Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaponiyada iddia edirlər ki, xərçəngə kartof ilə qalib gəlmək olar

Yapon alimləri antioksidantla və ən əsası polifenol ilə zəngin olan kartof əldə etməyə nail olublar.

Antioksidantlar bildiyiniz kimi, orqanizmin qocalmasını ləngidir, həmçinin xərçəng hüceyrlərinin yaranmasının qarşısını alır.

Lakin polifenol yalnız qırmızı meyvə-tərəvəzdə çoxlu miqdarda olmaqdadır. Sirr deyil ki, bu meyvə-tərəvəzlər bizim rasionumuzda gündəlik iştirak etmirlər. İndi artıq bu xeyirli elementlər bizim daim istifadə etdiyimiz kartofda var.

Belə polifenol ilə zəngin kartofun alınması olduqca sadə prosedur imiş. Alimlər kartofa 5-10 dəqiqə ərzində elektrik enerjisi və ya ultrasəs şuaları ilə təsir edərək, kartofun tərkibindəki antioksidanların payını 60% qədər artıra biliblər.

Lakin alimlər xəbərdarlıq edir ki, belə kartofun müxtəlif üsullarla bişirilə bilməsi helə də sonadək araşdırılmayıb.


Tarix: 27.12.2012 / 19:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 181 Bölmə: Saglamliq
loading...