Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlar və kompüter

Uşaqlar kompyuterlərdən istifadə etməlidirlərmi?Əgər istifadə etməlidirlərsə,hansı yaşlarda istifadə etməlidirlər?Bəzi mütəxəssislər kompyuterin uşaqlarda gizli qabiliyyətləri üzə çıxardığını bildirirlər.Bəzi mütəxəssilər isə kompyuterin uşaqların təxəyyül gücünü artırdığını irəli sürürlər.Təbii ki,kompyuterin uşaqlar üçün yeni ünsiyyət imkanı olduğunu bildirənlər də var. Bəs valideynlərin bu məsələyə münasibətləri necədir?Məsələn,bu sahədə aparılan tədqiqatlar maraqlı nəticələr göstərir.Belə ki,bu tədqiqatlara görə,valideynlərin 19 faizi uşaqların 3 yaşından kompyuterlə tanış olmalarını təbii hesab edirlər.61 faizi kompyuteri uşaqları üçün maraqlı oyuncaq adlandırırlar.96 faizi isə kompyuterin uşaqların inkişafına müsbət təsir göstərdiyini bildirirlər.Bütün bunlarla yanaşı mütəxəssislər kompyuterlə bağlı müxtəlif yaş qrupları üçün müxtəlif rejimlər təlikf edirlər.Bu rejimlər əsasən aşağıdakılardır:



3 yaşa qədər:Bu yaşa qədər olan uşaqlar virtual dünyanı hələ tam dərk etmirlər.

Təklif:3 yaşa qədər olan uşaqlar gündə sizinlə birlikdə 5-10 dəqiqə kompyuter arxasına keçə bilər.



3-5 yaş arası:3-5 yaş arasındakı uşaqları daha çox oyun proqramları maraqlandırır.Bu yaşlar arasındakı uşaqlar artıq virtual dünyanı dərk etməyə başlayırlar.

Təklif:Bu yaşlar arasında olan uşaqlara gündə 30 dəqiqəyə qədər kompyuterlə məşğul olmağa icazə vermək olar.



5-9 yaş arası:Bu yaşlar arasında olan uşaqları fərdi proqramlar maraqlandırır.

Təklif:Gündə 60 dəqiqəyə qədər kompyuterdən istifadə etməyə icazə verə bilərsiniz.



9-13 yaş arası:9-13 yaş arasında olan uşaqlar demək olar virtual dünyanı tam dərk edirlər.

Təklif:Bu yaşlar arasında olan uşaqlar şənbə və bazar günləri maraqlı oyunlarla tanış ola bilərlər...


Tarix: 10.01.2013 / 13:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 310 Bölmə: Saglamliq
loading...