Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sağlam həyat və zərərli vərdişlər

Yeniyetmələrin cinsi yetkinlik zamanı, sağlamlığın yeganə qarantı kimi, sağlam həyat tərzinin əsası qoyulmalıdır. Sağlam həyat tərzi - orqanizmin iş qabiliyyətinin olmasını güman edən, insanın həyat ritminə, fəaliyyətinin məzmununa kompleks şəkildə yanaşmaq deməkdir. Sağlam həyat tərzi - digər insanların sağlamlığına zərər vurmadan öz sağlamlığının saxlanmasına və möhkəmlənməsinə yönəldilmiş tədbirlərin məcmusudur. Sağlam həyat tərzi hamıya məlum olan bir çox sadə qaydalara əməl edilməsini nəzərdə tutur: mümkün qədər fiziki fəallıq, orqanizmin möhkəmləndirilməsi; səmərəli (orta dərəcədə, həddən çox olmayan və müntəzəm) qidalanma, normal yuxu, sinir sisteminin həddən artıq gərginlikdən qorunması, zərərli vərdişlərdən çəkinmək.

Hamıya məlumdur ki, qidalanmada mötədillik, fiziki inkişaf, fəallıq, zərərli vərdişlərdən imtina etmək, şəxsi gigiyena qaydalarına riayət etmək, insanların əmək qabiliyyətini və sağlamlığını qoca yaşlarına qədər qorumağa imkan verir. Buna görə sağlam həyat tərzi əxlaq qaydalarına uyğun, həm də faydalı və əlverişli olmalıdır. Ölkəmizdə gənclərin və yetkinlik yaşına çatmış insanların bərəkətləri davranış normalan əsasında qurulmalıdır. Bizim zəmanədə sağlam olmaq müasirdir, odur ki, yeniyetmələr öz fiziki inkişaflarına, heç vaxt olmadığı qədər, fikir verirlər. Bilərəkdən və ya bilməyərəkdən gənclik sağlamlığı sevir. İnsan yüksək rifaha çatmaq istəyirsə, sağlam həyat tərzinə uyğun üsul seçir. Lakin, cinsi yetişkənlik dövrü, müəyyən şərait üzündən, çox vaxt zərərli vərdişlərlə müşayət olunur - spirtli içkilər, narkotik, siqaret çəkmək.

Zərərli vərdişlər
Sağlamlığın səviyyəsi - insanın sağlamlığının "miqdar" göstəricisidir; Bu, 1 km yolu piyada zorla gedən adamla, marafon məsafəni qət edən adamın fərqində özünü göstərir. Bu, düzgün qidalanan, fiziki cəhətdən aktiv istirahət etməyi bacaran, siqaret çəkməyən, spirtli içki və narkotik isti¬fadə etməyən adamla, əlinə düşəni yeyən, az hərəkət edən, sutkada 3 sa¬at yatan, gündə 2 qutu siqaret çəkən adamın fərqindədir. Narkotik maddələrdən, spirtli içkilərdən, tütün məmulatlarından, toksiki (zəhərli) maddələrdən asılılıq zərərli vərdişlər kimi xarakterizə olunur. "Zərərli" ona görə ki, bu maddələrin həm asılı fərdin orqanizminə, həm də bütövlükdə cəmiyyətə ziyanı vardır. "Vərdiş" ona görə ki, asılılıq çox möhkəm olur və ondan xilas olmaq çətin olur. Lakin, xilas olmaq çətin olsa da , onların istifadəsindən çəkinmək o qədər də çətin deyildir.

Necə olur ki, insanlar asılı vəziyyətə düşürlər? - Keçirilmiş hər hansı bir stressdən, həyəcandan, yorğunluqdan sonra insanın müsbət əhval yaradan hallara ehtiyacı olur. Bir stəkan isti çay və ya bumbuz su (şəraitdən asılı olaraq), dadlı yemək, yumşaq kürsü insanı xoşhallandırır. Bu zaman insanın orqanizmində endorfinlər adlanan maddələr əmələ gəlir. Bunlara "həzz hormonları" da deyirlər. Onlar ağrını kəsir, əhvalı yüksəldir, immuniteti stimullaşdırır. Orqanizmə daxil olan spirtli içkilər və narkotik maddələr bu daxili həzz hormonlarının azad olmasına səbəb olur. Narkotik vasitələrin bəziləri öz quruluşu etibarilə orqanizmdə əmələ gələn endorfinlərə bənzəyir və daxili "həzz hormonlarına" ehtiyac qalmır. Onları yaradan mexanizm zəifləyir, sıradan çıxır.


Tarix: 10.01.2013 / 13:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 315 Bölmə: Saglamliq
loading...