Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yay sizi xəstə etməsin: 7 məsləhət

Artıq yaydır və qarşıda bizi qızmar günlər gözləyir. Oxucularımıza qızmar günəş altında sağlamlığa ziyan vurmamaq üçün 7 məsləhət təqdim edirik.

1. Daima yanınızda qazsız su olsun. Yaxşı olar ki, 1 litr suyun içərisinə bir limon sıxasınız. C vitamini damarları möhkəmləndirir və spazmı aradan qaldırır.
2. Metroya, avtobusa minəndə, mütləq özünüzlə yelpik götürün.
3. Günəş altında başı açıq gəzmək olmaz. Baş örtüyü yaşından, cinsindən asılı olmayaraq hamı üçün vacibdir.
4. Əgər kondisioner sistemi olmayan maşından istifadə edirsinizsə, minməmişdən öncə bir necə dəqiqə qapıları açıq qoyub salonu havalandırın.
5. Sintetikadan qaçın. Yayda pambıq, kətan və sairə təbii materiallardan olan yüngül geyimlər geyinin.
6. Qızarmış, yağlı yeməkləri yüngül meyvə, tərəvəz, salatla əvəz edin. Rahat yatmaq üçün yuxudan azı 2-3 saat əvvəl şam edin.
7. Axşamlar ən azı ayaqlarınızı vanna edin. Suya dəniz duzu və nanə çövhəri də tökmək olar. Bu, yorğunluğu götürür, qan dövranını normallaşdırır.


Tarix: 08.01.2015 / 12:27 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Saglamliq
loading...