beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qidanın xüsusi növləri

Günün müəyyən vaxtı bəzi qida növləri xeyirlidir, başqa vaxt isə o qida böyük fayda vermir. Bəzi qida növlərindən isə müəyyən fəsillərdə istifadə sağlamlığın zəmini kimi çıxış edir, lakin başqa fəsillərdə həmin qida xəstəliklərə səbəb ola bilər. Biz burada xörəklərin reseptlərini vermirik, çünki vegetarian yeməklər haqqında kifayət qədər kitab var. Biz aşağıda yalnız qida növlərinin nə vaxt və hansı qidalarla bir yerdə qəbul edilməsini göstərəcəyik.

Soyuq iqlim üçün qida

Soyuq iqlim şəraitində yaşayan insanlar hesab edirlər ki, bu şəraitdə yalnız ət onlara enerji və istilik verə bilər. Ətin “xeyri”ni yuxarıda göstərmişik. Bəs hansı qida soyuq iqlim şəraitində yaşayan vegetarianlara enerji və istilik verə bilər? Xoşbəxtlikdən, ət yeganə enerji mənbəyi deyil. Təbiətdə soyuq iqlimin təsirini aradan götürən külli miqdarda bitki növləri var.

Qara və qırmızı istiotu, soğanı və sarımsağı, ədviyyatlar növlərini ilin soyuq vaxtında xörəklərə əlavə etmək lazımdır.
Badam, keşyu (isti ölkələrdə bitən qoz növü), qoz, püstə (mütləq qızardılmış) və kişmiş qidaya əlavə edilməlidir. Tərəvəzlər sırasında kartof, pomidor, kök, ispanaq, xiyar, şalğam, yunan qabağı, şirin noxud orqanizmi enerji ilə təmin edir.

Buğdadan, yulafdan və ya darıdan gözəl bir səhər yeməyi hazırlamaq olar, Siz ona həm də qızardılmış qoz, quru əncir və xurma əlavə edə bilərsiniz. Süd məmulatları və sitrus meyvələri ilin soyuq vaxtında yemək məsləhət görülmür, çünki onlar turşdur və orqanizmə sərinləşdirici effekt verir. Süd məmulatlarından pendiri rasiona daxil etmək olar. Meyvələrdən isə banan, papaya, manqo və nar və ya onların şirələrini ilin soyuq vaxtında qəbul etmək olar. Hər səhər yeməyindən əvvəl bal ilə qara istiotun qarışığını qəbul etmək lazımdır. Canlandırıcı içkini belə hazırlayırlar: qara istiotun 7 toxumunu üyüdün və onun yarım çay

qaşığını bal ilə nəlbəkidə sağ əlinizin adsız barmağı ilə qarışdırıb stəkanın 1/4 hissəsində sərin suda həll edin. Bu içkini yavaş-yavaş içmək lazımdır. Bundan sonra çalışın ki, yarım saat ərzində nə isti qida, nə də içki qəbul edəsiniz. İçkinin tərkibində sattva keyfiyyətli enerji var. Hər bir xəstəlikdə bu içkini qəbul etmək olar, lakin gün ərzində onu 4 dəfədən artıq içmək olmaz.

İsti iqlim üçün qida

İsti hava insan orqanizmini susuzlaşdırır və qanı qatılaşdırır. Buna görə də Sizin rasionunuzu təşkil edən qida məhsulların tərkibində kifayət qədər su olmalıdır, bundan başqa tez-tez sərinləşdirici xeyirli və ləzzətli içkilər qəbul etməlisiniz.

Yayda orqanizmin piy qatında dəyişikliklər baş verir, yəni qışda yığılan piylər yayda işlənir və ondan enerji və istilik əmələ gəlir. Əmələ gələn istilik insanı əlavə olaraq susuzlaşdırır. Bədəndə piy yanan zaman qanda qlükozanın miqdarı artır, yayın istisi və daxili istilik orqanizmi daha da susuzlaşdırır və qanı qatılaşdırır. Bədəndə olan həyati vacib axınlar qatı və ləng olur. Qanın ürəkdən keçmə sürətinin az olduğundan, o qan dövranını yerinə yetirmək üçün daha çox güc sərf edir və bunun nəticəsində beyinə daha az miqdarda qlükoza və müxtəlif qida maddələri daxil olur.

