beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çox su içənlərin diqqətinə

Su içməyin əhəmiyyəti və zərərləri haqqında bəhs edən Taylan Kümeli, su haqqında danışıb.
Böyrəklərin ifraz etməyəcəyi qədər içilən çoxlu suyun toksik təsir göstərdiyi bildirilir. Dünyadakı bütün canlıların (bitkilər, heyvanlar, insanlar) orqanizmi bu və ya digər nisbətdə, sudan ibarətdir. İnsanın canını təşkil edən hər şeydə – qanda, sümükdə, əzələdə, daxili orqanlarda və s. az və ya çox miqdarda su və suyun tərkibində minerallar olur. Normal şəraitdə sağlam insanın orqanizmindən müxtəlif yollarla, gün ərzində 2-3 litr intervalında su xaric olunur.
Yaşamaq üçün orqanizmə elə o qədər də su qəbul etmək lazım gəlir. Məhz bu səbəbdəndir ki, insan susuz uzun müddət yaşamaq iqtidarında deyil.
İsti və soyuq suyun tək fərqi mədədən boşalma sürətlərinin fərqli olmasındadır. İsti su mədədən daha gec keçdiyi üçün toxluq hissi əmələ gətirə bilər.
Suyun sanitar-gigiyenik əhəmiyyəti böyükdür.


Tarix: 08.01.2015 / 12:58 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Saglamliq