Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Boy qısalığının daha bir səbəbi

Bildiyimiz kimi, boy qısalığı yetkinliyi gecikdirən amillərdən biridir. Bu səbəbdən uşaqların fiziki inkişafında bu amil nəzərə alınmalıdır.
Çünki, hər bir uşaq sağlam böyümə və inkişaf müddəti yaşamır. Erkən doğulan körpələrdə, valideynləri qısa boylu olanlarda bəzi hallarda böyümə ləngiyir.
Boya görə çəkisi aşağı olan uşaqlarda xroniki parazitar infeksiyalar da ola bilər. Bu baxımdan fiziki inkişafa təsir göstərən bütün amillər nəzərə alınmalıdır.
Türkiyəli professor Dr. Mehmet Emre bildirib ki, düzgün qidalanmamaq xroniki xəstəliklər xaricində boy uzanmasına da təsir göstərir.
Bu hal boy qısalığının səbəblərindən biridir. Onun sözlərinə görə uşaqların fiziki inkişafında daha çox valideynlər diqqətli olmalıdır.
Çünki, böyümə dövründə sümüklərin uc qisimlərində böyümə valları və qığırdaq toxumasının inkişafı təmin edilir.
Professor, böyümənin ana qarınında inkişaf etdiyini bildirərək yetkinlik dövrünün sonuna qədər sürdüyünü qeyd edib.
Yetkinlik dövrünün sonunda böyümə düyünlərinin bağlanması nəticəsində yetkinlik boyu formalaşır.
Müasir dövrdə böyümə hormonu əskik olan və boy qısalığından əziyyət çəkən uşaqların müalicəsində böyümə hormonundan istifadə edilir.
Həmçinin vaxtında qoyulan diaqnoz da xəstəliyin müalicəsində təsirlidir.


Tarix: 08.01.2015 / 11:49 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Saglamliq
loading...