beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Baş ağrısı əslində xəstəlikdən xəbər verir

Baş ağrısı, daxili və xarici dünyanızda bəzi şeylərin yolunda getmədiyini ifadə edən əhəmiyyətli bir zəngli saat kimidir.
Adamın gündəlik fəaliyyətlərinə maneə törədən və onu ictimai həyatdan soyudan bu ağrılara yönəlik doğru müalicə, problemin qaynağına enilməsi ilə problemin həllinin mümkünlüyü bildirilir. Türkiyənin Memorial Ataşehir Xəstəxanası baş ağrısı mərkəzindən həkim prof. Macit Seleklerin, baş ağrıları və müalicə üsulları haqqında məlumat verdiyi qeyd olunur. Bu məlumatlarda bildirilir ki, Dünya Sağlamlıq Təşkilatının 2011 hesabatına görə baş ağrısı səbəbiylə həkimə müraciət edən xəstələrin 30%-i miqren, 35%-i gərginlik tipli baş ağrısı, 12%-i isə migren və gərginlik tipli baş ağrısından şikayətçidirlər. 6 %-nin isə həddindən artıq dərman istifadəsi səbəbi ilə baş ağrısısından əziyyət çəkdiyi bildirilir. Bunların çoxunun kökündə isə migren adlı xəstəlik yatmaqdadır. Baş ağrısı şikayəti ilə həkimə gedən hər 5 xəstədən 4-ü migren və gərginlik tipli baş ağrısından şikayətçi olduğu üzə çıxmışdır. Bu məlumatlarda oda qeyd olunur ki, bu ağrıların müalicəsindən əvvəl qorunma da əhəmiyyətlidir.
Baş ağrılarının həyata mənfi təsir etməməsi üçün əvvəl ağrı tiplərini tanımaq lazımdır. İlk addım, müalicədən əvvəl qorunmaqdır.
Baş ağrılarından xilas olmaq üçün daimi yuxu, düzgün qidalanma, kafi dərəcədə təkrarlanan məşq, bol miqdarda maye qəbulu, kofein, spirt və dərman qəbulunu məhdudlaşdırmaq, stressi azaltmaq və depresiyyadan müalicə olunmağın vacib olduğu qeyd olunur.


Tarix: 08.01.2015 / 13:23 Müəllif: Aziza Baxılıb: 19 Bölmə: Saglamliq