nayihəsində ağrılar, əsəbilik halları yaranır, cinsi həvəs azalır, ehval-ruhiyyəsi pisləşir. Təəssüf ki, orqanizmdə estrogen çatışmazlığının təzahürləri bunlarla bitmir. Menopauzadan təxminən 2-5 il sonra sidik-tənasüb yol-larının fəaliyyəti pozulur: sidik xaric edərkən, eləcə də cinsi əlaqə zamanı ağrılar, qaşınma, uşaqlıq yolun-da, sidik kanalında və sidik kisəsində iltihabi proseslər, tez-tez sidiyə çıxma və s. hallar baş verir. Maraqlıdır ki, adətən tətbiq edilən (qeyri-hormonal) müalicə bu qəbildən olan şikayətlərə ya az təsir göstərir, ya da təsirsiz ötüşür. Çoxları dərisində quruluqdan və onun sürətlə qırışmasından gileylənir. Bəzi qadınlarda, xüsusilə müğənnilərdə, müəllimlərdə səs tembri aşağı düşür, hətta üzdə tüklərin uzanması müşahidə edilir.

Nəhayət, menopauzadan xeyli müddət keçəndən sonra osteoporoz (yaşla əlaqədar olaraq boy və çəkinin azalması) inkişaf etməyə başlayır. Onun simptomlan tədricən artır və təxminən 10-15 ildən sonra maksimal həddə çatır. Sümüklər kövrəkləşir və hətta kiçik travmalar zamanı sınmağa meylli olur. Oynaqlarda, xüsusilə sinə və onurğa sütununun bel hissəsində ağrılar yaranır. Belə hallarda «radikulite» görə teyin edilən müalicələr, adətən az təsir göstərir. Unutmaq olmaz ki, məhz menopauzadan sonra qadınlarda ürək-damar sistemi xəstəlikləri çox təsadüf edilir, bunlar isə inkişaf etmiş ölkələrdə ölüm səbəbləri arasında birinci yeri tutur. Hazırda sübut olunmuşdur ki, bu, orqanizmdə estrogen çatışmazlığı səbəbindən baş verir.

Beləliklə, klimaksın yaxın və uzaq nəticələrini araşdıraraq alimlər belə qənaətə gəlimişlər ki, orqanizmdə estrogen çatışmazlığının yerini doldurmaq üçün evezedici hormon terapiyasından istifadə edilməsi gərəkdir. Yəni yaşlaşmış orqanizmdə estrogen defisitinin yerini doldurmaq üçün kiçik dozalarda estrogen qəbul etmək lazımdır. Onların adekvat dozalarda qəbul edilməsi yuxanda sadalanan simptomları azaltmağa, hətta ləğv etməyə imkan verir. Klimaks zamanı evəzedici hormon yasına “qocalığa qarşı dərman» kimi baxmaq olmaz, bununla belə bu vasitə ömrün payız çağım rahat yaşamağa imkan” yaradır. Klimaks zamanı əvəzedici hormon terapiyasından daha çox həb şəklində olan preparatlardan istifadə edirlər. Hərçənd plastırlar, məlhəmlər, vaginal şamlar, inyeksiya formaları da mövcuddur.

Bütün bu preparatların bir əsas xüsusiyyəti var onların hamısında təbii qadın hormonlarından — estrogenlerdən istifadə olunur. Odur ki, müvafiq preparatların qəbulu minimal mümkün əks təsirə malikdir. Onların əksəriyyətinin tərkibində həm də qestogenlər – endometriya hiperplaziyası yaranmasının profilaktikası üçün vacib olan hormonlar olur.


Tarix: 26.12.2012 / 20:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 712 Bölmə: Saglamliq
loading...