beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir necə sadə vərdişlə daha sağlam həyat tərzi keçirin

İndi çoxumuz oturaq işdə işləyir, gəzmək yerinə nəqliyyata daha çox üstünlük verir, yeməyi evdə bişirməkdənsə hazır yeməklər alır və ya tez olsun deyə yarımfabrikat məhsullardan istifadə edirik. Elə bunlar da hazırda ən böyük problemimizə çevrilən artıq çəki- kökəlmənin təməlini qoyur.

Gündəlik həyatımızdakı çətinliklər qidalanma balansınımız pozur. Bütün günü işlərimizlə məşğul oluruq və qida rasiyonumuza fikir vermirik.
Sonda isə günümüzün necə tez bitdiyi düşünüb ancaq təəssüflənmək qalır. Amma tənbəlliyin bir kənara qoyub, düzgün həyat tərzinə sahib ola bilərik.

İlk olaraq elə səhərdən başlayaq, səhər nə yeyəcəyimizi planlaşdıraq. İşləyən insanların ən böyük səhvlərindən biri nizamsız qidalanma tərzidir. Bir çoxları səhər yeməyin ümumiyyətlə yemir, bəziləri onu kofe və ya çay ilə yola verir, digərlər isə bulka, peçenye yeyirlər. Amma bu cür qidalanma sizi kökəldən vərdişlərdir.
Lakin səhərlər düzgün və sağlam şəkildə səhər yeməyi yesək, bütün gün ərzində yığacağımız kalorinin miqdarı həm azalacaq, həm də aclıq-toxluq mexanizmimimiz də düzgün şəkildə işləyəcək. Səhər yeməyində mütləq protein, vitamin və minerallar qəbul etməliyik.

Məsələn, çərəzlər metabolizmi sürətləndirir. İşləyərkən etdiyimiz başqa bir səhv addım yeməyimiz gün ərzində 3 hissəyə bölməkdir. Bu cür qidalanma həm metabolizmimizin sürətinin aşağı düşməsinə, həm də artıq çəki almağımza səbəb olur. Gündə 3 dəfə yemək saatlarımızın arasına çərəzlər əlavə etsək, həm qanda şəkərin balansı pozulmaz, həm də metabolizm prosesi sürətlənər.
Günün 8 saatını işdə keçirməli olduğumuzdan səhər və günorta yeməyini hansısa kafe və ya restoranlarda yeməli oluruq. Əgər günortalar makaron, pide, şorba, düyü kimi yeməklər yeyərək gündəlik karbohidrat ehtiyacını ödəyiriksə və ya ət, toyuq, balıq kimi məhsullarla protein qəbul ediriksə, axşam yeməyini salat və zeytun yağı əlavə edilmiş göyərtli xörəklərlə keçinə bilərik.

Lakin günorta salat və ya göyərtili yemək yediksə, axşama kabab və ya sobada bişirilmiş göyərtili ət, toyuq, balıq yemək məsləhətlidir.

Şiriniyyatdan uzaq durun

Uzun müddət diqqət tələb edən işlərdə çalışanlar 3 saatdan artıq ac qaldıqda qanda şəkərin miqdarı düşür, diqqət dağılır və aclıq hücuma başlayır. Əgər şiriniyyatı çox sevirsinizsə, təzə həftəyə başlayanda özünüz üçün “şiriniyyat günü” seçin və həmin gün özünü südlü şiriniyyata qonaq edin. Bu şəkildə hər zaman orqanizminizə nəzarət öz əlinizdə olacaq.

Daha aktiv həyat

İşləyərkən hər saatın əvvəlində ayağa qalxıb 2-3 dəqiqə gəzin və bunu tez-tez yadınıza salın. Nahar vaxtı ofisdən çıxırsınıza, 20-30 dəqiqəlik qısa gəzinti edin. Əgər nahar vaxtı çölə çıxa bilmirsinizsə, 3-4 mərtəbə pilləkən çıxıb-düşün. İşə gedəndə əvvəlcə 1-2 dayanacaq gəzin, sonra nəqliyyata minin.

Əgər idmanla məşğul olmaq üçün vaxt tapa bilmirsinizsə, həftəsonu 2 gün mütləq uzun gəzintiyə çıxın.


Tarix: 08.01.2015 / 13:37 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Saglamliq