beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üç qun

Görünməyən kainatda enerji üç keyfiyyətə, yəni quna (qun – kəndir) malikdir. Onların arasında tarazlaşma var: sattva (paklıq), racas (fəaliyyət, ehtiras, dəyişiklik prosesi) və tamas (zülmət, ətalət). Enerji formalaşanda üç keyfiyyətlərin biri üstünlük təşkil edir. Alma ağacında bəzi almalar dəyib (sattva), bəziləri dəyməlidir (racas), bəziləri isə dəyib ötüblər (tamas). gwwlardan hansının üstünlük təşkil etməsinə baxmayaraq, eyni zamanda digər qunlar da, az olsa da, iştirak edir.

İnsanlarda da üç qunlardan biri üstünlük təşkil edir və həmin qun onların əməllərində və fikirlərində əks edilir. Yalnız nurlanmış insanlar qunların hüdudlarından çıxa bilər.

Sattva qunu təşkil edən qida

Bu ən təmiz pəhriz Yoqa ilə məşğul edənlərə uyğun olan qidadır. Bu pəhriz bədəni qidalandırır və onu dinc vəziyyətdə saxlayır. Belə qida şüuru təmizləyir, sakitləşdirir və insana öz potensialından tam şəkildə istifadə etməyə imkan verir.

Beləliklə, sattvanın təşkil etdiyi pəhriz əsl sağlamlığa aparır, sakit şüur və möhkəm təlim edilmiş bədən arasında mövcud olan tarazlaşdırılmış enerjiyə nəzarət edir. Sattva keyfiyyətli qida məhsulları bunlardır: bibər (şirin), yekparə dəndən hazırlanmış çörək, təzə meyvə və tərəvəz, təbii meyvə şirəsi, süd, kərə yağı, pendir, paxlalılar, qoz, fındıq, tumlar, cücərmiş dən, bal və ot çaylan.

Racas qunu təşkil edən qida

Bu qida tünd, acı, turş, quru və ya duzludur. Belə qida tarazlaşmanı pozur, bədəni şüurun hesabına qidalandırır. Qidanın əsas hissəsində racas qunu üstünlük təşkil edirsə (əsasən, tünd ədviyyatlar hesabına), o, orqanizmi həddindən artıq stimullaşdırır, ehtirası qızışdırır, şüuru həyəcanlandırır və onun idarə edilməsini çətinləşdirir. Acı ədviyyatların hamısı, stimulyatorlar (çay, kofe, balıq, yumurta, duz və şokolad) racas qidasına aiddir. Tez-tələsik qida qəbul etmək də racasa aiddir.

Tamas qunu təşkil edən qida

Bu qidanın nə şüura, nə də bədənə xeyri var. Belə qidada prana (enerji) tamamilə yoxdur, insanın qabiliyyəti pozulur, ətalət hissiyyatı kök buraxır. Xəstəliklərə qarşı müqavimət zəifləyir, şüur isə mənfi emosiyalarla dolur (hirs, xəsislik, tamahkarlıq). Belə qidaya ət, soğan, sarımsaq, spirtli içkilər və siqaret, qıcqırmış (sirkə) və bayat qida məhsulları, dəyib ötmüş meyvələr aiddir. Həddindən artıq yemək də tamas qum aiddir.


Tarix: 27.12.2012 / 18:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 465 Bölmə: Saglamliq