Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kompüter qırışıqlara səbəb olur

Britaniyalı kosmetoloq həkim Maykl Preyger demişdir: sifətin vaxtından qabaq qocalmasının səbəblərindən biri kompyuter arxasında işləməkdir.O qeyd etmişdir ki, onun üzündə vaxtsız qocalma əlamətləri olan pasiyentləri arasında kompyuterin monitoru qarşısında oturan qadınların faizi yüksəkdir.Tibb işçiləri belə vəziyyəti «kompyuter siması» termini ilə ifadə edirlər. Simptomları: sifətdə sərt qırışlar, gözlərin altında şişkinlik, nisbətən cavan qadınlarda boyun dərisinin sallanması.Həkimlər «kompyuter simasının» səbəbini kompyuter arxasında oturuş tərzində (başın aşağı sallanması) və gərgin işin doğurduğu qeyri-iradi mimiki hərəkətlərdə görürlər. Kosmetoloq qadınlara kompyuterin yanına qoyulan güzgünün köməyi ilə öz mimiki hərəkətlərinə nəzarət etməyi və hər saat üz əzələlərinin gimnastikasını keçirməyi tövsiyə edir.


Tarix: 09.01.2013 / 22:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 146 Bölmə: Saglamliq
loading...