Buna görə də, yay vaxtı insanın suya tələbatı çox olur. Müşk yemişi, müxtəlif giləmeyvələr, şaftalı, armud, gavalı, qarpız, ananas, üzüm, portağal və başqa təzə meyvələr yay qida qəbulunu təşkil edə bilər. Meyvələrin hamısı, demək olar ki, sattva keyfiyyətli (yemiş və qarpız tamas keyfiyyətlidir) qidadır, onlar orqanizmə lazım olan qida maddələrinin əksəriyyətini verir.

Yaşıl yarpaqlı tərəvəzlərin hamısı gözəl qidadır, çünki onların tərkibində zəruri duzlar var, hansılar ki bədəndən tər ilə bir yerdə xaric olunur. Xardalın, ispanağın, şalğamın, çuğundurun yarpaqları xüsusilə xeyirlidir.

Şalğam, turp, balqabaq, yunan qabağı, xiyar, göyərti və meyvələr yay qidasının əsasını təşkil etməlidir. Xiyar, duz, limon şirəsi və ya qatıq ilə xüsusilə xeyirlidir. Cücərdilmiş paxlada çoxlu dəyərli maddələr var və yayın istisində o bədəndə artıq istilik yaratmır. Həmin xüsusiyyətlər nanəyə də məxsusdur. Nanəni həm xörəklərə qatmaq, həm də çay kimi qəbul etmək olar. Kumin yay ədviyyatıdır, onu müxtəlif xörəklərdə işlətmək olar. Yayda soğan, sarımsaq, darçın, hil, mixək kimi ədviyyatları xörəklərdə işlətmək olmaz.

Yay içkiləri

İnsana sərinlik verən müxtəlif ləzzətli içkilər var. Bu içkilər insan orqanizmini su və dəyərli qida maddələri ilə təmin edir, yay istisinin xoşagəlməz nəticələrindən qoruyur. Belə içkilərin sırasında bal (balı təmizlənməmiş şəkər ilə əvəz etmək olar), sərin su və limon şirəsinin qarışdırılması yolu ilə hazırlanan içkidir. Belə içki qanı duruldub onun dövranını yaxşılaşdırır, beyini lazımi qədər qlükoza ilə təmin edir, həzm cihazının işini asanlaşdırır. Təzə hazırlanmış meyvə şirələrindən yayda istifadə etmək çox yaxşıdır, lakin turş dadlı şirələri Günəş işığı saçan vaxtı qəbul etmək məsləhət görülür.

Yuxarıda göstərilən resepti bir qədər dəyişsək, çox gözəl bir içki əldə edə bilərik. Balı və ya təmizlənməmiş şəkəri, limon şirəsini, bir çimdik darçın və ya üyüdülmüş qara istiotu və bir çimdik duzu sərin qazsız mineral suda həll edin. Bu gözəl içki Sizi yayın mənfi təsirindən qoruyacaq – qlükoza duz ilə birlikdə qanda və beyində kimyəvi balans yaradır. Başqa bir içkinin resepti: bir neçə keşniş toxumu əzin və balı və ya təmizlənməmiş şəkəri bir yerdə sərin suda həll edin, sonra isə gül suyu və ya gülab əlavə edin. Bu reseptlərin inqrediyentlərin miqdarım öz zövqünüzə uyğun qatın. Həmçinin, verilən içki reseptləri insanları depressiyadan da qoruyur.

Yayın istisindən qatıq kimi belə gözəl qida məhsulu da qoruyur. Qatıq yay pəhrizinin əsas hissəsini təşkil etməlidir. Azərbaycan mətbəxində müxtəlif yeməklər var və onların çoxusunda qatıq işlənir. Təzə süddən evdə hazırlanan qatıq dükanda satılandan (süd tozundan hazırlanmış) daha yaxşıdır. Belə qatığın qida keyfiyyətləri yüksəkdir, çünki o insan orqanizmini narın enerji ilə təmin edir. Qatıqdan ayran, doğramac hazırlamaq, həmçinin onu müxtəlif meyvə və tərəvəz salatlarına da qatmaq olar. Hindistanda qatıqdan lassi adlı içki hazırlayırlar – qatığı (qatıq yoxdursa, onu süd ilə əvəz edin) üzünə köpük yığılana qədər çalın, sonra ona sərin su, bal və ya təmizlənməmiş şəkər və gül suyu əlavə edib qarışdırın. Bu sərin içki orqanizmi B2 vitamini ilə təmin edir.

