beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Passiv fəaliyyətlər immun sistemi zəiflədir

Bildiyimiz kimi, "möhkəm immunitet" sağlamlığın əsasıdır. Mütəxəssislərin fikrincə zərərli mikroorqanizmlərə qarşı immuniteti qorumaq üçün ilk növbədə passiv fəaliyyətlərə diqqət yetirmək lazımdır. Kompüter başında saatlarla vaxt keçirmək, televiziya izləmək kimi fəaliyyətlər insanı gücdən salır və immunitet sisteminə mənfi təsir göstərir, bundan əlavə səhv qidalanma, yuxusuzluq, həddindən artıq yorğunluq, stress, hava çirkliliyi, zərərli vərdişlər də zamanla immunitetin zəifləməsinə təsir göstərir. Bunun üçün passiv fəaliyyətlərdən, spirt, siqaret kimi pis vərdişlərdən uzaq dayanmaq, düzgün həyat tərzi və yuxu nizamına fikir vermək lazımdır. İstirahət və yuxu həm fiziki həm də ruhi gümrahlıq verir, immuniteti artırır.
Həmçinin qidalanma tərzini dəyişdirməkdə böyük fayda var. Yulaf, tam buğda, çovdar çörəkləri, kəpəkli düyü, kəpəkli makaron, yarma kimi kompleks karbohidratlar balanslı istifadə edilə bilər.
İmmunitet sistemində hüceyrələrin fəaliyyəti və funksiyası üçün A, C, E, B 12 vitaminləri, fol turşusu, dəmir, sink və selenium əhəmiyyətlidir. Omega-3 ilə zəngin olan balığın həftədə iki dəfə istifadəsi yaxşıdır. Həmçinin bol miqdarda meyvə və tərəvəz istifadə edilə bilər. Meyvə və tərəvəzlərdə antioksidant olduğundan çox faydalı olduğu bildirilir. Bunların yanında cökə, zəncəfil kimi bitkilər və ya çaylar gündəlik qidalanmada yer ala bilər. Həkimin uyğun gördüyü təqdirdə böyüklər üçün beta-qlükan, sink, ekinezya (kirpiotu), omeqa-3, kiçiklər üçün ananın ilk südü olan kolostrumun dəstək halına gətirilmiş formaları və müxtəlif qida əlavələri istifadə edilə bilər.


Tarix: 08.01.2015 / 11:55 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Saglamliq