beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arıqlamağın ən asan yolu yaxşı yatmaqdır

Çox çəkili şəxslərin gecə yaxşı yataraq çəki vermə ehtimalını bilirdinizmi?
Kanadada edilən bir tədqiqat 6 saatdan az yatanların çəki aldığını göstərib.
Araşdırmaya imza atan Jean- Philippe Chaput və Angelo Tremblay qeyd ediblər ki, az yatmaq insanlarda çəki problemlərinə səbəb olur.
Kanada Tibb Dərnəyinin jurnalında dərc olunan məqalədə, az yatmağın, aclıq hissinə təsir etdiyi bildirilir.
Belə ki, leptin, grelin və kortizol hormonlarının ifrazata mənfi təsir etməsi nəticəsində bu proses baş verir.
Böyümə və inkişafın irəlilədiyi yetkinlik çağında edilən qidalanma nöqsanları - boy artımı, orqanların və hormonların inkişafına mənfi təsir göstərir. Bəzi gənclər arasında yayılan qeyri-düzgün həyat tərzi və "fast food" yeməkləri yetkinlik çağında kökəlməyə səbəb olur. Bu baxımdan tədqiqatçılar, idman və pəhriz siyahılarından əlavə keyfiyyətli yuxu yatmağı məsləhət görür. 6 ay davam edən bir araşdırmada keyfiyyətli yuxu yatan şəxslərin çəki vermə ehtimalının yüzdə 33 çox olduğu müəyyən eidilib.


Tarix: 08.01.2015 / 11:52 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Saglamliq