beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yay dövründə orucla bağlı həkim məsləhətləri

Artıq məlum olduğu kimi, bu ilki mübarək Ramazan ayı yay mövsümünə təsadüf etmişdir. Nəticədə oruc tutma müddəti 16-17 saata qədər davam edir. Bununla əlaqədar olaraq həkimlərin bir neçə özəl məsləhətləri vardır.

Həkimlərin xüsusi tövsiyəsi olmuşdur ki, bu müdət ərzində bədənin tələb etdiyi minimum su balansının qorunması üçün imsakdan yarım saat öncə və iftardan bir saat sonra çoxlu maye qəbul edilsin. O cümlədən, həkimlər məsləhət görür ki, çox tünd çaydan, kofedən və kakaodan çəkinmə məqsədəuyğundur.



Bununla yanaşı, obaşdan zamanı göyərtinin, meyvənin yeyilməsi məsləhətə uyğundur. Və bu gün ərzində insan bədənində mayenin qorunmasına köməkedici amillərdəndir. Həmçinin, həkimlərin yay mövsümü zamanı tövsiyəsi budur ki, imsak zamanı qızardılmış, çox yağlı, şirin, ədavalı yeməklərdən çəkinilsin. Belə ki, bunlar susuzluğa səbəb olan başlıca amillərdəndir.


Tarix: 10.01.2013 / 13:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 243 Bölmə: Saglamliq