Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fiziki fəaliyyətin sağlamlığa təsiri

Bəzi məlumatlara əsasən insan yaşlandıqca əzələ və piy toxmasının nisbəti patoloji olaraq piy toxumasının artmasına yönəlir.
Əzələlər təbiətin unikal təzahürüdür: onlara ehtiyac olmadıqda onlar atrofiyalaşa bilir. Lakin ən maraqlısı odur ki, onlar fiziki yük və qida alan kimi bərpa olmaq qabiliyyətinə malikdirlər.

Amerikalı mütəxəssis və tədqiqatçı Joe Dewalt-ın sözlərinə görə nizamlı məşq, infarkt keçirmə riskini azaltmağa kömək edir.

Elmi məlumatlar da fiziki fəaliyyətin aşağıdakı xəstəliklərə təsirli olduğunu göstərib:

- Koronar arteriya və damar xəstəliyinə;
- Yüksək təzyiq və qandakı xolesterol səviyyəsinə;
- Ürək və ağciyərlərin inkişafına
- Qüvvət və elastikliyə, oynaqların inkişafına;
- Sümük toxumasının güclənməsinə;
- Xəstəliklərə qarşı bədənin müdafiə mexanizmini (immun sistem) güclənməsinə;
- Bədən ağırlığını tənzimləməyə və nəzarət etməyə;
- Adamın özünə etibarını artırmağa;
- Stressi azaldaraq buna bağlı xəstəlikləri azaltmağa;
- Yorğunluq və ağrı şikayətlərinin azaldılmasına.

Tibbi tədqiqatlar göstərib ki, həftədə 3 dəfə 30-40 dəqiqəlik fiziki fəaliyyət 4 aydan sonra hipertoniklərdə təzyiqin normallaşmasına kömək edir.
Eyni vaxtda həddindən çox fiziki gərginlik və məşqlər hipertoniya törədə bilər. Xüsusi ilə də güc və əzələnin inkişaf məşqlərindən sui istifadə nəticəsində yarana bilər. Boş vaxtlarda edilən məşqlər üçün təmiz havalı məkan seçmək lazımdır. Bu uzaq meşə-park zonaları, stadion olsa daha yaxşıdır. Əgər siz soyuqlamısınızsa, hərarətiniz azda olsa qalxıbsa, xroniki xəstəliyiniz kəskinləşibsə fiziki məşqləri dərhal dayandırın. Beləliklə düzgün seçilmiş fiziki fəaliyyət sağlamlaşdırırcı və müalicəvi təsirə malikdir.


Tarix: 08.01.2015 / 11:06 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Saglamliq
loading...