Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

D vitamininin çatışmazlığı ömür müddətini azaldır

İsveç alimləri sübut etmişlər ki, günəş şüasından əldə olunan D vitamininin insan orqanizmində çatışmazlığı ömür müddətini azaldır.
AzərTAc xəbər verir ki, İsveç Kral Karolin İnstitutu alimlərinin tərtib etdikləri diaqramda orqanizmdə D vitamininin miqdarından asılı olaraq insanın ömür müddəti əks olunur. Tədqiqatda təxminən otuz min qadın iştirak etmişdir.

Onlardan xahiş etmişlər ki, günəş altında nə qədər vaxt keçirmələri, günəş şüasından qorunma vasitələrindən nə dərəcədə tez-tez istifadə etmələri və solyariyə neçə dəfə getmələri barədə ətraflı gündəlik yazsınlar.

İsveç tədqiqatçıları araşdırmaların nəticələrinə əsasən, insanlara tez-tez günəş vannası qəbul etməyi məsləhət görürlər, çünki orqanizmdə D vitamini məhz ultrabənövşəyi şüanın köməyi ilə əmələ gəlir.
Lakin unutmaq olmaz ki, günəş şüaları altında uzun müddət olmaq da sağlamlıq üçün ziyandır. Üstəlik, qədərindən artıq günəş şüası dəri xərçəngi əmələ gətirir.


Tarix: 08.01.2015 / 11:18 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Saglamliq
loading...