Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhsuldar bir tətil öz əlinizdədir

Əylənmək, istirahət etmək məqsədi daşıyan tətil bir çoxlarının ehtiyac duyduğu bir müddətdir.
Sağlam bir tətil üçün qarşılanacaq ehtiyacları əvvəlcədən bilmək vacib amillərdən hesab olunur.
Havaların istiləşməsi ilə bir çox insanda mənalı və sağlam istirahət etmək arzusu yaranır. Əhəmiyyətlisi həmin istirahəti düzgün planlaşdırmaqdır.
Kimi dəniz kənarında kimi isə meşədə istirahət etməyi xoşlayır. Rayonda qohumlarının, yoldaş və dostlarının yanında tətilini keçirməyi planlaşdıranlar da az deyil.
Yeni ilə canlı, enerjili və motivasyalı bir şəkildə başlamq baxımından mənalı tətil və istirahət əhəmiyyətlidir. Bir çoxlarının ehtiyac duyduğu bu dövrün vacib xüsusiyyətlərindən biri bədən və zehnin dinlənməsinin təmin edilməsidir.
Tətil planı şəxsiyyət quruluşuna görə edilməlidir. Hər kəsin tətildən gözlədikləri eyni olmadığından stress atma üsulu fərqlidir və dinləmə seçimi müxtəlifdir.
Şəxsiyyət quruluşu baxımından tətil planının yaxşı təşkil edilməsi istirahət və tətil zamanı yarana biləcək xırda və ya iri problemlərin qarşısını ala bilər.
Məsələn: hərəkətli, aktiv bir insan sahil kənarında sakit bir tətil planı etməsi onun bədən istirahəti və zehni yorğunluğu üçün əhəmiyyətlidir.
Tətilin tərzini seçməkdən əlavə kiminlə tətildə olmaq da önəmlidir.


Tarix: 08.01.2015 / 12:27 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Saglamliq
loading...