beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ürəyini sərin saxla

Sinoptiklərin məlumatına görə 2013-cü ilin yay mövsümü, son 50 ilin ən isti yayı olacaq. Bu məsələ ilə əlaqədar əhaliyə sağlamlıqlarını qorumaları üçün xüsusi xəbəradlıq edilib.
Uzun qış aylarından sonra bir çox insan üçün havaların istiləşməsi sevindirici bir xəbər olsa da, bu vəziyyət ürək xəstəliklərindən və təzyiqdən əziyyət çəkənlər üçün təhlükəlidir. Bunu Medipol Universitetinin xəstaxanasında kardiologiya mütəxəssisi kimi fəaliyyət göstərdiyi bildirilən Dos. köməkçisi Dr. Murat Bitekerdə izah edib.
İsti və nəmli havalar ürəkdə olan döyüntülərin sürətinin artmasına, damarların genişlənməsinə, təzyiqin düşməsinə səbəb olur.
Beləliklə də ürək böhranlarının və ritm pozuqluqlarının artmasına zəmin yaranır. Bu baxımdan ürəyi qorumaq üçün 8 qızıl qaydaya riayət etmək olar:
1. İnsan özünü sərin tutduqda həmin problemlərin bir qisminin həllinə nail ola bilər. Bunun üçün ventilyator və ya kondisionerdən istifadə etmək vacibdir.
Saat 11 ilə 16 arasında çöldə olmamağa çalışın. İnsanı sərin saxlayan, açıq rəngli və rahat paltarlar seçim edin;
2. Gün ərzində çoxlu su içmək lazımdır. Ən azı 8 stəkan. Qəhvə, kola kimi kofeinli içkilərdən və spirt qəbulundan uzaq durmaq məsləhətdir.
3. Yüngül və düzgün qidalanmaq bu cür problemlərin həllində vacib amillərdən biridir. Həzm sistemini çox işlətmək olmaz. Ağır və yağlı qidalardan uzaq durun.
İstəyə uyğun olaraq tərəvəz və meyvələrdən bol miqdarda istifadə edə bilərsiniz.
4. Duza diqqət etmək lazımdır. Tərlə birlikdə bədəndə elektrolit, xüsusilə də natrium itkisi olacağından, həkimin məsləhətinə uyğun olaraq duz istifadə edin.
5. İsti havalarda dənizə və hovuza getmək və üzmək faydalıdır. Lakin diqqətli olmaq tələb olunur. Dənizə, səhər və axşam saatlarında ac qarına daxil olun. Qumda günəş vannası etməyin. Dənizdə sahilə paralel olaraq üzün. Başqa yerlərdə üzmək məsləhət deyil.
6. Həkimin yazdığı reseptə uyğun işlər görmək vacibdir. Təzyiq dərmanları yay fəslinə uyğun qəbul edilməlidir.
7. Çəkini bilmək, ona nəzarət etmək və ölçmək önəmli vəzifələrdən hesab olunur. Xüsusilə ürək çatışmazlığından əziyyət çəkənlər üçün.
Gündə 1 kq-dan çox artıq çəki aldıqda və ya itirdirdikdə mütləq həkimə müraciət etmək lazımdır.
8. Stressdən uzaq durmaq yay aylarında ürək və digər xəstəliklərdən əziyyət çəkənlər üçün vacibdir.


Tarix: 08.01.2015 / 12:27 Müəllif: Aziza Baxılıb: 105 Bölmə: Saglamliq