Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Özünə qulluq zamanı buraxılan səhvlər

Kosmetik vasitələrin istehsalçıları sizə heç zaman deməyəcəkləri ki, bu vasitə sizə lazım deyil. Buna görə də sizin kosmetik vasitələrə küllü miqdarda pul xərcləməyiniz vacib deyil.



Gözəl və parlaq dəriyə sahib olmaq hər bir qadının arzusudir. Lakin kosmetika istehsalçılarının bütün vədlərinə baxmayaraq, belə dəriyə yalnız xanımların bir qismi malikdir. Buna görədə kosmetik vasitələrin istifadəsində səhvlərə yol verməyin.
Çox güclü təmizləyici vasitələrdən istifadə. Bir çox xanım təmizləyici nə qədər çox köpüklənəcəksə, onun təsiri bir o qədər çox olacaq düşüncəsindədirlər. Lakin bu belə deyil. Tam əksinə yumuşaq təmizləyici qellər demək olar ki, heç köpüklənmirlər. Köpüklənmə həmin vasitədə laurilsulfatın çox olmasının göstəricisidir ki, bu maddə dərini əsas libidlərdən məhrum edir. Həmçinin köpüklənməyə izoprildə səbəb ola bilir ki, bu maddə sızanaqların yaranmasına səbəb ola bilir. Çalışın yumuşaq qellərdən və quru və həssas dərilər üçün qellərdən istifadə edin. Sabundan imtina edin. Tonik və kremlərinizdə kimyavi elementlərin az olmasına fikir verin.
Pilinqin istifadəsində səhvlər. Pilinq üz rənginin saxlanmasında, xırda qırışların yox edilməsində əvəzsiz rola malikdir. Lakin ondan da istifadədə diqqətli olmaq lazımdır. Pilinq nə maska nə də kremdir, ondan düzgün istifadə etmək lazımdır, əks halda xeyir yox ziyan verici ola bilər.

Pilinqdən ilk öncə 30 yaşdan sonra istifadə etmək lazımdır, bu yaşa qədər dəri özü təbii yolla ölmüş hüceyrələrin tamamını ata bilir. İndi pilinqli kremlərdə satışa buraxılıb, lakin bu kremlərdən istifadə edərkən, üz skrablarında az istifadə etməlisiniz ki, üzünüzün üst layı zədələnməsin.
Retinoidli kremlərdən az istifadə. Retinoidlər (A vitamini) alimlər tərəfindən üz dərisinin qorunması üçün ən çox məsləhət bilinən vasitədir. Xüsusəndə 30 yaşı keçmiş xanımlar bu cür kremlərdən gündəlik olaraq istifadə etməlidirlər. Yaxşı olar ki, gecə kreminiz məhz retinoidli olsun.
Gözəllik salonlarına çoxlu getmələr. Bir çox zaman kosmetoloqlar sizin dərinizə nəyin vacib olduğunu dəqiq bilə bilmirlər. Həmdə tez-tez kosmetoloji prosedurlardan keçmək, dərini qurudur, onu bu prosedurlardan asılı vəziyyətə gətirib, çıxardır. Ən yaxşısı ev maskalarından istifadə etməkdir. Həm dəriniz təbii yolla qidalanar, həmdə pulunuz cibinizdə qalar.
Günqoruyucu vasitələrdən az istifadə. Bir çox xanımlar bu vasitələrdən yalnız çimərliklərdə istifadə edirlər. Lakin bundan nəinki çimərlikdə və yayda, hətta qışda da istifadə etmək lazımdır. Xüsusəndə bizim daimi günəşli ölkəmizdə. Günəş dərinin birinci düşmənidir. Krem alarkən onun günqoruyucu xassəsinin olmasına fikir verin. Kremlərdə, tonikdə, ənliklərdə qünqoruyucu indeksinin 15 dən aşağı olmayaraq SPF olmasına fikir verin. Yayda və çimərlikdə daha güclü qoruyuculardan istifadə edə bilərsiz.
Gecə makiyajı mütləq yuyun. Bu həftələrlə mübarizə aparacağınız dəri problemlərinə gətirib çıxarda bilər.

Və sonda kosmetoloji vasitələrdən istifadə zamanı onların saxlanma müddətinə fikir verin. Artıq köhnəlmiş krem və ya digər vasitələrdən azad olun, onlar hələ bitməmiş isə də.


Tarix: 27.12.2012 / 19:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 336 Bölmə: Saglamliq
loading...