Qidanın qəbul etmə vaxtına fikir vermək lazımdır, çünki insanın günü necə başlaması çox vacibdir. Səhər Günəş doğmasından 90 dəqiqə əvvəl günün ortasına qədər sattva dövrüdür. Bu vaxt yalnız sattva keyfiyyətli qida qəbul edilməlidir.

Dənlilərin çoxusu səhər yeməyi üçün yarayır, onların arasında ən yaxşısı buğda və arpadır, lakin onları az miqdarda qəbul etmək lazımdır. Bundan başqa, qozlar və tumlar (qızardılmış badamdan və sidr qozundan başqa) gözəl qida məhsullarıdır.
Sitruslar racas keyfiyyətli qidadır, ona görə də onlardan səhər sattva yeməyindən sonra istifadə olunmalıdır.

Sattva keyfiyyətli qidalara üzüm, banan, armud, qarpız və müşk yemişinin toxumlan aiddir (lakin qarpız və yemiş yerdə bitdiyinə görə onlar təmas qunu təşkil edən qidalara aiddir). Səhər yeməyinə kokos qozunu əlavə etmək yaxşıdır, çünki onun südü həm sattva keyfiyyətinə, həm də qələvi xüsusiyyətə malikdir. Kokos südünü (orta ölçülü qozun 1/3 hissəsini təşkil edir) müntəzəm surətdə qəbul edənlər mədənin yüksək turşuluğunu və əsəbiliyi aradan qaldıra bilər. Təkcə bu südün 40 gün ərzində qəbulu nəticəsində mədə problemlərinin hamısını həll etmək olar. Kokosun lətli hissəsi və südü prananın yaranmasına yaxşı təsir edir.

Günorta yeməyi

Günortaya yaxın vaxtda insan orqanizmi öz fəaliyyətinin ən yüksək nöqtəsinə çatıb öz enerjisini tədricən itirir. Bu zaman insanın beyni üçün çox enerji (20%) tələb olunur. Günün axırında insan tamamilə gücsüz olur. Buna görə də, insan böyük miqdarda enerjiyə malik olan qida qəbul etməlidir. Bu enerjini, əsasən, zülal tərkibli qida verə bilər. Belə halda yaşıl paxlalar, soya, qarabaşaq, qozlar, pendir (əsasən, brınza) və meyvə şirəsi və tərkibində çoxlu maye olan qidalardan istifadə etmək lazımdır.

Axşam yeməyi

Axşam yaxınlaşarkən enerjinin böyük qismi sərf olunur, onun qalığının əksər hissəsi isə beyində toplanır. Buna görə, axşam yeməyini yüngül və asan həzm olunan qidalar təşkil etməlidir.

Gün batan çağı atmosferdə ion enerjisi azalır. İnsan bu zaman qida qəbul etsə, onun həzmi düzgün olmayacaq. Həm də, həzm prosesini (ən geci) axşam saat 8-ə qədər tamamlamaq məsləhət görülür. Bu andan sonra qida, demək olar ki, həzm olunmur və zəhərə çevrilir, çünki axşam saat 8-dən səhər saat 4-ə qədər insan orqanizmi öz enerjisini tullantıları xaric etməyə sərf edir.

Axşam vaxtı sitrus bitkiləri yemək olmaz, çünki D vitamini və limon turşusu sidiyin əmələ gəlməsini stimullaşdırır ki, bu da gecə yuxusuna maneə yarada bilər. Axşam, əsasən, suda bişmiş tərəvəz, paxla şorbası və göyərti yemək yaxşıdır. Çalışın ki, kartof, çuğundur (onun həzm edilməsi üçün çox enerji sərf olunur), düyü, qatıq (qaz əmələ gətirir), zülal tərkibli qidalar (beyin fəaliyyətini gücləndirir) axşam qida qəbulunda olmasın. Bundan başqa, ədviyyatlar və yağda bişirilmiş xörəklər axşam qidasından istisna edilməlidir.

Bir sözlə, səhər – sıyıq, günorta – zülal tərkibli qida, axşam isə bişmiş tərəvəzlərdən (doşaları nəzərə almaq şərtilə) istifadə etmək lazımdır.


Tarix: 27.12.2012 / 18:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 817 Bölmə: Saglamliq