beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəri xərçəngi və əlamətləri

Bu yazımızda dəri xərçəngi və dəri xərçəngi əlamətləri haqqında maraqlandığınız bəzi məlumatları sizlərlə paylaşırıq.

Xəbərdarlıq Əlamətləri:

Nizamsız sərhədləri olan kiçik bir lezyon*1 (yara), bədəndə və ya qol və qıçlarda qırmızı, ağ, mavi və ya mavi-qara ləkələr; dərinin hər hansı bir yerində rəngi inci ağından qaraya qədər dəyişən yumru lezyon yaralar; ovuc içi, ayaq dabanı, əl və ayaq barmaqlarının uc qisimlərində tünd rəngli yaralar; günəşə məruz qalmış dəri üzərində daha tünd rəngli xallarla birlikdə geniş qəhvəyi ləkələr; dərinin hər hansı bir yerində qırmızımtıl bənövşəyi ləkələr; ayaq barmaqları və ya ayaqda bənövşəyi-qəhvəyi və ya tünd mavi nodüller *2; üz, qulaq və ya boyunda mirvari kimi yumru şişlər, sinə və ya kürəkdə düz, dəri rəngi və ya qəhvəyi yara izinə bənzər lezyonlar; üz, qulaqlar, boyun, əllər və ya qollarda qabıqla örtülü səthi olan düz lezyon və ya qırmızı nodul; və ya bədənin hər hansı bir yerində görülən dəyişiklik və ya yaxşılaşmayan bir yara.

Xərçəng Riski Faktorları
Qadın və kişilərdə qırmızı saç, açıq dəri rəngi;
gözlərin mavi olması;
uşaqlıqda ciddi günəş yanığı olması;
ailənin keçmişində doğum ləkələri.

Əgər yuxarıda sadaladıqlarımızdan dərinizdə varsa MÜTLƏQ həkim müayinəsindən keçin!
Lezyon *1- Ümumi mənada hələ tam olaraq xüsusiyyəti təsbit edilməmiş pozuqluq.
Nodül *2 – Normal toxumadan fərqlı bir quruluşdakı yumru şəkildə, noxud, bəzən də qoz və ya portağal böyüklüyündə ola bilən anormal toxuma böyüməsi.


Tarix: 27.12.2012 / 19:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 463 Bölmə: Saglamliq